Bu il "Qırmızı kitab"ın III nəşri çap ediləcək

Bu il "Qırmızı kitab"ın III nəşri çap ediləcəkBu il "Qırmızı kitab"ın III nəşri çap ediləcək.

"Report" Azərtac-a istinadla xəbər verir ki, bunu AMEA vitse-prezidenti akademik İradə Hüseynova deyib.

O bildirib ki, "Qırmızı kitab"ın III nəşri Prezidentin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncamının icrası ilə bağlı AMEA-nın tədbirlər planına salınıb:

"Azərbaycan Respublikasının "Qırmızı kitabı"nın I nəşrinə nadir və nəsli kəsilmək təhlükəsi altında olan 140 ali bitki növü daxil edilib. I nəşrdə olan 33 nadir növ müxtəlif səbəblərdən II nəşrə daxil edilməyib. Onlardan 15 növün III nəşrə yenidən daxil edilməsi məqsədəuyğun hesab edilib. "Qırmızı kitab"ın II nəşri 330 növü, o cümlədən 266 ali (1 növ mamır) və 20 ibtidai bitkini, 14 göbələk növünü əhatə edir. "Qırmızı kitab"ın II nəşrində olan 23 növün III nəşrə daxil edilməsi tövsiyə edilməyib. İşçi qrupu tərəfindən "Qırmızı kitab"a daxil edilməsi tövsiyə olunan yeni növlərin sayı 122-yə bərabərdir. "Qırmızı kitab"ın III nəşrinə daxil edilmək üçün 450-dən çox növ qiymətləndirilib. Bunlardan 400-dən çoxu ali, 6-sı ali sporlu, 7-si ibtidai bitkilərə (2-si şibyə, 5-i yosun), 37-si göbələk növlərinə aiddir".

Vitse-prezident "Qırmızı kıtab"ın I nəşrinə 108 növ heyvan adı daxil edildiyini vurğulayıb: "Onların 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq və 40 növü həşəratlar sinfinə aiddir. "Qırmızı kitab"ın II nəşrinə nadir, nəsli kəsilmək təhlükəsində olmaqla, qorunmasına ehtiyac yaranan 223 növ heyvan daxıl edilib. II nəşrə həşəratlar sinifinə aid 77 növ daxil edilib. III nəşrdə 25 növün siyahıdan çıxarılması, 30 növün isə əlavə edilməsi təklif edilir. II nəşrə 6 amfibi və 20 sürünən növü daxil edilib. Ötən dövr ərzində bu növlərin bir çoxunun təsnifatında dəyişikliklər edilib. Bu fakt, eləcə də son illərdə aparılan molekulyar-genetik tədqiqatlar nəticəsində bəzi növlərin iki və daha çox müstəqil növə ayrılması III nəşrdə nəzərə alınacaqdır. "Qırmızı kitab"ın II nəşrinə quşların 72 növü daxil edilmişdi. Bunlardan 10 növün yaşıl siyahıya salınması və qırmızı siyahıya isə 16 yeni növün daxil edilməsi təklif edilir. II nəşrə düşmüş məməli heyvanlardan 5 növün qırmızı siyahıdan çıxarılması və 2 yeni növün daxil edilməsi planlaşdırılır. Ümumilikdə, III nəşrə 242 fauna növünün salınması qərara alınıb. Bunlardan su onurğasızlarının 7, həşəratların 82, balıqların 12, suda-quruda yaşayanların 6, sürünənlərin 18, quşların 78, məməlilərin 39 növü üzrə qiymətləndirmələr aparılıb, onların sayı, nəsilvermə göstəricisi, biotopla trofik əlaqəsi, limit amilləri haqqında məlumat toplanıb, oçerklər yayılma xəritələri və növün xarakterik şəkilləri ilə birgə tam hazırlanıb, növlərin kitabdakı sıralanması müəyyənləşdirilib".

İ.Hüseynova qeyd edib ki, Ermənistan tərəfindən işğal müddətində təbiətə, torpaq və su resurslarına qarşı törədilən ekoloji fəsadlar fauna və floranın nadir növlərindən də yan keçməyib: "Qırmızı kitabı"a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahısı"na daxil edilmiş nadir təbiət inciləri məhvə məruz qalıb. Qarabağ torpaqlarının işğaldan azad edilməsi nəticəsində bu regionda da ekspedisiya tədqiqatlarına imkan yaranıb və "Qırmızı kitab"ın II nəşrindən fərqli olaraq III nəşrdə regionun nadir və itmək təhlükəsində olan növlərinin real monitorinqlərinin həyata keçirilməsi mümkün olub. İşğaldan azad edilmiş ərazilərdə alimlərimiz "Qırmızı kitab"la bağlı tədqiqatlar aparıblar. Bu tədqiqatların nəticələri də III nəşrdə öz əksini tapacaqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 577   Tarix: 07 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 128
.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind

07.11.2026 182
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

00:21 80
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 163
.