Bakıda 49 böyük şadlıq sarayından 25-də filtrlər işləmir

Bakıda 49 böyük şadlıq sarayından 25-də filtrlər işləmirÖlkə ərazisində şadlıq evlərində hava izləyici qurğular lazımi səviyyədə deyil.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Bakı şəhərinin inzibati ərazisində yerləşən 49 ictimai iaşə və şadlıq sarayından 24-də atmosferə atılan zərərli tullantıların zərərsizləşdirilməsi üçün təmizləyici qurğuların quraşdırılmadığı və atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, qalan 25 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu, Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 40 şadlıq sarayı və ailəvi istirahət mərkəzlərindən 15-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, qalan 25 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu, Gəncə şəhərində 3 şadlıq sarayında atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, 8 sadlıq sarayı və ictimai iaşı obyektində isə atmosferə atılan zərərli maddələrin qarşısının alınması məqsədi ilə quraşdırılmış qaz-toz tutucu qurğuların istismar qaydalarına riayət edildiyi və atmosfer havasına atılan tullantıların yol verilən hədd daxilində olduğu müəyyən edilib.

Qanunvericiliyin pozulması halları aşkar edilmiş yuxarıda qeyd olunan obyektlərin sahibləri barələrində Azərbaycan Respublikasının "İnzibati Xətalar Məcəlləsi"nin 233.1-ci və 237.1-ci maddələrinə əsasən inzibati protkollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunub, atmosfer havasının mühafizəsi məqsədilə müvafiq təmizləyici qurğuların quraşdırılması barədə onlara məcburi göstərişlər verilib və xəbərdarlıq məktubları göndərilib.

2021-ci ildə Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 79 şadlıq sarayında və ictimai iaşə obyektində analoji monitorinqlər keçirilib. Aparılmış ölçmə işləri nəticəsində 34 şadlıq sarayında və restoranda ətraf mühitə atılan tullantının miqdarının yol verilən hədddən artıq olduğu müəyyən edilib. Qeyd olunan obyektlərin sahibləri barələrində Azərbaycan Respublikasının "İnzibati Xətalar Məcəlləsi"nin 233.1 və 237.1 maddələrinə əsasən inzibati protkollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunmuşdur. Qalan 45 obyektdə ətraf mühitə atılan tullantının miqdarı yol verilən hədd daxilində olub.

Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 45 şadlıq sarayı, ictimai iaşə və ailəvi istirahət mərkəzlərindən 5 şadlıq sarayıda atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğu, qalan 40 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu müəyyən edilib.

Gəncə şəhərində 18, Naftalan şəhəri, Goranboy və Samux rayonlarının ərazilərində 5, Göygöl rayonu ərazisində 6 ictimai iaşə və şadlıq sarayında qaz-toztutucu qurğuların olduğu müəyyən edilmişdir. Sözügedən obyektlərdə qurğuların işlək və saz vəziyyətdə saxlanılması üçün mütamadi olaraq filtirlərin təmizlənməsi işləri həyata keçirilir.

Qanunvericiliyin pozulması halları aşkar edilmiş yuxarıda qeyd olunan obyektlərin sahibləri barələrində Azərbaycan Respublikasının "İnzibati Xətalar Məcəlləsi"nin 233.1-ci və 237.1-ci maddələrinə əsasən inzibati protkollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 740   Tarix: 06 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

07.11.2026 172
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind

07.11.2026 182
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi

Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili

07.11.2026 176
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

00:07 120
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.