"Sədərək" Ticarət Mərkəzində yanğın tam söndürülüb -YENİLƏNİB + FOTO/VİDEO

"Sədərək" Ticarət Mərkəzində yanğın tam söndürülüb -YENİLƏNİB + FOTO/VİDEOFövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

"Sədərək" ticarət mərkəzində baş verən yanğın söndürülüb.

DİN-dən bildirilib ki, Ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb.

Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.

21:12

"Sədərək" ticarət mərkəzində yanğın söndürülüb.

APA-nın xəbərinə görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə bildirib ki, yanğın söndürülüb, hazırda soyutma işləri aparılır.

20:36

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə "Report"a FHN-in Mətbuat xidmətindən bildirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

19:37

"Sədərək" Ticarət Mərkəzində (TM) baş verən yanğınla əlaqəli polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib".

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

"Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb", - DİN rəsmisi qeyd edib.

"Sədərək" Ticarət Mərkəzində yanğın tam söndürülüb -YENİLƏNİB + FOTO/VİDEO"Sədərək" Ticarət Mərkəzində yanğın tam söndürülüb -YENİLƏNİB + FOTO/VİDEO"Sədərək" Ticarət Mərkəzində yanğın tam söndürülüb -YENİLƏNİB + FOTO/VİDEO18:57

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3264   Tarix: 08 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

00:21 80
.

Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı

Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır

07.11.2026 236
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

07.11.2026 194
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl

07.11.2026 199
.