Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, yoxsa bank kartları? – ARAŞDIRMA

Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, yoxsa bank kartları? – ARAŞDIRMABank kartına pul gələn kimi onu nağdlaşdıranlar əvvəllər daha çox idi. Çünki bank kartlarına inam hələ formalaşmamışdı. Ancaq zamanla təbliğ edildi ki, pulumuz elə kartda qalsa, daha yaxşıdır. Bu zaman oğurluq, təbii fəlakət və s. kimi risklərdən sığortalanmış olur. Yəni zamanla inam artdı və insanlar pullarının kartda daha güvənli olduğu qənaətinə gəldilər.

Ancaq indi kartlardan pul oğurlaması halları da baş verir, özü də böyük məbləğlərdə. Bu kimi məsələlər gündəmə gələndə, banklar vətəndaşları diqqətli olmağa, kart məlumatlarını 3-cü şəxsə verməməyi məsləhət görürlər.

Ancaq bu kimi oğurluq halları yaşananda adamda sual yaranır ki, mənim də kartımdakı pulu oğurlaya bilərlər? Kartda saxlamaq nə dərəcədə etibarlıdır?

Məsələ ilə bağlı "Kaspi" qəzetinin əməkdaşı mütəxəssislərlə söhbətləşib.

Bank eksperti Emin Mahmudov deyir ki, bank və kart sektoru inkişaf etdikcə dələduzluq və kartlardan oğurluq halları da artır, lakin qeyd etməliyik ki, kartlardan pul oğurlanması halı banklara bağlı olmadığı üçün bu, əhalinin kartda pul saxlamasına mane olacaq faktor kimi çıxış etmir: "Tutaq ki, bir bankda ay ərzində 2 milyon əməliyyat olursa, bunun 10-u dələduzların kartdan pul oğurlanması ilə bağlı olur. Yəni belə hallar çox azdır. 5 hal bir bankda, 3 hal başqa bir bankda olanda, bu, bir az narahatlıq və əhali arasında təşviş yaradır ki, kartlardan pullar oğurlanır. Ancaq nəzərə alaq ki, indiyə kimi Azərbaycanda kartdan pulun oğurlanması heç vaxt bankın günahından olmayıb. Kartdan oğurluq halı 99 faiz halda müştərinin öz səhvi ucbatından olur. Həm kartların üstünlüklərini, həm də bu riskləri nəzərə alaraq müştəri özü ölçüb-biçib pulunu kartda saxlayıb-saxlamamaqla bağlı qərar verir. Yəni bizdə bu hallar çox deyil, üstəlik də banklarla bağlı deyil. Ona görə insanların pullarını kartda saxlamaqdan çəkinəcəklərini düşünmürəm".

E.Mahmudov bildirdi ki, təhlükəsizlik qaydalarına riayət etmək şərtilə pulumuzu kartda saxlamaqdan çəkinməməliyik: "Bütün kart istifadəçilərini əmin edə bilərik ki, 3-4 sadə təhlükəsizlik tədbirinə əməl etsəniz, kartınızdan pul heç vaxt oğurlana bilməz".

Ekspert həmin təhlükəsizlik qaydalarını da qeyd etdi: "Kartın 16 rəqəmdən başqa əlavə heç bir məlumatı 3-cü şəxsə verməyin. Sizə pul köçürürlərsə, CVV/CVC kod, kartın bitmə tarixi heç vaxt lazım olmur. Yaxud sizə link göndərib deyirlər ki, sizdən heç nə istəmirik, linkə özünüz daxil edin. Kart məlumatlarınızı heç bir linkə, tanımadığınız saytlara daxil etməyin. Kartın pin kodunu kartın üzərinə yazmaq olmaz. Bankın "application"ununu mütləq yükləmək lazımdır. Sabah kart oğurlananda, itəndə, tez tərpənib kartı bloklayasınız. Böyük məbləğdə pulu karta qoyursunuz, amma oğurlanacağından qorxursunuzsa, bankın proqramından kartı bloklayırsınız, sizə lazım olan vaxtı blokdan çıxarıb istifadə edirsiniz.

Bəzən bankdan zəng gəlir, bəzən isə dələduzlar bank əməkdaşı adından zəng vururlar. Siz hansı olduğunu müəyyənləşdirə bilmirsinizsə, zəng edən əməkdaşın adını və ofisdə daxili telefon nömrəsini soruşun. Deyin ki, mən sizinlə əlaqə saxlayacam. Sonra bankı özünüz yığıb həmin şəxslə danışmaq istədiyinizi deyin. Bu zaman əmin olacaqsınız ki, bankla danışırsınız".

İnformasiya Texnologiyaları mütəxəssisi Rəşad Əliyev deyir ki, kart istifadəsi ilə bağlı təlimatlar var, onlara diqqət edilməyəndə kartdan oğurluq halı baş verir: "Bank kartları ilə bağlı təhlükəsizlik standartları var. Banklar bunları edirlər, müştəriyə də bu məlumatları verirlər. Hansı kodları 3-cü şəxslə paylaşmamalı olduğunu bildirirlər. Amma insanlar əgər orda qeyd edilənlərə riayət etmirlərsə, problemlə üzləşirlərsə, bankı günahlandırmaq düzgün deyil".

R.Əliyev bildirdi ki, böyük məbləğlərdə oğurluqlardan sığortalanmaq üçün insanlar hansı kartı harada istifadə etməli olduqlarını bilməlidirlər: "Banklar kartlardan oğurluq hallarının qarşısını almaq üçün hazırda kartları kateqoriyalara bölüblər. Məsələn, maaş, səyahət, alış-veriş və sair kartlar var. Düzdür, kartların hamısı multifunksionaldır. Amma buna baxmayaraq, onlardan növlərinə uyğun istifadə etmək daha yaxşı olar. Maaş, yaxud pul yığdığınız kartları alış-veriş üçün istifadə etmək doğru deyil. Onlayn alış-verişdə maaş kartını istifadə edirsinizsə, burada da risk ehtimalı yaranır. Maaş kartı hər ay müəyyən məbləğdə pul gələn kart hesabıdır. Bu kart hesabını elektron kommersiya saytına qoymusunuzsa, saytın etibarı yoxdursa, sabah o kart məlumatlarınız bəd fikirli insanların əlinə keçə bilərsə, maaş vaxtı o ödənişi ələ keçirməyə çalışacaqlar. Bank təklif edir ki, onlayn alış-veriş üçün virtual istifadə edin. Bir də "3D security"ni aktiv edin".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 820   Tarix: 08 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

00:21 80
.

Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı

Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır

07.11.2026 236
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

07.11.2026 194
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl

07.11.2026 199
.