Nyu-Yorkda taksi sürücüsünün başına gələn MARAQLI ƏHVALAT

Nyu-Yorkda taksi sürücüsünün başına gələn MARAQLI ƏHVALATBiz həyatımızın böyük anlar ətrafında döndüyünü düşünürük, lakin böyük anlar qarşımıza gözlənilmədən çıxır. O anlar çox vaxt başqalarının kiçik, boş və əhəmiyyətsiz hesab etdiyi şeylərə gözəl şəkildə bükülmüş halda olur...

Bu, sosial şəbəkələrdə amerikalı taksi sürücüsünün adından yayılan ibrətamiz hekayənin son cümlələridir.

BiG.AZ həmin əhvalatı oxumağı məsləhət görür.

Belə ki, ABŞ-ın Nyu-York şəhərində adı çəkilməyən taksi sürücülərindən biri başına gəlmiş hadisə haqqında sosial şəbəkədəki hesabında belə yazıb:

"Çağırıldığım adresə çatdım və siqnal verdim. Bir neçə dəqiqə gözlədikdən sonra yenə siqnal verdim. İş növbəmin son reysi olduğuna görə evə getmək haqqında fikirləşirdim, amma maşını küçənin qırağına verib evin qapısına yaxınlaşdım və qapını döydüm..."Bir Dəqiqə" deyə qoca və əzgin bir qadın səsi eşitdim. Qapının o biri tərəfində ağır nəsə bir əşyanın sürüklənməsini eşidirdim.

Uzun pauzadan sonra qapı açıldı. Qarşımda balaca, 90 yaşlı bir qadın dayanmışdı. Uzun paltarlı və vuallı şlyapa taxmışdı. 1940-cı illərin kinolarındaki kimi geyinmişdi. Evi elə görünürdü ki, sanki uzun illərdir burada heç kim yaşamır. Bütün mebel və əşyalar ağ mələfələrə bürünmüş halda idi. Nə divarlarda saat var idi, nə də rəflərdə bəzəkli əşyalar və qab-qacaq. Otağın yaxın küncündə fotolarla və şüşə qablarla dolu karton qutu var idi.

"Mənə çemodanımı daşımağa kömək edə bilərsiniz mi?" - deyə soruşdu. Çamadanı maşına apardım, sonra qadına kömək etmək üçün geri qayıtdım. Əlimdən tutdu və biz yavaş-yavaş maşına tərəf getdik. Maşına çatana qədər qadın mənə qayğıkeşliyə görə minnətdarlıq bildirdi.

"Elə bir şey deyil, sadəcə sərnişinlərimlə anamla rəftar edilməsini istədiyim kimi davranmağa çalışıram", - dedim

Maşına oturandan sonra mənə adresi dedi və şəhərin mərkəzi ilə getməyimi xahiş etdi. Mən isə şəhərin mərkəzi ilə getsək yolumuzun uzanacağını deyəndə qoca qadın dedi:

- Eybi yoxdur, mən "Hospiece"ə (ömrünə az qalan insanların lazımi qayğı ilə təmin olunduğu dövlət yeri) gedirəm. Bunu eşitdikdə arxa görünüş güzgüsündən ona baxdım. Gözləri parlayırdı.

"Bütün yaxınlarım artıq çoxdan dünyadan köçüblər", - o, asta səslə davam etdi, -"Həkim deyir ki, çox az vaxtım qalıb".

Əlimi taksi sayğacına uzadıb söndürdüm.

"Hansı marşrutu seçmək istərdiniz?" - deyə soruşdum.

Növbəti iki saat ərzində şəhəri gəzdik. Qoca qadın mənə bir vaxtlar liftçi işlədiyi binanı göstərdi. Biz onun həyat yoldaşı ilə yeni evlənəndə yaşadığı ərazidən keçdik. O mənə vaxtilə rəqs zalı olan, kiçik bir qız ikən məşq etdiyi indiki mebel anbarını göstərdi.

Bəzən məndən müəyyən bir binanın və ya döngənin qarşısında saxlamağı xahiş edir və heç nə demədən oturub gözlərini qaranlığa zilləyirdi. Sonra birdən o dedi: "Yoruldum, yaxşısı budur gedək".

Daha yol boyu danışmadıq. Sükut içərisində onun mənə verdiyi ünvana getdik. Bu, sanatoriyaya bənzəyən alçaq bir bina idi. Biz çatan kimi maşına iki sanitar yaxınlaşdı. Onlar qayğıkeşliklə qadının düşməsinə kömək etdilər. Yəqin ki, onu gözləyirdilər. Yük yerini açıb kiçik çemodanı içəri keçirdim. Qadın artıq əlil arabasında oturmuşdu.

- Sizə borcum nə qədərdir?" – o, çantasını çıxararaq soruşdu.
- Heç nə, - dedim.
- Axı siz dolanışığınızı təmin etməlisiniz.
- Bunun üçün başqa sərnişinlər də var.

Heç fikirləşmədən əyilib onu qucaqladım. O, cavabında məni möhkəm bağrına basdı.

- Qoca nənəyə bir az xoşbəxtlik bəxş etdiniz. Çox sağ olun, - dedi.

Əlini sıxdım və sonra getdim... Arxamda qapı bağlandı... Bu səs bağlanan daha bir həyat kitabının son səhifəsinin səsi idi.

Geri dönərkən daha sərnişin götürmədim. Dərin düşüncələrə dalıb hara gəldi sürürdüm. O günün qalan hissəsində danışmaq həvəsim də yox idi...

Bəs bu qadına hirsli bir sürücü və ya növbəsini tez bitirməyini istəyib, evə tələsən biri rast gəlsəydi, necə olardı? Mən onun xahişini yerinə yetirməkdən imtina etsəydim və ya bir-iki dəfə siqnal verib, gözləmədən, qapını döymədən getsəydim nə olacaqdı?..

Sonda demək istərdim ki, həyatımda bundan daha vacib iş görməmişdim.

Biz həyatımızın böyük anlar ətrafında döndüyünü düşünürük, lakin böyük anlar qarşımıza gözlənilmədən çıxır. O anlar çox vaxt başqalarının kiçik, boş və əhəmiyyətsiz hesab etdiyi şeylərə gözəl şəkildə bükülmüş halda olur..."

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1260   Tarix: 28 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

07.11.2026 181
.

İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət

İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini

01.11.2026 574
.

İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma

"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat

01.11.2026 540
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

00:15 283
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

01.11.2026 693
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 419
.

Qaralmış gümüşü ovmadan təmizləyən üsul

Gümüşlərin zaman keçdikcə matlaşaraq qaralması çirk deyil, havadakı kükürd molekulları ilə təmas nəticəsində səthdə gümüş sulfid təbəqəsinin yaranmasıdır. Gümüşü bezlə və ya kimyəvi maddələrlə ovub təmizləmək metalı cızır və nazildir, elektrokimyəvi reaksiya fiziki sürtünmə olmadan qaralmanı saniyələ

01.11.2026 468
.

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Güclü alqışların və ümumxalq şöhrətinin arxasında məşhur sənətçinin ictimaiyyət qarşısında müzakirə etməməyi üstün tutduğu hadisələr qalıb. Müslüm Maqomayev böyük şöhrətin mənasını erkən yaşlarından öyrənib. 20 yaşında bütün ölkə onun adını bilirdi və pərəstişkarları konsertlərdən sonra saatlarla on

01.11.2026 454
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 694
.