2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...İlin sonuna sayılı günlər qalır. Yola salmaqda olduğumuz 2022-ci il bütün dünyada daha çox təlatümləri, böhranları, qalmaqalları ilə yaddaşlara həkk olunmaqdadır. Azərbaycan da bu hadisələrdən kənarda qalmır. İlin əvvəlindən başlayaraq gündəmi alt-üst edən istefalar, həbslər, struktur dəyişiklikləri, itkilər hələ də müzakirə olunmaqdadır.

Modern.az 2022-ci ilin gündəmə damğa vuran hadisələrini təqdim edir:

Ramiz Mehdiyevin istefası

İstefasına qədər mətbuatda və sosial mediada "Ramiz get" başlıqlı çağırışların nəticəsi olaraq "Sevgililər günü"ndə - 14 fevralda Ramiz Mehdiyev AMEA-nın prezidentiliyindən istefa verdi. Bu da öz növbəsində AMEA-da sturuktur dəyişikliyinə səbəb oldu ki, nəticədə elm sahəsi AMEA-dan ayrılaraq, Təhsil Nazirliyinə birləşdirildi. Nəticədə isə Elm və Təhsil Nazirliyi yaradıldı.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Vətənindən həbsə gedən Manaf Ağayev

Müğənni Manaf Ağayev və dostu Sənan Hüseynovun müvafiq icazələri olmadan Füzuliyə səfər etdiklərinə görə 18 fevralda cəzalandırılmaları günlərlə sosial şəbəkə istifadəçilərinin müzakirə predmeti oldu.

15 sutkalıq həbs dövründə sənət dostlarının sənətçiyə dəstək durması, hələ müğənni Təranə Qumralın "Manafı buraxın, niyə tutmusunuz? Bəlkə, onun sabah toyu var?", deyərək ona azadlıq tələb etməsi müzakirələrin pik nöqtəsi idi.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Əjdaha Tahir

Gecənin bir yarısı sosial mediaya bomba kimi düşən videolardan biri də deputat Tahir Kərimlinin əlində əjdaha ilə çağırışı idi. Ölümlə təhdid edildiyini vurğulayan deputatın videosunu niyəsə heç kəs ciddiyə almamışdı.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Fərrux əməliyyatı

24-28 mart tarixlərində baş tutan Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsinin azad olunması üçün Azərbaycan tərəfindən aparılmış hərbi əməliyyat ilin sevindirici hadisəsi kimi yadda qaldı.

Baş tutan əməliyyatdan sonra Ağdam şəhəri və rayonun 9 kəndi Dağlıq Qarabağ ərazisində yerləşən erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxdı, Xankəndi-Ağdərə avtomobil yoluna Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti təmin edildi.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Bir göz qırpımında satılan evlər

Səs-küylü hadisələrdən biri də MİDA-da "Güzəştli mənzil" sistemi vasitəsilə 30 mart 2022-ci ildə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi oldu. Satışa çıxarılan mənzillərin 5 saniyəyə satılması böyük narazılıq yaratdı. Hüquq-mühafizə orqanlarının işə qarışması ilə sistemə kiberhücum olduğu üzə çıxdı və satış yenidən həyata keçirildi.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Gecəyə, gündəmə partlayan klub

"Location" gecə klubunda 3 nəfərin ölümü, 37 nəfərin yaralanması ilə nəticələnən dəhşətli partlayış ilin ən çox müzakirə olunan hadisəsi kimi yadda qaldı. Hadisənin Ramazan ayında qeydə alınması müzakirələr başqa məcraya da yönəltdi. Partlayışla bağlı təqsirləndirilən Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il müddətinə azadlıqdan məhrum edildi.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...2022-ci ilin yaddaqalan hadisələrindən biri də mayın 26-da Bakıda "TEKNOFEST Azərbaycan" festivalının start götürməsi oldu. Türkiyədən kənarda ilk "TEKNOFEST" Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da festivalda iştirak edənlər arasında idi.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Ordumuz Laçında!

Bu il avqustun 25-də Azərbaycan ordusunun tam şəkildə Laçın şəhərini nəzarətə götürməsi ilin tarixi hadisəsi oldu. 10 noyabr bəyənnaməsinə əsasən, alternativ yolun tez bir zamanda çəkilməsilə ordumuz Laçın şəhərinə daxil oldu. Prezident İlham Əliyevin sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını dalğalandırması ilin ən tarixi anlarından birinə çevrildi.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...18+ FHN hadisələri

2022-ci ildə ölkə gündəmində FHN küləyi əsdi. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin kabinetində çəkilən silsilə pornoqrafik videolar sosial medianı çalxalayan ilin hadisəsi kimi yadda qaldı. Hazırda həbsdə olan Z.Mirzəyevin öz rəisinin qohumu ilə evli olduğu da məlum oldu. FHN-də yayılan daha bir video isə ilin son günlərinə təsadüf edir. Nazirliyin bir qrup xanım əməkdaşlarının iş yerində "xınayaxdı" keçirməsi də ilin müzakirə yaradan hadisələrindən oldu.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Sentyabr döyüşləri

2022-ci ilin 12-14 sentyabr tarixlərində ermənilərin Azərbaycan dövlət sərhədinə genişmiqyaslı təxribatları nəticəsində baş verən döyüşlər 80 hərbçinin şəhid olması, 80 ocağın sönməsilə nəticələndi.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...AYB-nin başıbəlalı qurultayı

Azərbaycan Yazıçılar Birliyinin 26 oktyabrda keçirdiyi qurultay ilə damğa vurdu desək, yanılmarıq. Yazıçı Anarın yenidən sədr seçilməsi, gənc namizədlərin səsverməyə çıxarılmaması qurultayda dava-dalaş yaratdı. Qurultay günü Anarın mətbuatı zəhərli ilan adlandırması, Xalq yazıçısı Çingiz Abdullayevin jurnalistə "ölmürsən utanmığdan?" deməsi gülüş obyektinə çevrilməklə yanaşı, böyük hiddət doğurdu.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Rəşad Dağlı dəmir barmaqlıqlar arxasında...

Meyxana sevənləri təəccübləndirən xəbər - Rəşad Dağlının qonşusunu çoxsaylı bıçaq zərbəsilə öldürməsi böyük rezonans doğurdu. Günlərlə bitməyən müzakirələrdə müxtəlif fikirlər səsləndi, Rəşad Dağlının əməlinə hətta haqq qazandırıldı. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən tanınmış meyxanaçının neçə il müddətinə azadlıqdan məhrum ediləcəyi məlum deyil.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış..."Vasif Talıbov erası"nın sonu

Naxçıvan xanının barəsində "vəzifədən gedir" yazıları, nəhayət ilin sonuncu ayında öz təsdiqini tapdı. Nəticədə Vasif Talıbov Ali Məclisin qapalı iclasında 27 illik postundan istefa verdi. Oğlu Seymur Talıbovun atasının yolasalma mərasimində gözlərinin dolması da 2022-nin son yaddaqalan hadisəsi kimi tarixə düşdü.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...Hələ də davam edən ekofəalların aksiyası 2022-ci il tarixinə düşən ən əlamətdar hadisəsi kimi yadda qalacaq. 7/24 davam edən aksiyalarda minlərlə azərbaycanlılının ekologiyamıza olunan terrora qarşı mübarizəsilə yadda qalmaqdadır.

2022-ci ilin gündəmi alt-üst edən hadisələri - Əjdaha Tahir, xanın istefası, xınayaxdı, partlayış...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1451   Tarix: 28 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Ştutqart" qalmaqalı BÖYÜYÜR - Keçmiş deputat bacısı oğlunu məhkəməyə VERDİ

70 saylı Masallı şəhər dairəsinin keçmiş deputatı, "Ştutqart" mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev bacısı oğlu Pərviz Abdullayev barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət verib. Teleqraf-a istinadən xəbər verir ki, sabiq deputat bacısı oğlunun Cinayət Məcəlləsinin 147.2-c

18.02.2026 334
.

O məktəbin bufetini bağladılar - Fotolar

Göygöldə kütləvi zəhərlənmə baş verən məktəb bufetinin fəaliyyəti müvəqqəti dayandırılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. Bildirilib ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi əməkdaşları tərəfindən rayonu

18.02.2026 355
.

Hissi və mənəvi dünyası olmayan "təlim" insanlığı necə dəyişdirir?

"İnsan istehsalatda robotlarla əvəz oluna bilər və bu sahədə texnologiya uğurla tətbiq edilir. Robotlar müəyyən rutin və texniki işləri insanlardan daha sürətli və dəqiq yerinə yetirir. Lakin insan tərbiyəsini robotlara həvalə etmək ağılsızlıqdır və ciddi risklər daşıyır. Niyə? Çünki insan yalnı

18.02.2026 248
.

Prezidentin gəlinindən Ramazan paylaşımı - Foto

Prezident İlham Əliyevin gəlini Alena Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Ramazan ayının gəlişi mübarək olsun. Allah bu müqəddəs ayda tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin"

18.02.2026 475
.

Trampın Vaşinqtonu tanınmaz hala gəlib

ABŞ-ın paytaxtı Vaşinqton Donald Trampın administrasiyası dövründə kökündən dəyişib. BİG.AZ Salon-a istinadən xəbər verir ki, Capitol Hill-də siyasi parçalanma və əməkdaşlıq əvəzinə qarşıdurmalar hökm sürür. Konqres üzvləri bir-birini ittiham edir, qanunvericilik prosesləri isə ciddi ləngimələrlə üzləşir

18.02.2026 259
.

Sabah güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Zəngilan, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Naftalan

18.02.2026 362
.

İran geri çəkildi - "Zənginləşdirilmiş uranı Rusiyaya verməyə hazırıq"

İran ABŞ ilə aparılan nüvə müzakirələrində kompromis addımlar ata biləcəyinə işarə edib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Tehran nümayəndələri uranın zənginləşdirilməsi fəaliyyətini müəyyən müddətə dayandırmağa, mövcud ehtiyatların bir hissəsini ölkə xaricinə çıxarmağa və Vaşinqtonla dah

18.02.2026 275
.

İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, fevralın 18-də dövlətimizin başçısı Vaşinqtond

18.02.2026 309
.

Son 5 ildə mənzil qiymətləri 50% bahalaşıb

"Mənzil çatışmazlığı səbəbindən hazırda kirayə qiymətləri yüksəlib. Satış qiymətlərindəki artım kirayə bazarına da təsir göstərir: son 5 ildə ortalama mənzil qiymətləri təxminən 50% bahalaşıb və bu, mənzil almağı bir çox insan üçün əlçatmaz edib. Nəticədə kirayə qiymətləri də təbii olaraq qalxmağ

18.02.2026 235
.

TOP MP3