Gələn ildən çörəyin qiyməti artacaq?
"Hazırda dünya bazarında taxılın qiymətinin artması ilə bağlı gözləntilər yoxdur".
Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli 2023-cü ildə çörəyin bahalaşacağı ilə bağlı proqnozlara münasibət bildirərkən deyib.
Xatırladaq ki, sosial şəbəkələrdə təzə ildən çörəyin bahalaşacağı ilə bağlı müzakirələr davam edir. Bunu taxılın məhsuldarlığının azalması ilə də əlaqələndirirlər.
Eyyub Kərimlinin sözlərinə görə, Azərbaycanda istehlak olunan taxılın 50 faizi digər ölkələrdən gətirilir, yəni bu sahədə idxaldan asılı ölkəyik:
"Gələcəkdə müvafiq obyektiv və subyekiv amillərdən asılı olacaq. Düzdür, Rusiya və Ukrayna arasında gedən müharibə taxılın qiymətinin artmasına təsir etdi. Təminat kanallarının dağılması, pozulması taxılın qiymətinin artmasına səbəb oldu. Lakin düşünürəm ki, bizdə məhsuldarlığın aşağı olması taxılın və çörəyin qiymətinin artmasına təsir etməyəcək".
Ekspert qeyd edib ki, həm idxal, həm də yerli istehsalda sabitlik var:
"Gələn ildən dövlət tərəfindən taxıl istehsalçılarına beş il müddətinə subsidiyaların ayrılması nəzərdə tutulur. Həmçinin işğaldan azad etdiyimiz bölgələrin də iqtisadiyyata dövr edilməsi və taxıl əkinlərinin genişləndirilməsi proqramları həyata keçiriləcək. Bu bizim idxaldan asılılığımızı müəyyən formada azaldacaq.
Taxılın və çörəyin qiymətinin artmasına təsir edən obyektiv iqtisadi amillər yoxdur. Lakin hazırda biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Qeyd olunan faktorların hər hansısa biri dəyişərsə, sözsüz ki, çörəyin qiymətinin artmasına səbəb ola bilər. Amma hazırda bu sahədə sabitlik hökm sürür. Həm idxalda, həm də yerli istehsalda sabitlik var. Düşünürəm ki, yaxın vaxtlarda hələ ki qiymət artımını müşahidə etməyəcəyik".
Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, taxılın məhsuldarlığı hər hektara görə 30 sentner üzərindədir.
Qeyd edək ki, statistikaya görə, kənd təsərrüfatı məhsullarının istehsalı çoxalıb. Amma bu ilin 11 ayı ərzində Azərbaycana 2 milyard 88 milyon dollarlıq ərzaq və kənd təsərrüfatı məhsulları daxil olub. Bu, ötən illə müqayisədə 20 faiz çoxdur. Nə qədər irəliləyiş qeydə alınsa da, biz bu istiqamətdə xaricdən asılıyıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 730 Tarix: 31 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
00:23 270 Deputatın həyat yoldaşı vəfat etdi
Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır
07.11.2026 270 Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin
00:17 283 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 189 Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d
07.11.2026 203 Qızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
07.11.2026 198 Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
00:25 256 "Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
07.11.2026 234 İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs
01:19 277