Rübabə Muradovanın Süleyman Rüstəmdən uşağı var? - Nəvəsi HİDDƏTLƏNDİ

Rübabə Muradovanın Süleyman Rüstəmdən uşağı var? - Nəvəsi HİDDƏTLƏNDİXalq artisti Rübabə Muradovanın haqqında böhtan xarakterli məlumatlar yayanlar məhkəməyə veriləcək.

Bunu "Qaynarinfo"ya açıqlamasında mərhum aktrisanın nəvəsi İbrahim Bəşirov "Rübabə Muradovanın Süleyman Rüstəmdən uşağı var" iddiasına aydınlıq gətirərkən deyib.

İbrahim Bəşirov son günlər mətbuatda Rübabə Muradova haqqında böhtan xarakterli məlumatların yer aldığını vurğulayıb:

"Biz anlaya bilmirik, bu yalan faktlar haradan alınıb? Moskvada bir qız var, axtarsan, musiqidən başı çıxmır, restoranların birində nənəmin repertuarından olan "Kəsmə şikəstə"ni oxuyur. Həmin restoranda onu Rübabə Muradovanın nəvəsi kimi qələmə verirlər. Rübabə Muradovanın oxuyan, səhnə alan nəvəsi yoxdur. Ümumiyyətlə, bizdə heç kəs incəsənətlə məşğul olmur.

Yazırlar ki, guya kimsə səhnədə nənəmə güllə atıb. Arif Babayev, Səkinə İsmayılova sağdır, soruşun onlardan, bu güllə nənəmə nə vaxt atılıb? Özü də sovet vaxtı. Sovet vaxtı teatra əlində silahla girmək olardı? Adamın dərisini soyardılar.

Axırıncı dəfə deyirəm, bir də nənəmin haqqında kimsə yalan məlumat yaysa, onu hüquq-mühafizə orqanlarına verəcəyəm, həmin adamı cəzalandıracağam. Söhbət puldan getmir, nənəmin adından gedir. Adama pis təsir edir, qohum-əqrəbamı tanıyan çevrə var. Yazırlar ki, Süleyman Rüstəmovdan Rübabə Muradovanın uşağı var. Bunu yazan adam nənəmin yaradıcılığına baxsın. Baxın ki, nənəm Süleyman Rüstəmdən bir dənə qəzəl oxuyub? Nənəm Füzulidən, Vahiddən oxuyub. Şeir yazmışdı, "mənim layka qardaşım", "mənim çayka qardaşım", itə qardaş deyib, nənəm də deyib ki, mən itə qardaş deyən adamın qəzəlini oxumaram. Onun nənəmə, nənəmin də ona hörməti var idi, amma qəzəlini oxumayıb. Heç kəs deyə bilməz ki, nənəmin Süleyman Rüstəmdən uşağı var".

İbrahim Bəşirov Rübabə Muradovanın mahnılarını oxuyan müğənnilərə müraciət edib:

"Onun mahnılarını oxuyanların biri belə ailəsindən icazə almayıb. Almasınlar, amma düz, nənəm kimi oxusunlar".

İbrahim Bəşirov Rübabə Muradovanın futbol azarkeşi olduğunu söyləyib:

"Nənəm futbolu sevirdi. Dünya çempionatı keçiriləndə hamı ona görə bizə yığılardı. Braziliya komandasına azarkeşlik edirdi. Komanda birinci olanda bizim evdə qonaqlıq olardı. Hətta uduzanda da qonaqlıq edirdi. İndi deyirəm, bundan sonra nənəmlə bağlı mətbuatda hər hansı böhtan xarakterli məlumat oxusam, onu hüquq-mühafizə orqanlarına verəcəyəm, məsələni qanunla həll edəcəyəm".

Qeyd edək ki, bir müddət əvvəl Rübabə Muradovanın mərhum şair Süleyman Rüstəmdən qızı olduğu barədə xəbər yayılmışdı. Bildirilirdi ki, Bakıda 55 yaşlı Nailə Muradova adlı dilənçilik edən qadın özünü Rübabə Muradova və Süleyman Rüstəmin qızı kimi təqdim edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1418   Tarix: 29 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vətən müharibəsinin 43-cü günü: Şuşa işğaldan azad olunur - Foto/Video

2020-ci il noyabrın 8-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin qırx üçüncü günü. Noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəli

10:46 0
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 226
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 195
.

İran raketlərinin uçuş məsafəsinə tətbiq olunan məhdudiyyət ləğv edildi

İran öz raketlərinin uçuş məsafəsinə tətbiq edilən məhdudiyyəti aradan qaldırıb. ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhibi məlumat verib. "İran üçün raketlərin mənzillənmə limiti ləğv edilib"

11:00 0
.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

07.11.2026 270
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 189
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

07.11.2026 186
.

Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Zəfər Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımız

10:41 0
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 190
.