Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTO

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTOSon zamanlar sosial şəbəkələrdə süni mayalanma ilə bağlı yumurtalıq follikulu donorlarının tələb olunması barədə paylaşımlar edilir.

Donor olacaq şəxslərə 400-700 manat pul ödəniləcəyi bildirilir.

"Siz də 10 gün ərzində 400, 800 manat qazana bilərsiniz" başlıqlı paylaşımda 18-30 yaşında xanımların tələb olunduğu qeyd edilib.

Belə ki, donor olmaq istəyən xanımlar həmin şəxslər tərəfindən klinikaya dəvət edilir və ultrasəs müayinəsindən (USM) keçirilirlər. Əgər xanım onlara uyğundursa, 10 gün eyni saatda klinikaya gəlir və göbək hissəsindən iynə vurulur.

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTODaha sonra follikul toplanması olur və həkim xəstəyə narkoz verməklə 10 dəqiqə ərzində follikulları toplayır.

Donor olan şəxs iki saat xəstəxanada qalır və özünü yaxşı hiss etdikdə pulunu alır. Pul follikul sayına görə verilir.

Bəs bu hal qadınların sağlamlığına təhlükəlidirmi? Qadınların donor olmaları qanunla tənzimlənirmi?

Mama-ginekoloq Ləman Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, xanımların donor olmaları üçün müəyyən müalicə aparılır:

"Hormonal dərmanlarla follikulu yetişdirir və yumurtanı yığırlar. Həmin müalicə qadınlarda digər xəstəliklərin yaranmasına səbəb olur. Mən heç bir qadına belə addım atmağı məsləhət görmürəm.

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTOQadının orqanizmində follikul yetişdirmək qabiliyyəti tükənməz bir proses deyil. Hər dəfə stimulyasiya edib yığanda yumurtalığın follikul yetişdirmə qabiliyyəti geri dönməz hala girərsə, bundan sonra qadın heç vaxt ana ola bilmir".

Vəkil Tural Hüseynov deyir ki, donor xidməti qarşılığında hər hansı ödənişin olması qanunvericilikdə nəzərdə tutulmayıb:

"Orqan satışı bütün hallarda qanunsuzdur və yolverilməzdir. Follikulların pulla alınması süni mayalanmaya aiddir. Bu xidmətin də reklam olunması, reklam haqqında qanunvericiliyə görə, qadağandır.

O bildirib ki, canlı donordan transplantasiya digər tibbi üsullar mümkün olmadıqda, meyit donordan orqan transplantasiyası insan sağlamlığını bərpa etməyə qadir olmadığı halda və yalnızca canlı donorun özünün razılığına əsasən yolveriləndir:

"Bu halda yalnız müəyyən kateqoriya orqanlar götürülə bilər, müvafiq siyahı üzrə xəstəliyi olan şəxslərdən belə orqanların götürülməsinə yol verilmir və bu yalnız siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tibb müəssisələrində həyata keçirilə bilər. Cinayət qanunvericiliyinə görə, canlı donordan götürülmüş orqanın alqı-satqısı cinayət əməli hesab olunur.

Eləcə də siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş tibb müəssisələrindən kənarda transplantasiyanın aparılması və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xəstəliyi olan şəxslərdən orqan nəqli də cinayət əməli hesab olunur. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanunun 6.1-ci maddəsinə əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Həmin qanunun 7.2-ci maddəsinə əsasən, donor orqanların transplantasiyası siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən ixtisaslaşdırılmış tibb müəssisələrində həyata keçirilir. Həmin qanunun 16.1-ci maddəsinə əsasən, digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir.

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTOCinayət Məcəlləsinin 137.1-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı - altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Eyni zamanda, həmin Məcəllənin 137.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi - on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Ekspertlərin sözlərinə görə, bu cür paylaşımların qarşısını almaq üçün "Reproduktiv sağlamlıq" haqqında qanun layihəsinin qəbul edilməsi vacibdir. Təəssüf ki, illərdir bu layihənin müzakirəsi yubadılır.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva saytımıza bildirib ki, sözügedən qanun layihəsi hələ müzakirəyə çıxarılmır:

"Artıq payız sessiyası bitdi. Yaz sessiyası başlansın və planı bizə təqdim edilsin. Ondan sonra bu məsələ barədə danışarıq".

Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - FOTOXanımların bu şəkildə donor olmalarının cinayət məsuliyyəti daşıması ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığımız sorğumuza isə heç bir cavab verilmədi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1529   Tarix: 29 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zelenski Samara vilayətinə və Qara dəniz akvatoriyasına zərbələr endirildiyini açıqlayıb

Ukrayna qüvvələri Rusiyanın Samara vilayətindəki logistika qovşağına və Qara dəniz akvatoriyasındakı hədəflərə zərbələr endirib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb. Onun sözlərinə görə, əvvəlki zərbələr də nəticə verib. Xüsusil

22.08.2026 160
.

Rusiya-Ukrayna müharibəsində YENİ DÖNƏM? - Putin sülh barədə danışdı

"Rusiya Ukrayna ilə sülh barədə dialoqa yalnız cəbhədəki reallıqlar nəzərə alınmaqla hazırdır". xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində bildirib. Putin Ukraynanın hazırda münaqişənin nizamlanması ilə bağlı irəli sürdüyü təklifləri Moskv

22.08.2026 119
.

Fransada isti hava ilə bağlı qorxunc RƏQƏMLƏR AÇIQLANDI: Ölənlərin sayı yeddi mini keçdi

Fransada iyulun 3-dən 22-dək davam edən ikinci istilik dalğası 1 243 əlavə ölüm halı ilə əlaqəli ola bilər. "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, ilkin məlumatları "Public Health France" təşkilatı açıqlayıb. Mütəxəssislər vurğulayırlar ki, bu rəqəm bütün ölümlərin birbaş

00:30 108
.

Kanada ABŞ ilə ticarət sazişini yekunlaşdırmaqdan imtina etdi

ABŞ-nin ticarət danışıqlarında nümayəndəsi Ceymison Qrir Kanadanın ABŞ ilə ticarət sazişini yekunlaşdırmaqdan imtina etdiyini bildirib. -ın xəbərinə görə, bu barədə "Reuters" nəşri məlumat verib. Ceymison Qririn sözlərinə görə, Kanada hökuməti Vaşinqtonun fikrincə, ABŞ ilə əlverişli razılaşmada

22.08.2026 152
.

Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB

"Demək olar ki, yay mövsümünün son ayıdır. Çünki sentyabrdan ümumtəhsil müəssisələri, universitetlər açıldığı üçün turistlər daha çox sentyabrın 15-nə qədər plan qururlar". Bu sözləri "Yeni Sabah"a açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib. Onun fikrincə, hazırda regionlarda

00:54 86
.

Vatikan təxminən 100 milyon avro dəyərində öz elektrik stansiyasını tikəcək

Vatikan bərpa olunan enerji mənbələri ilə işləyən elektrik stansiyası tikməyi planlaşdırır. "Report" "Reuters"ə istinadən xəbər verir ki, təxminən 100 milyon avro dəyərində olan layihə Romanın şimal-qərb ətrafındakı Santa-Mariya-di-Qaleriya kompleksinin ərazisində 80-90 MVt gücünd

22.08.2026 134
.

Cənubi Afrikada boks üzrə keçmiş dünya çempionu öldürüldü

Cənubi Afrikadan olan boks üzrə keçmiş dünya çempionu Zolani Tete Cənubi Afrikanın Mdantsane şəhərində, evinin yanında öldürülüb. -ın xəbərinə görə, bu barədə SABC radiostansiyası məlumat verib. Qeyd olunur ki, Zolani Tete məşqdən qayıdarkən evinin qarşısında maşını saxlayıb və darvazanın açılmasın

22.08.2026 118
.

Pensiya alanlara şad xəbər - NAZİRLİK MƏLUMAT YAYDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb. Bu barədə Ölkə.az-a qurumdan məlumat verilib. Bildirilib ki, avqustun 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxta

22.08.2026 224
.

Sabah çimərliklərdə gözlənilən hava AÇIQLANDI

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 23-də mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba

22.08.2026 149
.