Denis Boquş: "Ukraynanın erməni vasitəçilərə ehtiyacı yoxdur" - Kiyevdən ŞƏRH

Denis Boquş: "Ukraynanın erməni vasitəçilərə ehtiyacı yoxdur" - Kiyevdən ŞƏRHİranın ballistik raketlərinin Rusiyaya ötürülməsi ehtimalı bütün dünyanı narahat edən mövzudur. Rusiya, İsrail, Ukrayna və... elə hələlik raket tədarükünə qərar verməyən İranın özündə bu məsələ xüsusi diqqətlə izlənilir.

Oxu.Az vəziyyəti şərh etmək üçün ukraynalı siyasi ekspert və strateji kommunikasiyalar üzrə mütəxəssis Denis Boquşla danışıb.

Ekspert ilk olaraq bildirib ki, Rusiya hər birinin qiyməti təxminən 20 min dollar olan "Shahed-136" pilotsuz təyyarələrinin tədarükü barədə İranla gizli şəkildə razılığa gəlib. Onun sözlərinə görə, bu kamikadze dronları Rusiyaya göndərildikdən sonra orada yenidən rənglənərək "Qeran-2"yə çevrilir, bundan sonra onlar guya Rusiyaya məxsus olurlar.

"Kəşfiyyatımız hər şeyi öyrəndi. İrandan rəsmi cavab gəldi ki, heç nə təchiz etmirlər və İranı qınamağa ehtiyac yoxdur. İran rəsmiləri daha sonra bəzi hərbi texnikanın ötürüldüyünü etiraf etdilər, lakin bunun müharibədən əvvəl olduğunu dedilər. Bunun ardınca İrandan üçüncü açıqlama gəldi, mahiyyəti də bundan ibarətdir ki, Rusiya bizim pilotsuz təyyarələrimizi alıb istifadə edirsə, bu, İran elminin təntənəsi deməkdir", - deyə o bildirib.

Boquş İranın Belarusla faktiki olaraq eyni münaqişə tərəfi olduğunu vurğulayıb:

"Biz Rusiya, Belarus və İranla müharibə vəziyyətindəyik. Ola bilsin ki, Şimali Koreya və Çin onlara qoşulsun (lakin hələlik ÇXR az ehtimaldır). Münaqişə nə qədər uzun sürərsə, bir o qədər çox ölkə ona cəlb olunacaq, mən bunu keçən yay demişdim".

Qeyd edək ki, bəzi mənbələrə görə, Ukrayna Tehranın Rusiyaya ballistik raketlər ötürməyəcəyi və pilotsuz təyyarələrin tədarükünü dayandıracağı təqdirdə İranı beynəlxalq platformalarda tənqid etməməyə, diplomatik əlaqələri kəsməməyə və s. hazırdır. Ən maraqlısı odur ki, İran danışıqlar aparmaq üçün erməni vasitəçiləri seçib və Parisin də onlarla əlaqəsi ola bilər.

Politoloq Fransa və Ermənistanın vasitəçiliyi ilə İranla danışıqların mümkünlüyü barədə fikir yürütməyin çətin məsələ olduğunu deyib.

"Əslində hərb kəs hamı ilə danışır. Amma həmin Ermənistan faktiki olaraq Rusiyanın tərəfində çıxış edir. O, KTMT, Aİİ və s. daxildir, buna görə də İrəvanın iştirakı ilə bu cür danışıqların mümkünlüyünü az ehtimal edirəm.

Parisə gəlincə hazırda yaxşı danışıqlar gedir. Avropa və NATO ölkələrindən ilk olaraq Fransa bizə tanklar (hələlik yüngül) verəcək. Bu Fransanın hansı tərəfdə olduğunu göstərir. Baxmayaraq ki, Fransa Prezidenti Emmanuel Makronun Putinlə təmasları var", - deyə o bildirdi.

Boquş İranın ballistik raketlərinin Rusiyaya ötürülməsi məsələsi ortaya çıxana qədər İsrailin mümkün qədər neytral qaldığını vurğulayıb. Bu məsələnin vacibliyinə gəlincə isə, mütəxəssis bunu Ukraynada istifadə olunan Rusiyanın "Kalibr" raketlərinin timsalında izah edib:

"Rusiya "Kalibr"i döyüş şəraitində ilk dəfə 2015-ci ildə Suriyaya zərbələr endirməklə istifadə edib. Onlardan neçəsinin hədəfə çatması, neçəsinin isə sadəcə düşməsi artıq vacib deyil, amma indi "Kalibr" artıq "Kinjal" və digər sistemlər kimi döyüş şəraitində məhv edilib.

Moskvanın sifariş verdiyi, lakin bizim hesablamalarımıza görə, hələlik Rusiyaya gedib çıxmayan İranın ballistik raketləri İsrail üçün təhlükədir. İran öz raketlərini NASAMS, "IRIS-T", "S-300", "Buk-M" və s. sistemləri olan Ukraynanın hava hücumundan müdafiə sistemlərinə qarşı döyüş şəraitində sınaqdan keçirsə, nələr baş verəcəyini təsəvvür edin. Biz artıq müxtəlif növ raketləri vurmağı öyrənmişik. Rusiyada "Kalibr" və ya "X-101"in neçə faizinin vurulduğunu anlayırlar. Ukrayna bir növ sınaq meydanına çevrilib. Əgər Rusiya İrandan yeni ballistik raketlər alarsa və sonra onları Ukraynanın hava hücumundan müdafiə sistemində sınaqdan keçirərsə, o zaman istehsalçı İran bütün səhvləri nəzərə alıb onları təkmilləşdirə bilər. Sonra da Tehran onlarla İsrail ərazisini vura bilər.

Bu, İsrail üçün ciddi çağırışdır və buna görə İrana məxsus ballistik raketlərin Rusiyaya girməsinin qarşısını almağa çalışır. Hazırda bir çox ölkələr bunun üzərində işləyirlər".

Siyasi ekspert vasitəçinin İran və Fransa ilə münasibətləri yaxşı olan rəsmi İrəvan deyil, hansısa erməni vasitəçilərin olacağı təqdirdə hansı qərarın veriləcəyi ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, istənilən vasitəçinin çəkisi olmalıdır.

"Məsələn, Türkiyəni götürək. O, "Taxıl sazişi"nin qarantı oldu. İrəvan isə, xüsusən də Ukraynaya lazım olmayan erməni vasitəçilər Kiyev və Tehran arasında heç bir qarant ola bilməz. Ukrayna ilə İran arasında diplomatik əlaqələr kəsilməyib, gizli də olsa, birbaşa danışa bilərik, amerikalılar, ya da bir başqası vasitəsilə İrana təsir edə bilərik. Odur ki, bir daha təkrar edirəm: hansısa qərarlara gətirib çıxara biləcək danışıqlar nöqteyi-nəzərindən bizim erməni vasitəçilərə ehtiyacımız yoxdur", - deyə Denis Boquş sözlərini yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 532   Tarix: 07 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.