Əliyar Ağayev: "Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər"

Əliyar Ağayev: "Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər"Azərbaycanın FIFA referisi Əliyar Ağayev 2013-cü ildən beynəlxalq oyunlara təyinat alır.

O, ilk dəfə 2015-ci ildə Avstriyada yerli "Rapid" və Belarusun "Dinamo" (Minsk) komandaları arasında keçirilmiş UEFA Avropa Liqasının qrup mərhələsinin görüşünü idarə edərək, ölkə futbolunun tarixinə düşüb. Ağayev 2016-cı ildə UEFA-nın birinci kateqoriyasına yüksəlib.

35 yaşlı ədalət təmsilçisi Azərbaycan futbolu tarixində ilk dəfə cari mövsüm UEFA Çempionlar Liqasının qrup oyununa da təyinat alıb. Referi Danimarkada "Kopenhagen"lə Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçirilən VI tur matçını idarə edib.

Cari mövsümün ilk yarısında Azərbaycan Premyer Liqasında 10 oyuna təyinat alan Əliyar Ağayev "Report"un suallarını cavablandırıb.

- 2022-ci ili şəxsi karyeranızda necə dəyərləndirirsiniz?
- İli özüm üçün uğurlu hesab edirəm. Həm yerli çempionatda, həm xarici çempionatda, həm də UEFA bayrağı altında keçən oyunlarda ümumilikdə çox yaxşı performans göstərdik. Mən bunu tək bacarmadım, briqada şəklində etdik. Təbii ki, ötən ilin ən xoş anı Avropada Çempionlar Liqasında debüt etmək və Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tədbirdə iştirak etmək oldu.

- Hesablamalarımıza əsasən, mövsümün ilk yarısında Azərbaycan Premyer Liqasında və ölkə kubokunda ən çox oyun idarə edən hakimsiniz. Necə düşünürsünüz, istədiyiniz qədər təyinat almısınız?
- Bəli, hesab edirəm ki, kifayət qədər təyinat alıram. Nəzərə alaq ki, 12 Premyer Liqa hakimi var və hər turda 5 oyun keçirilir. Buna görə də aldığım təyinat sayı yaxşıdır.

- Azərbaycanda hakimliyin inkişafını necə qiymətləndirirsiniz?
- Yaxşı. Bizim hakimlik məktəbimiz olub və həmin məktəbi həmişə layiqli şəkildə təmsil etməyə çalışırıq. Hakimlərimiz bir çox avropalı referilərdən hərtərəfli güclüdürlər və bu işə ciddi peşə kimi yanaşırlar. Biz də hakimliyə yeni gəlmək istəyənlərə örnək olmağa çalışmalıyıq.

- Niyə bu sahədə irəliləyiş daha azdır, referilərimiz mötəbər yarışlara təyinat almırlar?
- Təbii ki, əksər gənclər futbol oynamağı üstün tuturlar, nəinki hakimliyə gəlməyi. Bəlkə də, çoxları bu işin çətin peşə olduğunu fikirləşərək çəkinirlər. Amma hazırda gənc hakimlərin yetişdirilməsi ilə məşğul olan müəllimlərimiz əllərindən gələni edirlər ki, daha çox hakimlər cəlb olunsun. O ki qaldı mötəbər yarışlara təyinata, məncə, 2022-ci il FIFA dərəcəli hakimlərimizin ən uğurlu ili oldu. Hamımız ilk dəfə idi ki, qrup mərhələlərində oyunlar idarə etdik.

- Ötən il Çempionlar Liqasının qrup mərhələsində debüt etdiniz. 2023-cü illə bağlı hədəfləriniz nələrdir?
- Bəli, cari mövsüm debüt etdik. Amma bu yarışlarda daim hakimlik etmək üçün üzərimizdə çox çalışmalıyıq. Hədəf deyəndə, çıxdığımız hər bir oyun bizim üçün önəmlidir. Uğurlu idarəçilik növbəti təyinatı gətirir. Təbii ki, pley-off oyunlarının birinə təyinat almağımız 2023-cü il üçün gözəl başlanğıc olardı.

- Bu il elit kateqoriyaya yüksəlmək ehtimalınız var?
- Ehtimal həmişə var. Bəzən heç gözləmədiyin halda belə olur. Düzünü desəm, hazırda birinci kateqoriyada möhkəmlənməyi düşünürəm. Ondan sonra kateqoriya yüksəltmək gəlir.

- 2023-cü ildə beynəlxalq turnirlərdə VAR hakimi kimi də işləyə bilərsiniz. Bu barədə nə deyə bilərsiniz?
- Əvvəla adımızı VAR hakimi kimi də FIFA-ya göndərən AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəkə təşəkkürümü bildirmək istəyirəm. Fikrimcə, bu, həm mənim, həm də Elçin Məsiyev üçün çox gözəl şans oldu. Artıq bir neçə ilə tam Azərbaycan briqadası ilə avrokuboklarda VAR tətbiq olunan matçlarda iştirak edə bilərik.

- Hakimlik karyeranızda unuda bilmədiyiniz hansısa oyun var?
- Əlbəttə ki, belə bir çox oyun var. Premyer Liqadakı, avrokuboklardakı debüt matçlarımı, eyni zamanda, Avropa Liqası və Çempionlar Liqasının qrupundakı ilk görüşümü qeyd edə bilərəm.

- Azərbaycan futbolu ilə bağlı düşüncələriniz nələrdir? Oyunları idarə edən hakim kimi, çempionatın səviyyəsini necə görürsünüz?
- Biz hakimlikdən danışdıq, amma hesab edirəm ki, futbolumuz üçün də uğurlu ili geridə qoyduq. Milli komandanın son oyunlardakı uğurlu çıxışları və 5 matçlıq məğlubiyyətsizlik seriyası yaxalaması bizi sevindirdi. Bəli, çempionatın səviyyəsi məni qane edir. Hətta deyərdim ki, səviyyə daha da artıb və istənilən komandanın digərindən xal ala bildiyinin şahidi oluruq.

- Daha çox beynəlxalq arenada, yoxsa yerli çempionatda təzyiqlə üzləşirsiniz?
- Həmişə deyirəm ki, yerli çempionatı idarə etmək daha çətindir. Burada təzyiqlər, yazılar daha çox olur, nəinki avrokuboklarda. Orada olsa belə, bizim xəbərimiz olmur.

- Son olaraq karyeranızla bağlı əsas hədəfləriniz nələrdir?
- Hədəf bizdə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli odur ki, çıxdığımız hər növbəti oyunu uğurla idarə edək. Uzunmüddətli isə mümkün qədər irəli getmək və daha mötəbər yarış və oyunlara təyinat almaqdır.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 882   Tarix: 03 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Naxçıvan" komandası "Azərmaş Abşeron"u 3:0 hesabı ilə məğlub edib - FOTOLAR

Azərbaycan qadın voleybolçularının Super Liqası çərçivəsində "Naxçıvan" və "Azərmaş Abşeron" komandaları arasında keçirilən qarşılaşma "Naxçıvan" komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, Azərbayca

06.11.2026 242
.

FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto

Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır

20.10.2026 851
.

4 güləşçimiz DÇ-də mübarizəyə başlayır

Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üz

31.10.2026 444
.

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulun

25.10.2026 764
.

Azərbaycan boksçusu Avropa çempionu oldu

Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il

11.10.2026 773
.

Daha 4 cüdoçumuz tatamiyə çıxır

Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq

10.10.2026 721
.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18.10.2026 794
.

Pyerluici Kollina da Bakıya gəldi - Video

Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı

26.10.2026 727
.

Arsen Venger: "Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu"

Hər kəs Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına aşiq olub. "Report" xəbər verir ki, bunu FIFA-ya açıqlamasında qurumun Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger deyib. Mütəxəssis yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:

31.10.2026 420
.