Bayramqabağı bazarlarda ən çox hansı məhsulların qiyməti artıb?
Yeni İlin gəlməsinə artıq bir neçə gün qalıb. Amma bayram ərəfəsində bazarlarda əhalinin istehlak səbətində əsas yer tutan məhsullara tələbatın artması fonunda qiymətlərin də artdığı müşahidə olunur.
İqtisadçı ekspert Rəşad Həsənov "Report"a bildirib ki, bazarlarda daha çox kənd təsərrüfatı, şirniyyat-qənnadı məhsullarının, pirotexniki vasitələr, hədiyyəlik məhsullar və xüsusi ilə yeni illə assosiasiya olunan dekorasiya vasitələrinin qiymətləri artıb.
Ekspert bunun bazarın təbii prinsiplərinə uyğun olaraq baş verdiyini bildirib:
"Mövsümü olaraq, bayram ərəfələrində tələb qısamüddətli dövrdə kəskin şəkildə artır və bunun qarşılığında bazar iştirakçıları təbii olaraq qiymətləri artırmaqla fürsətdən istifadə edərək öz mənfəət normasını yüksəltməyə çalışırlar".
R.Həsənovun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bayramqabağı qiymət manipulyasiyalarına yol verilməməsi üçün sahibkarlıq subyektlərinə xəbərdarlıq edir və qanun pozuntuları aşkar edildikdə cərimə tətbiq edir:
"Bu günlərdə Türkiyədə maliyyə naziri birbaşa olaraq pərakəndə ticarət müəssisələri ilə görüşərək onların qiymət artımı ilə bağlı hədələdi desək yerinə düşər. Düşünürəm ki, bu kimi siyasətin iqtisadi inkişaf prosesində çox ciddi fəsadlara gətirib çıxara bilər. Hökumətin funksiyası daha çox öz əlində olan imkanlardan, alətlərdən istifadə edərək, bu dövrlərdə təklifin artırılmasını təmin etməkdir. Məsələn, yarmarkalar təşkil edilə bilər, burada icarə haqları alınmadan fermerlərin öz təsərrüfat məhsullarını bazara çıxarması üçün imkanlar yaradıla bilər və ya vergi, gömrük rüsumları alətlərindən istifadə edərək nisbətən daha az təklif edilən məhsullar sahəsində təklifi təşviq etməklə, bazarda bolluq yaratmaqla bu qiymətlərin optimallaşmasına şərait yaradıla bilər. Düşünürəm ki, bazar iqtisadi modelində siyasətlər bu istiqamətdə qurulmalıdır".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, hər il Yeni il qabağı tələb artdığından qiymət artımı baş verir:
"Bayramqabağı sahibkarlar tələbin artmasından istifadə edirlər və qiymətləri qəsdən qaldırırlar. Vətəndaşlar satışın avtomatlaşdırıldığı marketlərdə bəzi hallarda aldadılırlar. Məsələn, vətəndaşın almadığı mal çekə yazılır. Yeni il öncəsi ümumilikdə məhsulların qiymətində təxminən 20 % artım baş verib".
E.Hüseynov bayramqabağı daha çox ərzaq məhsullarının qiymətinin artdığını vurğulayıb:
"Daha çox Yeni il süfrəsi üçün tələb olunan məhsulların - düyünün, yağın, balığın, ətin qiymətində artım olur. Sahibkarlar reklamlar vasitəsilə bizi satılan məhsullara cəlb edir, daha sonra vətəndaşların tələbini formalaşdırdıqdan sonra qiymətləri artıraraq bunu fürsətə çevirirlər".
Qeyd edək ki, Azərbaycanda mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1 500-2 000 manat, hüquqi şəxslər 4 000-6 000 manat inzibati qaydada cərimə edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 621 Tarix: 30 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
00:23 270 Deputatın həyat yoldaşı vəfat etdi
Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır
07.11.2026 270 Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin
00:17 283 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 189 Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d
07.11.2026 203 Qızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
07.11.2026 198 Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
00:25 256 "Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
07.11.2026 234 İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs
01:19 277