Zəminə Rəhimova: "Səs imkanlarımı, ondan istifadəni hələ də öyrənirəm" - MÜSAHİBƏ/FOTO

Zəminə Rəhimova: "Səs imkanlarımı, ondan istifadəni hələ də öyrənirəm" - MÜSAHİBƏ/FOTOSon zamanlar efirlərdə gözəl səsi olan bir gənc qız görünməyə başlayıb. Geniş səs diapazonu, səhnə plastikası ilə diqqət cəlb edən müğənni çalışqanlığı ilə fərqlənib. Söhbət Milli Konservatoriyanın məzunu Zəminə Rəhimovadan gedir. Bu günlərdə onunla qarşılaşdıq və bizi maraqlandıran bir neçə sual ünvanladıq.

Zəminə Rəhimovanın Qaynarinfo-ya müsahibəsini təqdim edirik:

- Musiqi ilə neçə yaşından məşğul olmağa başlamısız? Müəllimləriniz kimlər olub?
- Musiqiyə kiçik yaşlarımdan həvəs göstərmişəm. Heç yadımdan çıxmaz, uşaq vaxtı öz həyətimizdə əmim uşaqlarını, babamgildə isə qonşu uşaqlarını ətrafıma toplayıb səhnəciklər qurardım və nənəmin, anamın uzun toy geyimlərini geyinib, şou göstərib, mahnı ifa edərdim. Özümü əsl səhnədəymişəm kimi xoşbəxt hiss edərdim. Əlbətdə ki, o vaxtlar bunlar mənə əlçatmaz bir xəyal kimi gəlirdi. Orta məktəbdə bir çox tədbirlərdə fəal iştirakım və uğurlu çıxışlarımla istər məktəb, müəllim kollektivinin, istərsə də yaxınlarımın diqqətini çəkməyə başladım. 3-cü sinifdə oxuyarkən valideynlərim məni Maştağadakı 10 saylı musiqi məktəbinin fortepiano sinifinə yazdırdılar. 7 illik piano təhsilimi aldığım illərdə oxumağa olan həvəsim məni məhz mərhum Əməkdar artist İsmayıl Ələkbərovun sinifinə, gözəl mahnılar ifa etməyə aparırdı. Düzdür, ilk vaxtlar valideynlərim buna heç razı deyildilər və mənim çıxışlarıma, oxumağıma bir hobbi kimi baxsalar da, sonralar səsimi dinlədikcə, bu yolda ən böyük dayağım oldular.
Zəminə Rəhimova: "Səs imkanlarımı, ondan istifadəni hələ də öyrənirəm" - MÜSAHİBƏ/FOTO- İlk uğurlarınız hardan başladı?
- 9-cu sinifdən sonra İncəsənət Gimnaziyasına qəbul oldum. Bu hazırlıq dönəmində mərhum Xalq artisti Əlibaba Məmmədovdan və tələbəsi Könül Qəmbərovadan dərs aldım. Gimnaziyada oxuduğum dönəmdə Xalq artisti Azər Zeynalov səsimi dinlədi və bəyəndi. Gimnaziyanın 10-cu sinifdə oxuyarkən İFLC yarışmasına namizəd seçildim ve püşk atma oldu, mənə Albaniya düşdü. Azərbaycan və Türkiyəni təmsil etdim, 2-ci yerə layiq görüldüm. Bu mənim ilk uğurlarımdan idi.

2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının Milli vokal şöbəsinə yüksək nəticə ilə daxil oldum. Burada Xalq artisti Gülnaz İsmayılovadan dərs aldım. Bu 4-il ərzində çox xoş xatirələrim və uğurlarım oldu, yazmaqla və söyləməklə bitməyəcək qədər ürəyimdə əbədi qalacaq xoş anlar yaşadım.

- Vokal imkanlarının çox geniş olmasının fərqindəsiz?
- Səs imkanlarım barəsində danışmağım bir az düzgün çıxmaz, bu barədə müəllimlərim öz sözlərini deyiblər. İlk dəfə bu səslə mənim çox gözəl gələcəyimin olacağını bildirən mərhum İsmayıl Ələkbərov oldu. Daha sonra bayaq söylədiyim kimi, Xalq artisti Azər Zeynalov səsimi bəyənmişdi. Milli Konservatoriyaya qəbul imtahanlarında ona yaxınlaşıb "o vaxt tədbirlərin birində səsimi bəyənmişdiz" deyəndə Azər müəllim "Sənin çox gözəl səsin var, gələcəyin parlaqdır" cavabını vermişdi. Məni Azəbaycanın Xalq artisti, professor, dəyərli pedaqoq Gülnaz İsmayılovaya yönəltmişdi hazırlıq üçün. Qəbul imtahanlarını yüksək nəticələrlə verib konservatoriyanın vokal şöbəsinə qəbul oldum və Gülnaz İsmayılovanın sinifində öz təhsilimi davam elətdirdim. Səs imkanlarımı, ondan istifadəni hələ də öyrənirəm.
Zəminə Rəhimova: "Səs imkanlarımı, ondan istifadəni hələ də öyrənirəm" - MÜSAHİBƏ/FOTO- Sənətdə zirvə sizin üçün hardadır?
- Zirvə barədə danışmaq mənim üçün çox tezdir, bircə onu deyə bilərəm ki, sənətdə öncə təhsilli, savadlı ifaçı kimi püxtələşmək lazımdır. Daim öz üzərində çalışmaq, bilmədiklərini öyrənmək, ən əsası tamaşaçı sevgisini qazana bilmək, insan olaraq müsbət keyfiyyətlərini itirməmək və sənətinin inkişafı üçün hər an axtarmaq lazımdır. Dediyiniz zirvəni əlçatan etmək, yadda qalıb, sevilmək üçün və sonunda öz istəyinə nail ola, sənətdə bir iz qoya bilmək, yaddaşlarda yaxşı bir sənətkar olaraq qalmaq üçün çox çalışmaq vacibdir.

- İfaçı çoxluğu sizi qorxutmur ki?
- Əsla. Elin gözü tərəzidir. Zamanla hər kəs öz layiqli yerini tutacaq, əsl sənətini nümayiş etdirənlər xalqın yaddaşlarına qala biləcəklər.

- Repertuarınızı ələkdən keçirsəniz, hansı mahnıları atar, hansıları qoruyardız?
- Repertuarımda olan, ifa etdiyim mahnıları çalışıram ki, öz səs tembrimə uyğun seçim. Sözlərə diqqət yetirirəm. Bu mövzuda danışarkən mənim bu yenicə addımladığım yolda daha da ruhlandıran, həvəsləndirən öz gözəl, möhtəşəm bəstələri ilə qəlbimizi oxşayan dəyərli bəstəkarımız, Xalq artisti və hər şeydən öncə böyük, gözəl ürəkli Aygün Səmədzadənin adını çəkməsəm olmaz. Hazırda ifa etdiyim "Qarabağ", "Məktub", "Üç alma", "Gözlərində" əsərlərin müəllifi Ayğün xanımın bir doğmam qədər mənə olan dəstəyi, sənətdən əlavə göstərdiyi qayğısı sənətimin irəliləməsi üçün əvəzolunmazdır. Təkcə mənə deyil, bir çox istedadlı gənc ifaçılara olan xüsusi diqqəti bu yolda əminliklə, uğurla addımlamaq üçün açdığı çımır danılmazdır. Böyük sənəkar olmaq olar, gözəl insan olmaq və bu keyfiyyətli dəyərləri qoruyub saxlamaq çox az sənətkara nəsib olur. Var olsun Aygün xanım, nə yaxşı ki, onunla yaxından tanış oldum. Onun dəstəyi mənim ilk addımlarımda, başladığım kiçik yaradıcılığımda çox böyük rol oynadı. Buna görə sonsuz təşəkkürümü bildirirəm.

O ki qaldı zəif mahnılara, atmaq deməzdim, mən bütün mahnılarımı sevərək, ürəkdən ifa etməyə çalışmışam. Yalnız daha zəif və məni dinləyən tamaşaçının zövqünü oxşamayan mahnılarım da var. Bu da bir az təcrübəsizlikdən, daha çox mahnı oxumaq həvəsindən olub. Tədricən uzaqlaşacağam onlardan.
Zəminə Rəhimova: "Səs imkanlarımı, ondan istifadəni hələ də öyrənirəm" - MÜSAHİBƏ/FOTO- Sürətlə irəli gedirsiz, mahnılarınız, klipləriniz yaşınıza, səhnə fəaliyyətinizə görə çoxdur. Sizcə bu sahədə hansı daha vacibdir: Kəmiyyət, yoxsa keyfiyyət?
- Bəli surətlə irəliləyirəm. Bu söz mənim həyatım, yenicə başladığım sənətim üçün qarşıma qoydumum məqsədlərə çatmağım üçün ən stimul verə biləcək bir devizə, şüarıma çevrilib. İrəli, irəli və yenə də irəli. Əlbəttə ki, keyfiyyəti üstün tutmaqla.

- Müğənnilər səhnəyə alışdıqca, özündən razı qalmağa başlayır. Siz necə olacaqsınız?
- Səhnə hamını dəyişir. Kimini müsbətə, kimini mənfi tərəfə. Bacardığım qədər yaxşılarla çalışacağam ki, hər zaman yaxşı olum.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1111   Tarix: 09 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

07.11.2026 206
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

07.11.2026 172
.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

07.11.2026 122
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

00:07 120
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 147
.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.