Azərbaycan dördgünlük iş rejiminə keçə bilər?
2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə dördgünlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb. Bu günlərdə Türkiyədə ilk dəfə bir korporativ şirkət daxilində həftədə dördgünlük iş rejiminin tətbiq olunacağı barədə xəbər yayılıb. Belə ki, 1 450 işçisi olan şirkət həmin prosesi 1 yanvar-31 mart 2023-cü il tarixləri arasında tətbiq edəcək.
Azərbaycanda da dördgünlük iş rejimi tətbiq oluna bilərmi?
İqtisadçı deputat Vüqar Bayramov bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, dördgünlük iş həftəsinə keçid bir sıra Avropa ölkələrində müzakirə olunur. Onun sözlərinə görə, bunu ən çox müzakirə edən və tətbiqinə hazırlaşan ölkə Böyük Britaniyadır.
"Azərbaycanda isə dördgünlük iş rejiminə keçiddən əvvəl əmək bazarı ilə bağlı bir sıra məsələlər var ki, onların həlli daha aktualdır. 2022-ci ildə dövlət sektorunda əməkhaqqı artımları baş verdi, özəl sektorda isə buna münasib addımlar atılmadı. Bu baxımdan, Azərbaycan əmək bazarında dördgünlük iş rejiminin tətbiqi deyil, daha çox əmək hüquqlarının qorunması, əməkhaqqı fondunun genişləndirilməsi, maaşların artırılması kimi məsələlər daha aktualdır".
Deputat qeyd edib ki, bu gün əmək bazarında qeyri-leqal işləyənlərin sayı az deyil:
"Baxmayaraq ki, 2020-ci ildən etibarən bu sayda kəskin azalmalar var, amma yenə də qeyri-rəsmi məşğulluğun ümumi məşğulluqdakı payı yüksəkdir. Əmək müqavilələrinin böyük qismi dövlət sektorunun payına düşür. Əmək bazarının spesifik çətinlikləri və həll edilməli məsələləri var. Azərbaycanda əmək bazarında işçilərin hüquqlarının qorunması, qeyri-rəsmi məşğulluğun minimumlaşdırılması, xüsusən özəl sektorda maaşların artırılması ilə bağlı qərarların verilməsi, o cümlədən, məzuniyyət hüquqlarının tam olaraq yerinə yetirilməsi kimi məsələlər var. Bunlar həll edildikdən sonra növbəti mərhələdə iş rejimi ilə bağlı məsələlərə baxılması mümkündür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1503 Tarix: 29 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda hazır çay ehtiyatları bir il ərzində 2 dəfə artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 6 min 537 ton çay istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 % azdır. Avqustun 1-nə müəssisələrin anbarlarında 174,1 ton hazır məhsul ehtiyatı olub, bu da bir il əvvəlk
22.08.2026 149 Hərbi biletlə bağlı QƏRAR: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
Hərbi biletin qəsdən korlanılmasına və ya itirilməsinə görə cərimə tətbiq edilir. "Bakupost" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, hərbi vəzifəlilər və çağırışçılar hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqınd
00:37 108 Sentyabrda növbəti isti hava dalğası gözlənilir - XƏBƏRDARLIQ EDİLDİ
Böyük Britaniyada sentyabr ayında növbəti isti hava dalğası müşahidə olunacaq. Bizim.Media xəbər verir ki, ölkədə son həftələrdə hökm sürən rekord dərəcədə isti və quraq hava şəraitindən sonra gələn həftə temperaturun aşağı düşəcəyi gözlənilir. Lakin meteoroloqlar payıza keçərkən, xüsusilə Böyük Britaniyanı
00:55 74 Zelenski Samara vilayətinə və Qara dəniz akvatoriyasına zərbələr endirildiyini açıqlayıb
Ukrayna qüvvələri Rusiyanın Samara vilayətindəki logistika qovşağına və Qara dəniz akvatoriyasındakı hədəflərə zərbələr endirib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb. Onun sözlərinə görə, əvvəlki zərbələr də nəticə verib. Xüsusil
22.08.2026 160 Bakıda işlədikləri şirkətdən oğurluq edən şəxslər saxlanılıb
Bakıda işlədikləri şirkətdən elektrik avadanlıqları oğurlayan iki nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birində qeydə alınıb. Polis əməkdaşları talama cinayətini törətməkdə şübhəli bilinən 3
22.08.2026 153 Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il "dondurmaq"... - AÇIQLAMA
Kredit öhdəliyini yerinə yetirməkdə çətinlik çəkən vətəndaşların borcun müəyyən müddətə "dondurulması" ilə bağlı müraciətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə gəliri azalan və ya müvəqqəti maliyyə çətinliyi yaşayan şəxsləri kredit ödənişlərinin 3-5 il müddətinə dayandırılmasının mümkün olub-olmamas
00:50 88 Portuqaliyada niqaba qadağa qoyuldu
Portuqaliyada ictimai yerlərdə üzü tamamilə örtən geyimlərdən istifadəyə qadağa qoyulub. xarici mediaya istinadən xəbər verir ki, Prezident Antoniu Joze Sequro parlamentin iyul ayında qəbul etdiyi qanunu imzalayıb. Yerli mediada bu sənəd "niqab haqqında qanun" kimi təqdim olunur. Yeni qaydalar
22.08.2026 138 Trampdan rüsumlarla bağlı maraqlı etiraf
ABŞ Prezidenti Donald Tramp "saxta" KİV səbəbindən "rüsum" sözünü ən sevdiyi ifadələr siyahısında beşinci yerə endirdiyini bildirib. Bu barədə "RİA Novosti"yə istinadən məlumat verir. "Mən rüsumları sevirəm, mən bu sözü sevirəm, rüsumlar bizi varlandırdı. Amma saxt
22.08.2026 140 Agentlik məktəbli forması ilə bağlı valideynlərə ÇAĞIRIŞ ETDİ
Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bu barədə Ölkə.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, valideynlər məktəbli formalar
00:27 107