"Qarabağ" Mbappenin əvəzedicisini gətirdi - 10 milyonluq oyunçu

"Qarabağ" Mbappenin əvəzedicisini gətirdi - 10 milyonluq oyunçu"Qarabağ"ın heyətinə qatdığı yeni oyunçunun adı bəllidir. Ağdamlılar yayda anlaşa bilmədiyi Adama Diakabinin transferini indi rəsmiləşdirir.

Futbolinfo.az xəbər verir ki, Türkiyədə hazırlıq keçən "Qarabağ"ın düşərgəsində olan futbolçu məşqlərə qatılır. Tezliklə onunla rəsmi müqavilə bağlanacaq. Müqavilənin dəyəri, müddəti və s. detallar hələ dəqiqləşməyib.

Fransa gənclər millisində 4 oyuna çıxmış solaxay vinger Seneqal əsillidir. Ayaççoda doğulmuş 26 yaşlı Adama "Qarabağ"a azad agent kimi gəlib.

"Kan" yetirməsi peşəkar futbola "Renn"də başlayıb. Bu klub 2017-ci ildə onu "Monako"ya 10 milyon avroya satıb. O zaman Diakabiyə PSJ-yə keçən Kilian Mbappenin əvəzedicisi gözüylə baxılırdı. Maraqlıdı ki, bir il sonra "Knyazlıq klubu" da onu 10 milyon avro qarşılığında "Haddersfild"ə buraxmağa razı oldu. İngiltərə klubu 2020-ci ildə onu "Nottingem Forest"ə, iki il sonra "Amyen"ə icarəyə vermişdi.

2022-ci ilin iyulundan klubsuz olan Adama həmin vaxt "Qarabağ"a gəlməkdən imtina etmişdi. İndi isə fransalının razılığını almaq mümkün olub.

Bu, "Qarabağ"ın Fransa 2-ci liqasından aldığı ilk oyunçu deyil. Abdullah Zubir də ölkəmizə "Lans"dan gəlmişdi.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1315   Tarix: 06 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Qarabağ" uduzdu, ara qızışdı - Video

Məlum olduğu kimi, futbol üzrə Azərbaycan Kubokunda ikinci finala yüksələn komanda "Sabah" olub. "Qafqazinfo" xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda evdə "Qarabağ"ı qəbul edən Masazır təmsilçiləri 2:1 hesabı ilə qələbə qazanıb. Oyunun final fiti səslənərkə

22.04.2026 600
.

"Sabah" finalda! - Video-Yenilənib

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, son gündə ikinci finalçı bəlli olacaq. "Sabah" doğma meydanda "Qarabağ"la qarşılaşacaq. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməyib. Xatırladaq ki, daha öncə "Zirə"

22.04.2026 492
.

"Qarabağ" ikincilik yolunda vacib qələbə qazandı - Video-Yenilənib

Misli Premyer Liqasında 30-cu tur davam edir. "Qafqazinfo" xəbər verir ki, 3-cü oyun gününə 1 matç nəzərdə tutulub. Bu gün saat 19:30-da "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Turan Tovuz"u qəbul edəcək. Hazırda turnir cədvəlində Ağdam təmsilçisi 59 xall

04.05.2026 460
.

"Qarabağ" "Neftçi"yə uduzdu, "Sabah" çempionluğu rəsmiləşdirdi

"Sabah" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib. Qaynarinfo-nun məlumatına görə, bu, XXI turundan təxirə salınmış oyunda "Neftçi"nin "Qarabağ"ı məğlub etməsi ilə reallaşıb. "Palms Sports Arena"dakı qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşı

30.04.2026 344
.

Neymar futbolun dəyişdirmək istədiyi qaydasını açıqlayıb

"Santos"un hücumçusu Neymar futbolun dəyişdirmək istədiyi yeganə qaydasını açıqlayıb. Bu barədə"Report" "Ziggo Sport"a istinadən xəbər verir. "Mən ofsayd qaydasını dəyişdirərdim. Ofsaydlar yalnız yüksək ötürmələrə şamil edilməlidir. Ayaqlara və ya sinənin altına ötürmələ

19.04.2026 296
.

Rəşad Sadıqov Elvin Cəfərquliyevdən danışdı - Video

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov intizamsızlıq etdiyinə görə əsas komandadan qovulan Elvin Cəfərquliyevdən danışıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı azərbaycanlı futbolçuların məşhur olduqdan sonra səvlərə yol verməsi ilə bağlı sualı cavablandırıb. O bu məsələdə çıxı

22.04.2026 365
.

Almaniyanın "Union" klubuna qadın baş məşqçilik edəcək

"Union" klubu baş məşqçi Şteffen Baumqartın istefasını açıqlayıb. "Report" xəbər verir ki, qərar Almaniya çempionatında səfərdə "Haydenhaym"a 1:3 hesablı məğlubiyyətdən sonra qəbul edilib. Əsas komandanın müvəqqəti baş məşqçisi vəzifəsinə 2026-cı il iyunun 30-dək əvvəllə

12.04.2026 606
.

İslam Bazarqanov Albaniyada Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatının qalibi olub. xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan təmsilçimiz Musa Mextixanovu (UWW) 8:6 hesabı ilə üstələyib. Beləliklə, bu, Avropa çempionatında Azərbaycanın üçüncü qızıl medal

25.04.2026 235
.

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olacaq. "Qafqazinfo" xəbər verir ki, "Bavariya" PSJ-ni qəbul edəcək. Münhendə keçiriləcək matçda qarşılaşmaya 23:00-da start veriləcək. Cütün qalibi finalda "Arsenal"la qarşılaşacaq. UEFA Çempionlar Liqası. Yarımfina

11:09 156
.

TOP MP3