Türkiyənin əsas hədəfləri Qərbi sarsıdır: Ərdoğandan niyə qorxurlar?

Türkiyənin əsas hədəfləri Qərbi sarsıdır: Ərdoğandan niyə qorxurlar?Türkiyəni daxilindən çökdürməyə can atanların planlarını pozmaqla kifayətlənməyən rəsmi Ankara daha böyük hədəflərin ssenarilərini qurur, ölkə iqtisadiyyatının inkişaf səviyyəsini dünyanın ən güclü on ölkəsi ilə eyniləşdirmək istiqamətində intensiv fəaliyyət göstərir... Ərdoğan hakimiyyətinin növbəti seçkilərdə dəyişdirilməsi üçün bütün imkanlarını hərəkətə gətirən bəzi Qərb siyasi dairələri rəsmi Ankaranın öz əsas hədəflərinə nail olacağı təqdirdə, Türkiyənin siyasi iradəsinin yeni dünya düzənində xüsusi status qazana biləcəyini də anlayırlar...

Türkiyə öz müasir tarixinin olduqca önəmli bir mərhələsinə keçid etməyə hazırlaşır. Rəsmi Ankara bu mərhələni Türkiyənin dünya nəhənginə çevrilməsinə yönəltmək niyyətində olduğunu qətiyyən gizlətmir. Hesab olunur ki, Türkiyə bu dövrdə beynəlxalq məkanda yeni siyasi-iqtisadi supergüc statusunda öz yerini almağa nail olacaq.

Yəni, dünyanın müasir tarixində Türkiyənin dövrü başlayır. Rəsmi Ankaranın bu hədəfi mövcud situasiyada tamamilə real görünür. Hər halda, bəzi Qərb dövlətlərinin Türkiyənin yüksəliş perspektivlərindən və potensialından narahat olması da rəsmi Ankaranın doğru istiqamət üzrə irəlilədiyini təsdiqləyir.

Xüsusilə də, Türkiyənin əsas beynəlxalq rəqib-düşməni olan Fransa hazırda ciddi narahatlıq içərisindədir. Rəsmi Paris Türkiyənin sürətlə yüksəliş dövrünə girdiyini hamıdan yaxşı anlayır və buna bütün mümkün vasitələrlə müqavimət göstərməyə çalışır. Və Fransanın Yunanıstanı Türkiyəyə qarşı gücləndirməyə çalışması, bu iki qonşu dövlət arasında mövcud olan hərbi-siyasi gərginliyi silahlı münaqişəyə çevirməyə can atmasının səbəbləri də məhz bununla birbaşa bağlıdır.

Fransa Türkiyənin beynəlxalq məkanda supergücə çevrilmə fəaliyyətini açıq-aşkar qorxu ilə qarşılayır. Rəsmi Paris üçün Türkiyənin ümumiyyətlə, küncə sıxışdırılması yeganə sərfəli variant hesab olunur. Çünki Türkiyənin siyasi iradəsi olan yerlərdə Fransa gücsüz və carəsiz duruma düşür.

Fransa prezidenti Emmanuel Makron bir müddət öncə bütün dünyanı Ukrayna savaşının sona çatdırılması üçün danışıqlar masası arxasına oturmağa çağırmışdı. Nə qədər qəribə də olsa, Fransa prezidenti həmin masanın arxasında yalnız iki dövləti - Türkiyə və Çini görmək istəmədiyini vurğulamışdı. Halbuki, Fransanın nə Rusiya, nə də Ukrayna ilə münasibətləri normal məzmun daşımır. Rəsmi Parisin çirkli oyunları Rusiya və Ukraynanı Fransadan məsafə saxlamağa sövq edir.

Türkiyə isə bunun əksinə olaraq, həm Rusiya, həm də Ukrayna ilə eyni vaxtda siyasi dialoq imkanlarını qoruyub, saxlamış yeganə dövlətdir. Rəsmi Ankaranın vasitəçiliyi ilə hazırda fəaliyyət göstərən "taxıl dəhlizi"nə görə bütün dünya məhz Türkiyəyə borcludur. Və indi Ukrayna savaşı ilə bağlı sülh prosesinə heç bir aidiyyatı olmayan Fransa, bu məsələdə yeganə dialoq mərkəzi olan Türkiyəni danışıqlar masasından kənarda saxlamağın planları içərisinə girməyə çalışır.

Fransa və Qərbdəki bəzi ölkələr Türkiyənin dünyanın 10 ən güclü iqtisadiyyatı olan dövlətlərin sırasına daxil olma perspektivlərini də nəzərə alırlar. Çünki Türkiyənin siyasi iradəsi ilə iqtisadi gücünün birləşdiyi təqdirdə, dünyanın necə idarə ediləcəyini elə indidən təxmin edirlər. Rəsmi Ankaranı özləri üçün ən real təhlükə kimi görürlər. Və Türkiyənin maliyyə-iqtisadi imkanlarını nəzərə aldıqda, Qərbdəki narahatlığın səbəbləri daha qabarıq şəkildə ortaya çıxır.
Ətraflı

Məsələ ondadır ki, rəsmi Ankara Qərb ölkələrinin Türkiyədən öz kapitalını tez-tələsik çıxartmasına qarşı alternativ çıxış yolu tapa bilib. Qərb ölkələri Türkiyənin maliyyə məkanında kəskin defisit yaratmaqla, iqtisadi yüksəliş prosesini pozmağa çalışırdılar. Əsas hədəf isə şübhəsiz ki, ölkədaxili iqtisadi narazılıqların gücləndirilməsi sayəsində, yaxınlaşan seçkilərdə Ərdoğan hakimiyyətinin məğlubiyyətini təmin etmək idi.

Ancaq rəsmi Ankara Türkiyənin rəqiblərinin seçkiqabağı çirkli və məkrli oyunlarını əvvəlcədən təxmin etdiyindən ehtiyat variantlar hazırlamışdı. Rəsmi Ankara Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və daha bir neçə ölkə ilə anlaşaraq, "qaçan" Qərb kapitalının əvəzinə Türkiyəyə 35-40 milyard depozit yerləşdirilməsinə nail olub. Yəni, Qərb ölkələrinin Türkiyəyə qarşı maliyyə-iqtisadi hücumları elə başlanğıcdaca iflasa uğradılıb, hətta onun rəqiblərin özlərinə qarşı çevrilməsinə nail olunub. Hər halda, Qərb kapitalı Türkiyə məkanını itirmək üzrədir.

Ona görə də, bu il Türkiyədə maliyyə defisitinin minimuma enəcəyi proqnozlaşdırılır. Üstəlik, enerji resurslarının qiyməti stabilləşir, Rusiya isə Türkiyəyə güzəştli satış sisteminə keçib. Halbuki, bir çox Qərb ölkələri Ukrayna savaşı və enerji resurslarının qiymətləri ucbatından kifayət qədər ciddi büdcə kəsirləri ilə üzləşib. Və bu reallıq yaxın gələcəkdə beynəlxalq siyasi-iqtisadi sistemə təsirsiz ötüşməyəcək.

Türkiyə isə tezliklə AES-in işə düşməsi, Qara dənizdən tapılan enerji resurslarını ölkədaxili sistemə birləşdirilməsi sayəsində öz xərclərini daha da azaltmaq imkanlarına malikdir. Bu isə Qərb ölkələrinin, əsasən ABŞ və Avropa Birliyi dövlətlərinin öz kapitalını çıxartmaqla, Türkiyə iqtisadiyyatına sarsıdıcı zərbə vurmaq planlarını boşa çıxarır. Çünki Türkiyəyə cəlb olunan kapitalın həcmi çıxarılan məbləğdən qat-qat çoxdur.

Məsələ ondadır ki, rəsmi Ankara belə bir prosesin ola biləcəyini nəzərə alaraq, daha çox ərəb dünyasına yönəltməyə üstünlük verib. Türkiyə iqtisadçılarının iddialarına görə, ərəb dövlətlərinin ölkədəki sərmayəsi yüz milyardlarla hesablanır və bu, artmaqda davam edir. Buna paralel olaraq, rəsmi Ankara əsas Asiya ölkələri - Yaponiya, Cənubi Koreya Sinqapur və Malaziya ilə də maliyyə-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün intensiv danışıqlar aparır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Rusiyanın da Türkiyəyə marağı artır. Kremlin növbəti prezident seçkilərində Türkiyənin indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə qalmasında maraqlı olduğu qətiyyən şübhə doğurmur. Son məlumatlara görə, prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində 25 milyard dollardan çox Rusiya kapitalı cəlb olunub. Kreml Ərdoğan hakimiyyəti ilə Türkiyədə təbii qaz xabının yaradılması da daxil olmaqla, bir çox istiqamətlər üzrə layihələrin işlənməsində maraqlı olduğunu qətiyyən göstərmir. Bu isə əlavə sərmayə axını anlamı daşıyır.

Təbii ki, bütün bu proseslər Türkiyə şirkətlərinin güclənməsinə və böyüməsinə də geniş imkanlar açır. Belə ki, cəmisi üç il əvvəl Türkiyə şirkətlərinin ümumi kapitallaşması 20 milyard dollar ətrafında məhdudlaşırdı. İndisə yalnız SASA təkbaşına 20 milyard dollardan artıq kapitala sahibdir. Bu sıraya 10 milyarddan artıq kapitallaşma səviyyəsinə yüksəlmiş Türkish Airlines, "Getir" və s. kimi şirkətləri də əlavə etdikdə Türkiyənin böyük inkişaf yolu keçməkdə olduğu qətiyyən şübhə doğurmur. Türkiyə Hərbi-Sənaye Kompleksinin son uğurları isə beynəlxalq rəqiblərin mütləq əksəriyyətində qısqanclıq doğurur.

Göründüyü kimi, Ərdoğan hakimiyyəti böyük uğurlar qazanmaqda davam edir. Türkiyəni daxilindən çökdürməyə can atanların planlarını pozmaqla kifayətlənməyən rəsmi Ankara daha böyük hədəflərin ssenarilərini qurmağa çalışır. İndi rəsmi Ankara ölkə iqtisadiyyatının inkişaf səviyyəsini dünyanın ən güclü 10 ölkəsi ilə eyniləşdirmək istiqamətində intensiv fəaliyyət göstərir. Buna nail olunarsa, Türkiyənin siyasi iradəsi yeni dünya düzənində xüsusi status qazana bilər. ABŞ və Fransa başda olmaqla, Türkiyənin beynəlxalq rəqablərinin reallaşmasından ən çox qorxduqları perspektiv də əslində, elə budur.(milli.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 607   Tarix: 03 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 117
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

00:07 120
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 194
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.