"Uşaq dünyaya gələndən sonra ərimin keçmiş həyat yoldaşı bizdən əl çəkdi" - FOTO

"Uşaq dünyaya gələndən sonra ərimin keçmiş həyat yoldaşı bizdən əl çəkdi" - FOTO"2020-ci ildən başım övladıma qarışıb. Son iki il mənim üçün ailə həyatımla, ən əsası da övladımla bağlı önəmli, yaddaqalan illər oldu. Ərimin keçmiş həyat yoldaşı ilə bağlı problemlərimiz bitdi. Çox şükür! Uşağımız dünyaya gələndən sonra qadın nə yoldaşımı, nə də ki, məni narahat etmir. Özü də başa düşdü ki, nə var, nə yox".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Türkiyədə yaşayan aktrisa Cəmilə Tağızadə deyib.

"Sənətə günü bu gün qayıdaram. Amma övladımın böyüməsini gözləyirəm. Çünki mənsiz qala bilmir. Yoldaşım da icazə verir, mənə qadağası yoxdur. Sənətimi atmamışam, davam etdirəcəm, sadəcə bir az zamana ehtiyacım var. Bir il bəs edər məncə. Aktrisalıq fəaliyyətimi Türkiyədə davam etdirəcəm. Bu həyatda mümkün olmayan heç nə yoxdur. Yetər ki, insan özü istəsin, çaba göstərsin" deyə aktrisa bildirib.

Cəmilə Tağızadə bildirib ki, sənətdə hər şey maddiyatdan asılıdır.

"Bəzən deyirlər ki, sənətdə mütləq adamın olmalıdır. Bu sözlə razı deyiləm. Vaxtilə Azərbaycanda ən çox çəkilən aktrisalardan biri də mən idim. Mənim nə adamım, nə də tapşıranım var idi! Öz istedadımla, gücümlə, biliyimlə bu sahəyə gəlmişdim. Məncə bunlar hamısı bəhanələrdir. Bəli, elə aktyor, aktrisalarımız var ki, daim onlar çəkilir. Buna görə bir çox rejissorlarımızı qınaya bilərəm. Eyni simalar nə qədər olar?! Teatrlarımızda bir bilsəniz ki, nə qədər yeni üzlər, yeni simalar var. Rejissorları da bir yandan qınamaq düzgün deyil. Çünki istehsalçı şirkət öz filmində tanınmış, məşhur simanı görmək istəyir. Kim istəməz ki, Bred Pit olan filmi izləməsin?! Bütün dünya praktikasında bu belədir. Kim daha çox tələb olunursa, izlənilirsə o da çəkilir. Bizdə elə aktrisalar var ki, dostluqla, tanışlıqla, tapdığı sponsorla özünü baş rolda çəkdirir. Bu tək Azərbaycanda deyil, hər yerdə belədir. Türkiyənin yeşilçam ulduzu Türkan Şorayı da vaxtilə Rüçhan adlı iş adamı qabağa çəkib, ulduz etmişdi. Kimin pulu varsa o həmişə öndədir. Mən də buna qarşıyam. Bizdə yaxşı rejissorlar da, prodüsserlər də var, sadəcə tək problem maliyyədir. Maliyyə problemi aradan qaldırılsa, biz də yüksək səviyyəli filmlər çəkib, nüfuzlu festivallara çıxararıq" deyə aktrisa bildirib.

"Uşaq dünyaya gələndən sonra ərimin keçmiş həyat yoldaşı bizdən əl çəkdi" - FOTO


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3381   Tarix: 07 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını

29.10.2026 742
.

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma

07.11.2026 173
.

Anasının evində əşyalara əl vurulmasını qoymur

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda

07.11.2026 245
.

"Sevgi təkbaşına kifayət etmir"

Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi

28.10.2026 827
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 527
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 891
.

Xoşqədəm TANINMAZ HALDA - FOTO

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:

00:06 113
.

Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."

Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb

03.11.2026 626
.

"Anamla atam ailə qurmağımı istəyir"

"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər

25.10.2026 835
.