Müharibədən əvvəl övladlarının hesabına milyardlarla vəsait köçürüb

Müharibədən əvvəl övladlarının hesabına milyardlarla vəsait köçürübRusiyalı milyarder Roman Abramoviçin Ukraynaya qarşı hərbi əməliyyatın başladılmasına bir neçə həftə qalmış övladlarının hesabına 4 milyard dollar vəsait köçürdüyü ortaya çıxıb.

Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.

Sənədlərə əsasən, 2022-ci ilin əvvəlində Abramoviç Kipr və Cersidə ən azı 10 trestin yeganə benefisiarı olub. Lakin fevralın 4-də trestlərə düzəlişlər edilməyə başlanıb. Nəticədə Abramoviçin payı azaldılıb və ya ləğv edilib. Həmçinin, eyni anda onun yeddi övladının payı bəzi hallarda 100%-ə qədər yüksəlib.

Nəşr yazır ki, bu, milyarderin həbsini və aktivlərinin müsadirəsini xeyli çətinləşdirə bilər. Belə ki, 2022-ci ilin dekabrında Kanada hakimiyyəti Abramoviçlə əlaqəsi olan Virciniya adalarında qeydiyyatdan keçmiş "Granite Capital Holdings Ltd." şirkətindən 26 milyon dolların müsadirə edilməsi prosesinə başlayacaqlarını açıqlayıb. Ancaq Ukraynada münaqişə başlamazdan əvvəl Abramoviç şirkətə sahib olan "HF Trust"ın benefisiarı olmağı dayandırıb və yerini onun övladları tutub.

Eyni zamanda, uşaqlara Rusiya şirkətlərindən paylar, "Eclipse" superyaxtası və Londonda 107 milyon dollarlıq malikanə kimi fiziki aktivlər də verilib.

Xatırladaq ki, Böyük Britaniya və Avropa İttifaqı 2022-ci ilin martında Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Milyarder bu qərarın ləğvi üçün məhkəməyə müraciət edib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 857   Tarix: 08 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Mən heç səni unutmadım"

Aktyor Elşən Orucov mərhum həmkarı və dostu Azər Baxşəliyevi yad edib. Axşam.az xəbər verir ki, sənətçi onunla birlikdə çəkdirdiyi görüntülərdən video hazırlayaraq sosial şəbəkə hesabında paylaşıb. Elşən videonu "Mən heç səni unutmadım" sözləri ilə yayımlayıb. Qeyd edək ki, Azər Baxşəliye

15:10 157
.

Nadir Qafarzadədən nəvəsi ilə bağlı paylaşım - Foto

Müğənni Nadir Qafarzadə öz adını daşıyan nəvəsi ilə paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı nəvəsi ilə çəkdirdiyi fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, N.Qafarzadənin iki oğlu və iki nəvəsi var

16.08.2026 561
.

"Queen"in üzvü vəfat etdi

Britaniyanın məşhur "Queen" qrupunun bas gitaristi Barri Mitçell vəfat edib. Axşam.az xəbər verir ki, musiqiçinin ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Barri Mitçell "Queen"in ikinci bas gitaristi olub. O, 1970-ci ilin avqustundan 1971-ci ilin yanvarına qədər qrupun heyətində çıxı

16:10 134
.

Salma Hayek nənə oldu - Fotolar

59 yaşlı aktrisa Salma Hayek ilk dəfə nənə olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Hollivud ulduzunun ögey oğlu Fransuanın həyat yoldaşı Lara Kozima sosial şəbəkə hesabında paylaşım edib. O, körpənin bir ay əvvəl dünyaya gəldiyini qeyd edib. "Həyat yoldaşım (dünyanın ən möhtəşəm Fransuası

14.08.2026 465
.

Qızı İbrahim Borçalı ilə fotolarını paylaşdı

Müğənni İbrahim Borçalı qızı Aysu atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, övladı ifaçı ilə çəkdirdiyi şəkilləri sosial media hesabında paylaşıb. Qeyd edək ki, İ.Borçalı bir neçə il əvvəl oğlunu itirib. Rəhim Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib. İfaçının iki övladı var id

21.08.2026 346
.

"Bozo"nun eks-sevgilisini canlandıracaq - Foto

"Yeraltı" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Şükran Ovalı rol alacaq. O, ekran işində "Bozo"nun eks-sevgilisi obrazını canlandıracaq. Qeyd edək ki, baş rolları Devrim Özkan, Uraz Kayqılaroğlu və Deniz Can Aktaş paylaşır

16.08.2026 470
.

Kriştiano Ronaldo ilə evlənən Corcinanın keçmiş sevgilisi ilə fotoları yayıldı

Məşhur futbolçu Kriştiano Ronaldo ilə toyu olan Corcina Rodriqes gündəmdən düşmür. Bu dəfə isə o keçmiş həyatı ilə bütün diqqətləri üzərinə çəkib. xəbər verir ki, iddialara görə, 2016-cı ilə aid olan fotolarda Rodriqes bir bəylə ilə birlikdə əks olunub. Şəkillərin ekran görüntülərində paylaşımlarda

18.08.2026 672
.

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Xalq artisti Nəzakət Teymurova qızı və tanınmış aparıcı Ceyran Rəhimova ilə birlikdə Yunanıstana gedib. "Qafqazinfo" xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Santorinidə dincəldikləri anlara dair fotolar paylaşan xanəndə "Tarixi yerləri görməyə dəyər"

13.08.2026 439
.

Aygün Kazımovanın ŞOK EDƏN GÖRÜNTÜSÜ YAYILDI - FOTO

Xalq artisti Aygün Kazımovanın illər əvvəl çəkdirdiyi fotosu sosial şəbəkələrdə gündəm olub. xəbər verir ki, pop divanın arxiv görüntüsü izləyicilərin diqqətini çəkib. Fotoya qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər gəlib. Sosial şəbəkə istifadəçiləri Aygün Kazımova ilə bağlı fikirlərini şərh bölməsind

18:52 162
.