2022-ci ildə həbs olunan məmurlar – ARAŞDIRMA - SİYAHI

2022-ci ildə həbs olunan məmurlar – ARAŞDIRMA - SİYAHIGeridə qoyduğumuz 2022-ci il bir sıra məmurların istefaları, bəzilərinin isə həbsləri ilə yadda qaldı. Ələxsus da, külli miqdarda mənimsəmə və korrupsiyada ittiham olunan xeyli sayda məmur kreslodan birbaşa dəmir barmaqlıqlar arasına yollandı.

Eyni zamanda ötən ilki həbslər müstəqillik tarixinin ən böyük mənimsəmə faktlarını da ortaya çıxardı.

BiG.AZ xəbər verir ki, Bizim.media saytı 2022-ci ildə həbs olunan məmurları araşdırıb.

1. Zakir Soltanov

Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun 11 il həbsə məhkum edilməsi barədə hökm çıxarıb. Zakir Soltanov külli miqdarda mənimsəmədə ittiham olunub və o, məhkəmə qərarı ilə 5,3 milyon manat vəsaiti zərərçəkmişə geri ödəyib.

2. Nizami Məmmədov

Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.

3. Eldar Həsənov

Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 2022-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eldar Həsənova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlarla cinayət işi qaldırılıb. Sabiq Baş prokurorun məhkəmə işində ümumilikdə 30 milyon manatdan artıq vəsaitin tək və qrup halında məniməsənilməsi aşkar olunub.

4. Məharət Mustafayev

Gəncə şəhər Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev barəsində rüşvət alma, rüşvət vermə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunaraq, bu ilin yanvarında 4 il müddətinə azadlıqdan məhrum edilib.

5. Rəşad Məlikzadə

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə bu ilin sentyabrında saxlanılıb. Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.Məhkəmə vəsatəti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

6. Elnur Əliyev

Mədəniyyət nazirinin I müavini Elnur Əliyev noyabrın 1-də xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatla saxlanılıb. O, xüsusilə külli miqdarda mənimsədə ittiham edilir. Barəsində istintaq tədbirləri davam etdirilir.

7. Mənsur Əsgərov

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov noyabrın 25-də xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatla saxlanılıb. M. Əsgərov "xüsusilə külli miqdarda" mənimsəmədə ittiham olunur.Gömrük rəsmisinin mənimsədiyi vəsaitin həcminin isə 132 milyon manat olduğu bildirilir.

8. Rafael Əliyev

Noyabrın 28-də Naxçıvanda baş tutan növbəti əməliyyatla Muxtar Respublikanın maliyyə naziri Rafael Əliyev saxlanılıb. Nazir mənimədiyi vəsaitin miqdarına görə, Mənsur Əsgərovu da geridə qoyub. Xüsusi xidmət orqanları tərəfindən saxlanılan məmur 144 milyon manatlıq mənimsəmədə ittiham olunur.

9. Hicran Rüstəmov

Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov saxlanılıb. "Xüsusilə külli miqdarda" mənimsəmədə ittiham olunan H. Rüstəmovun mənimsədiyi məbləğ 212 milyon manat olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 879   Tarix: 04 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 124
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 86
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.