Deputatın tələbinə fərqli baxış: "Vəzifəsini başa düşürsə, 15-16 yaşında nikahda problem yoxdur"
"Ölkədə 17 yaşında olanlara ailə qurmağa icazə verilir, bunun qarşısı alınmalıdır".
Bunu Milli Məclisin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, qanunvericilikdə heç bir istisna olmadan nikah yaşı 18 qəbul edilməli, 18 yaşdan aşağı olanların nikaha girmələri birmənalı şəkildə qadağan edilməlidir.
Bildiyimiz kimi, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Bəs görəsən, qanunda deputatın tələb etdiyi kimi dəyişiklik edilə bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, qanunvericilikdə dəyişiklik xatirinə bunu etmək olmaz:
"Bizim Konstitusiyamızda nikah hüququ var. Nikah yaşının hansı hallarda 17-yə endirilməsi ilə bağlı məlumat da qeyd olunub. Qanunvericilik məsələni kifayət qədər şərh edir. Zərurət yarandığı üçün 17 yaşında nikah bağlanmasına mane olunmamalıdır. Qanun bunu əsas tutur. Burada qeyri bir şey axtarmaq düzgün deyil. Qanunvericilikdə dəyişiklik xatirinə bunu etmək olmaz. Bu gün vacib məsələ ailəyə sədaqət nümayiş etdirməkdir. Nə qədər ki sədaqət var, ailə də möhkəm olacaq".
Hüquqşünas qeyd edib ki, 17 yaşda nikahın bağlanması bizim inkişafımıza xələl gətirməyəcək:
"15-16 yaşda nikah bağlansa belə, ailənin təməli varsa, heç bir problem yaranmayacaq. Azyaşlıların nikahının əleyhinəyəm. Lakin vəzifələrini başa düşürsə, niyə də olmasın? Müzakirəyə ehtiyac yoxdur".
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bu fikirdədir ki, qanuna dəyişiklik edilməsinə ehtiyac var:
"Əslində, bizim qanunlarımız yüksək səviyyədədir. Sadəcə, qanunun icrasına yerlərdə çox ciddi nəzarət olmalıdır ki, mənfi proseslər baş verməsin. Həm qanuni baxımdan bu məsələni tənzimləməliyik, həm də konkret cəzalar olmalıdır. Qanun pozuntusuna yol verənlər də çox ciddi şəkildə cəzalandırılmalıdırlar. Bununla yanaşı, bölgələrdə ailələrlə maarifləndirmə işləri aparılmalıdır.
Yerli icra hakimiyyətlərinin nəzdindəki komissiyalar, yəni yetkinlik yaşına çatmayan uşaqlarla işləyənlər işlək mexanizmə malik olmalı, davamlı surətdə bu istiqamətdə öz tədbirlərini həyata keçirməlidirlər. Proses hüquqi şəkildə tənzimlənməlidir".
C.Məmmədov əlavə edib ki, 18 yaşından aşağı nikahlarla səbəbindən asılı olmayaraq ciddi mübarizə aparmalıyıq:
"Belə hallar yolverilməzdir. Eyni zamanda, qeyd etdiyim maarifləndirmə məsələləri də xüsusi önəm və əhəmiyyət daşıyır. Valideynlər bölgələrdə həssas yanaşmırlar. Ona görə bu kimi problemlərlə üzləşirik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1330 Tarix: 04 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl
07.11.2026 199 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
07.11.2026 180 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
07.11.2026 195 Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi
Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili
07.11.2026 176 Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"
"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs
07.11.2026 194 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
07.11.2026 152 ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
07.11.2026 207 Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma
07.11.2026 173