Azərbaycan səhnəsinə gözəlliyi ilə işıq saçan Leyla Bədirbəylinin doğum günüdür
Bu gün məşhur Azərbaycan aktrisası Leyla Bədirbəylinin doğum günüdür.
1920-ci ildə dünyaya göz açan Leyla Ağalar qızı Bədirbəylinin doğum yeri haqqında fərqli fikirlər var. Bəzi mənbələrdə onun Bakıda, bəzilərində isə Şəmkirdə dünyaya göz açdığı qeyd olunur.
Onun anası Bikə xanım Şəmkirin Dəllər kəndindən Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.
Aktrisanın uşaqlıq illəri isə Bakıda, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin incəsənətə yönəlməsində birbaşa anasının təsiri olub. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedərkən Leylanı da həmişə özü ilə apararmış. Leyla Bədirbəyli burada rəqs bacarığı ilə diqqət çəkir və Dövlət Filarmoniyasından təklif alır. 16 yaşında o, buradakı həmkarı Fərəc Cavanşirovla ailə həyatı qurur.
1937-ci ildə onların Cavanşir adlı oğulları dünyaya gəlir. Qeyd edək ki, Cavanşir Cavanşirov uzun illər AzTV-də operator kimi çalışıb. Həyat yoldaşı Elmira Cavanşirova isə dövlət televiziyasında rejissor kimi fəaliyyət göstərib. Cütlük 2017-ci ildə vəfat edənədək Leyla Bədirbəylinin uşaqlıqda yaşadığı Fəvvarələr Meydanında yerləşən evdə yaşayıb.
Leyla Bədirbəylinin Cavanşirin atası ilə ailə həyatı elə də uzun çəkmir. O, 1941-ci ildə boşanır və 1942-ci ildə diş həkimi Kamil Aslanova ərə gedir. Beş il sonra onların Lalə adlı qızları dünyaya gəlir, Bikə adlı ikinci qız övladları isə 1964-cü ildə doğulur. Bundan bir müddət sonra Kamil Aslanov Ukraynada yol qəzası keçirərək həyatını itirir. Leyla Bədirbəyli həyat yoldaşının ölümündən bir il sonra qızı Laləni itirir.
Bu hadisədən sonra aktrisa əsəb xəstəliyinə tutulur. Gözəlliyi ilə ad çıxaran Bədirbəyli tanınmaz hala düşür və bu halda onu heç kimin görməsini istəmədiyi üçün evə qapanır. 1999-cu il yanvarın 1-də ümummilli lider Heydər Əliyev ona "İstiqlal" ordeni verənə kimi evdən çıxmır.
İosif Stalin "Qafqaz gözəli" adlandırdığı aktrisa elə həmin ilin noyabr ayının 23-də 79 yaşında vəfat edir. O, Fəxri Xiyabanda dəfn edilir. (oxu.az)
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu foto Flora Kərimovanı təsirləndirdi
Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:. "Oğlum, qızım və mən. Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmd
31.10.2026 484 Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını
29.10.2026 742 Engin Altana ağır itki - Foto
Türkiyəli aktyor Engin Altan Düzyatana ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktyorun atası Mevlan Düzyatan 88 yaşında dünyasını dəyişib. Bu barədə aktyor özü sosial media hesabında yazıb. O, atasının sabah İzmirdə dəfn ediləcəyi bildirilib. Qeyd edək ki, Engin Altan Düzyatan sonuncu dəfə "Çö
25.10.2026 928 79 yaşlı müğənni gənc qalma sirrini açıqladı
Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn
01.11.2026 482 Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi
Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi
03.11.2026 595 Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"
Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki
27.10.2026 888 Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib
Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma
07.11.2026 173 Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
02.11.2026 663 "Başkalarının hayatı" da yayımlanmayacaq
"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını
31.10.2026 527