Bakıda it-pişik yemi olan toyuqlar əhaliyə satılır

Bakıda it-pişik yemi olan toyuqlar əhaliyə satılırTərtərdə mənşəyi məlum olmayan toyuq əti satışının qarşısı alınıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Tərtər rayonu, H.Əliyev prospektində yerləşən "Tərtər Ticarət Mərkəzi" MMC-nin ərazisində Kazımov Kamran Vladik oğluna məxsus 99-RR-148 dövlət qeydiyyat nişanlı, "Geely" markalı ağ rəngli minik avtomobilinin yük yerinə keçirilən baxış zamanı mənşəyi məlum olmayan quş ətləri aşkar olunub. Belə ki, quş ətlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, həmçinin temperatur rejiminə əməl edilmədən və kənd toyuğu adı altında satışının həyata keçirildiyi müəyyən edilib. Müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub və məhsullar qanunvericiliyin tələblərinə uyğun olaraq saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.

Bir müddət əvvəl 3- ü 10-11 manata satılan toyuqların satışına yenidən rast gəlinir. Bazarlarda, metro çıxışlaırnda satılan bu toyuqlaırn qiyməti bəzi hallarda 12 manatdan 9 manata qədər endirilib. Satıcılar bunu alış səviyyəsinin aşağı olması ilə izah edırlər.

Satıcılardan birinin Cebhe.info-ya bildirdiyinə görə, əvvəl satış yaxşı olub. Ancaq daha sonra mətbuatda bu toyuqların mənşəyi ilə bəzi məlumatlar yayılıb və bundan sonra satış azalıb. Başqa sözlə, alıcılar qiyməti daha ucuz olan bu toyuların ölmüş toyuq olmasından şübhələnir və bu səbəbdən alıcı sayı azalıb.

Cebhe.info-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, sözügedən toyuqlar Belarusdan gətirilən 2- ci sort toyuqlardır və it- pişik yemi kimi istifadə olunur:

"Adətən bu toyuqlar Afrika ölkələrinə ixrac edilir. Bizim işbazlar da o zaman o toyuqlardan ölkəyə gətirmişdilər. Yerində elə paketlərini dəyişirirdilər. Çox ehtimal satışa çıxarılan o toyuqlar anbarda qalanlardır. Yəqin sata bilməyiblər, indi fəallaşıblar. Ümumiyyətlə, o toyuqların 3-4 aylıq saxlama müddəti var. Artıq 1 ilə yaxınlaşır ki, həmin toyuqlar satışdan yığışdırılıb. Çox ehtimal ki, Qida Təhlükəsizliyi Agentliyi satış hallarına reaksiya verəcək. Mən o toyuqların yeyilməsini məsləhət görmürəm".

Mürvət Həsənli bildirib ki, bu toyuqlar yumurtadan kəsilmiş, "qarımış", üzərində sümük faizi çox, ət faizi az olan toyuqlardır:

"İstənilən halda istehlakçı burada aldanır. Həmin toyuqların üzərində də yazılır ki, 2-ci sort toyuqlardır. Bu toyuqların adətən 1 il 8 ay, 2 illik ömrü olur. 400-480 yumurta verəndən sonra toyuqlar artıq yumurtadan kəsilir".

Mövzu ilə bağlı "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov isə bildirib ki, broyler fabriklərində yetişdirilən iki cür toyuq olur:

"Ətlik və yumurtalıq, yəni "anaş" toyuqlar. Ətlik toyuqlar müəyyən zamanadək yetişdirilir. Adətən 1 kq üzərində olur. Bundan sonra kəsimə gedir. Çünki bu müddətdən sonra onu saxlamaq rentabelli olmur. Müəyyən limit həddi var, artıq satışa çıxarılır. Lakin "anaş" toyuqlar bir müddətdən kəsilən zaman bu toyuqları kəsib ət kimi istifadə edirlər. Belə toyuqların əti əlbəttə ki, ətlik toyuqlaırn ətindən fərqlənir. Bərk olur, sanki kənd toyuğunu imitasiya edir. Belə toyuqlar ucuz olur".

Eyyub Hüseynov bildirib ki, Saatlı rayonunda yerləşən broyler fabriklərində bir gecədə minlərlə toyuq "qırılır". Bununla bağlı AİB-nə çoxsaylı şikayətlər daxil olur:

"Ehtimal olunur ki, belə toyuqlar bəzi işbazlar tərəfindən satışa çıxarılsın. Kiçik çəkili toyuqlardan söhbət gedir. Lakin bu da az hallarda ola bilər. Bu cür toyuqlar da istisna olunmur ki, bazara çıxarılsın. Əgər insanlar belə toyquların satışından şübhlənərsə, 1003 qaynar xəttinə, AQTA-ya məlumat vermələrini tövsiyə edirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2064   Tarix: 06 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

07.11.2026 172
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind

07.11.2026 182
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi

Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili

07.11.2026 176
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

00:07 120
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.