2022-ci ildə deputatların UNUDULMAZ ÇIXIŞLARI

2022-ci ildə deputatların UNUDULMAZ ÇIXIŞLARIGeridə qoyduğumuz 2022-ci il bir sıra unudulmaz hadisələrlə yadda qaldı. Bu il ərzində bir sıra açıqlamalar da oldu ki, gündəmə düşüb, günlərlə müzakirə edildi. Xüsusilə də deputatların çıxışlarında səsləndirdiyi bəzi fikirlər ciddi müzakirə olunsa da, cəmiyyətdə gülüş, tənqid hədəfinə çevrilənlər də oldu. Bəzi açıqlamaların isə tragikomikliyi ilə xatirələrdə qalmağı bacardı.

Bizim.Media 2022-ci ildə deputatların və dövlət məmurlarının ən yadda qalan açıqlamalarını təqdim edir:

Vahid Əhmədov: "İstər Baş nazir olsun, istər Baş nazirin müavini, istər nazirlərin hamsının Qubada, Qusarda villaları var"

Millət vəkili Vahid Əhmədov Milli Məclisin aprelin 5-də keçirilən plenar iclasında qeyd olunan fikirləri səsləndirib. Belə ki, Qubadan olan deputat Bakı-Quba yolunun bərbad durumunu sərt tənqid edib:

"Deyirlər alternativ, pullu yol çəkilir. Bu, əvvəlki yolu əvəz etmir. Çünki o yol birbaşa Xaçmaza və SDK-ya gedir. Mən bir daha yolun çəkilməsi ilə əlaqədar Baş nazirə müraciət edirəm. İstər Baş nazir olsun, istər baş nazirin müavini, istər nazirlərin hamsının Qubada, Qusarda villaları var. Özləri də həftədə bir dəfə, iki dəfə o yolu gedib-gəlirlər. O yolu görmürlər?".

Fəzail Ağamalı: "Yüksək əməkhaqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm"

Yerli mətbuata açıqlamasında qiymətlərin baha olmasından şikayətlənən deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu fikirləri səsləndirib.

"Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?", - deyə deputat əlavə edib.

Tahir Kərimlinin "əjdahası"

Millət vəkili, Vəhdət Partiyasının sədri öz sosial şəbəkə hesabından paylaşdığı videomüraciətdə əlində tutduğu dinozavr oyuncağı ilə gündəm olmağı bacarmışdı. Deputat onu təhdid edənlərlə bağlı paylaşdığı videoda bunları deyib:

"Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən".

Zahid Oruc: "Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla ("Tərtər işi"ndə işgəncələrə məruz qalanların valideynləri) görüşmədi və saxta ittihamnamələri araşdırmadı".

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə ilk dəfə "Tərtər işi" ilə bağlı çıxış edərək bu fikirləri səsləndirdi. Deputat bildirib ki, məhkumların hüquqlarını qorumaq üçün aparılan ictimai kampaniyaya rəğmən vətəndaş ədaləti Prezident İlham Əliyevdən gözləyir:

"Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını "nağıl" adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır? Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı".

Qüdrət Həsənquliyev: "Azərbaycanın adı dəyişdirilsin"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında bu fikirləri səsləndirib:

"Hesab edirəm ki, biz yeni konstitusiya tərtib etməliyik. İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1619   Tarix: 03 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 117
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

00:07 120
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 194
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.