Ən böyük arzusu ürəyində qaldı, son nəfəsdə həyat yoldaşından üzr istədi - 38 yaşında vəfat edən rejissor

Ən böyük arzusu ürəyində qaldı, son nəfəsdə həyat yoldaşından üzr istədi - 38 yaşında vəfat edən rejissorBiG.AZ Kulis.az-a istinadən ssenarist, rejissor, 38 yaşında vəfat edən Şahin Zəkizadə haqqında maraqlı faktları təqdim edir.

Şahin Həsən oğlu Zəkizadə 5 mart 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Həsən Zəkizadə görkəmli aktyor və rejissor Əlisəttar Məlikovun nəvəsi idi. Həsən Zəkizadə uzun müddət müəllim və məktəb direktoru kimi işləyib. Şahin məktəbi bitirəndən sonra Mədəniyyət və İncəsənət Universitetində təhsil alır. Müəllimi Tariyel Vəliyev olub.

Daha sonra təhsilini Moskvada kino üzrə davam etdirən Şahin rejissor fəaliyyətinə reklam və klip sahəsindən başlayır. Röya və Samir Cavadzadənin "Deyin ona", Elariz Məmmədoğlunun "Doroqa", Faiq Ağayevin "Sən elə bilirdin", tamamilə animasiyadan ibarət "Biləydin kaş", Tünzalə Ağayevanın "Gülbahar" mahnısı, Sevda Ələkbərzadənin "Salam Allahım" kliplərini çəkir.

Rejissor Lider TV və Yurd TV televiziyalarında çalışıb. Həyatı boyu sosial reklam, siyasi çarx, həmçinin sənədli filmlər çəkən Şahin 2003-cü ildə "Dünənə ehtiramla, sabaha ümidlə" və Əminə Dilbazidən bəhs edən "Tənha bülbülün rəqsi" sənədli filmləri ilə film sektoruna girib. 2015-ci ildə rejissoru və ssenari müəllifi olduğu "100 Kağız" filmi ekranlara çıxır.

Şahin Zəkizadə 3 dəfə ailə qurub. İkinci evliliyindən 2009-cu il təvəllüdlü Fatimə adlı qızı var. Üçüncü dəfə modelyer Səbinə Allahverdiyeva ilə evlənən Şahinin 2015-ci il Seyyid Əli adlı oğlu doğulur. Həyat yoldaşının sözlərin görə o Şahinin məktəb illərindən pərəstişkarı olub.

Ömür baxımdan bəxti gətirməsə də, karyera baxımdan yetərincə məşhurluq qazana bilmişdi. Onun sektorunda tanınmaq, populyarlıq qazanmaq çox da rahat deyildi. Daim kamera qarşısında qalaraq adını kamera önünə çıxarmaq çox çətin məsələydi. Şahinsə bunu bacarmışdı.

Şahin ölümündən 7 il qabaq sanki o qara xəbəri bilirdi və 2014-cü ildə yazdığı "Ölsəm, bağışla məni" şeirində elə bu barədə deyirdi:

Ölsəm, bağışla məni,
Yalansız səni sevəni.
Xatırlayıb ötüb-keçəni,
Sevdiyim, ölsəm, bağışla məni

Hamıdan uzaq olmaq istədim,
Xoşbəxt yaşamaq oldu diləyim.
Odur ki, aynada tapanda əksini,
Gözəlim, ölsəm, bağışla məni.

Şahinin ən böyük arzusu ilk dərs günü qızını məktəbə aparmaq idi. Təəssüf ki, həmin gün - 2017-ci ilin 15 sentyabrı gələndə özüylə bərabər Şahin üçün ağır bir sürpriz, bəla da gətirdi. Artıq avqust ayında Şahinə xərçəng diaqnozu qoyuldu. Səbinə Allahverdiyeva deyir ki, həkim ilk dəfə Şahinin xərçəng olduğunu birbaşa üzünə deyib.

***

Ölümündən 4 il sonra aktrisa Pərvin Abıyeva efirə çıxaraq Şahinlə olan münasibətlərindən danışıb. Etik olmayan bu açıqlamalar həm cəmiyyət, həm də Şahinin ailəsi tərəfindən birmənalı qarşılanmadı. Pərvin deyirdi ki, Şahin Zəkizadə onu sevirmiş:

"Son nəfəsinə qədər ona baş çəkirdim. Evləndiyi günə qədər məni sevirdi. Gənc idim, karyera hədəfim vardı. Bizim evliliyimiz alınmadı. Birgə proyektimiz də vardı. Mənə qarşı hisslərini biləndə, uzaqlaşdım. İnanclı, imanlı insan idi. Xasiyyətimiz uyğun gəlmirdi. Məni hər cür qəbul edirdi. Həyat yoldaşı ilə onları mən tanış etmişdim. Evliliklərinə mən vəsilə oldum. Mənə çox böyük sevgisi vardı. "Ölsəm, bağışla" şeirini mənə həsr etmişdi".

Həyat yoldaşı Səbinə Allahverdiyevanın da bu məsələyə cavabı çox gözlətmədi. Səbinə deyirdi:

"İlk əvvəl onu demək istəyirəm ki, ölmüş insanın arxasınca danışmaq, onunla gündəmə gəlmək nə dərəcədə düzgündür? Şahinlə neçə il evli olmuşuq. Pərvin həm Şahinin dostu, həm də mənim rəfiqəm olub. Ölmüş insanla reklam etmək düzgün deyil. Bu adam subay olmayıb ki, arxasınca bu cür danışır. Şahin sevdiyi insanla ailə həyatı qurdu. Çox söz deyərdim, amma lazım bilmirəm. Pərvinin sözündən belə çıxır ki, Şahin onu sevib, məni alıb. Elə şey olar? Həmin şeir heç vaxt ona xitab edilməyib. Biz Şahinlə həm yaxşı, həm pis gündə bir yerdə olduq" reaksiyasını verib. Şahin 2017-ci ildə dünyasını dəyişdi. Niyə durub 4 il sonra açıqlama verir? Onun sözündən belə çıxır ki, bütün kişilər bunun üçün ölür, amma o, heç kimi sevmir. Şahin xəstəxanaya düşəndə bircə dəfə Kənan M.M-lə gəldilər. Bir də dünyasını dəyişəndə, başqa gəlməyib".

Səbinə xanım Şahinin qanına daraşan xərçəngin ilkin əlamətlərindən danışanda qeyd edir ki, Şahin halsızlaşmışdı. Hərarəti olurdu. Bir gün gördüm ki, ağzından qəribə qoxu gəlir, dedim bəlkə hansısa dişi çürüyüb. O, ağzını açanda gördüm, damaqları elə haldadır ki, bu diş problem deyil, 10 gündən sonra - Əlinin doğum gününün ardınca artıq xəstəliyi kəskinləşdi, xəstəxanaya yerləşdirdik.

***

Şahin xəstəxanada olduğu müddətdə də boş durmur, bir yandan xərçənglə mübarizə aparır, digər tərəfdən daha bir bədii film ssenarisini yazır. Son günlərdə verdiyi müsahibələrinin birində qeyd etmişdi ki, ssenari hazırdı...

***

Şahinin xəstəliyi çox ağır idi, odu ki, xərçəng bəzi insanlarla hətta uzun illər yoldaşlıq etsə də, Şahinlə 6 ay döyüşdü. Hər gün ağrıları daha kəskinləşən rejissor şaxtalı gecələrin birində smetan və pendir istəyir. Yoldaşı onları alır və Şahin şirinçayla pendiri yeyir... Çox pozitiv görüntü olsa da, bu, Şahinin həyatda qalmaq üçün son cəhdi idi, ardınca yenidən kəskin başağrısı başlayır.

***

2017-ci il, fevralın 12-də Şahin dünyasını dəyişir. Son dəfə başını yoldaşının çiyninə qoyaraq ondan üzr istəyib deyir, bağışla, sənə əziyyət verdim...

***

Ölümündən beş ay sonra Şahinin atası Həsən Zəkizadə də dünyasını dəyişir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1665   Tarix: 25 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.