Axtarışda olan lənkəranlı Rizvan 24 il Bakı kəndlərində necə gizlənib?
Azərbaycanda axtarışda olan şəxsin 24 il Bakıda gizləndiyi məlum olub.
"Qaynarinfo" xəbər verir ki, 2 aprel 1969-cu il tarixdə Lənkəran şəhərində doğulmuş Rizvan Həsənov adlı şəxs 1997-ci ilin əvvəllərindən başlayaraq müxtəlif vaxtlarda Sahil qəsəbəsində yerləşən Qaradağ Sement Zavodundan oğurluq edib. O, zavodun yükdoldurma sexindən 5 dəfə, hər dəfə qiyməti 80805 manat olan sement oğurlayıb. Rizvan ümumi dəyəri 404025 manat olan 1 ton 250 kiloqram sementi oğurlayaraq istintaqa məlum olmayan şəxslərə satıb.
Bu barədə məlumat alan polis elə həmin il onu saxlayaraq, izahatını alıb və sərbəst buraxıb. Barəsində höküm çıxarılması üçün iş məhkəməyə göndərilib.
Rizvan həmin vaxt Qaradağ Sement Zavodunun ərazisindən yığıb satdığı o qədər də təmiz olmayan sementə görə məsuliyyət daşıya biləcəyini düşünməyib. Məhkəmə vaxtı onu real məsuliyət gözlədiyini başa düşüb və məhkəməyə getməyib, yaşadığı Lənkərana da qayıtmayıb.
Təqsirləndirilən şəxs barəsində axtarış elan olduğunu bilib və uzun illər Bakı kəndlərində fəhləlik etməklə kirayələrdə yaşayaraq, gizlənib. Qohum-əqrabası ilə də əlaqə saxlamayıb və bu vaxtadək ailə qurmayıb.
Son illərdə bir neçə dəfə barəsində araşdırmanın nə yerdə qaldığını öyrənmək, həm də sənədlərini bərpa etmək üçün ahıl yaşlı bir qohumu ilə Qaradağ Rayon Məhkəməsinə gedib maraqlanıb, o vaxtkı işinin aqibətini bilmək üçün rəsmi ərizə də təqdim edib. Lakin dəftərxana bu məsələni araşdırsa da, heç nə tapmayıb, barəsində hər hansı cinayət işi olmadığı bildirilib.
Rizvan 9 noyabr 2022-ci il tarixdə Lənkəranadakı evinə gedib və yenidən Bakıya qayıdıb. Lənkəran Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində 1998-ci il yanvarın 12-dən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarış elan edilmiş Rizvan Həsənov Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə gün əvvəl təqsirləndirilən şəxs barəsində Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsində müəyyən edilmiş əsasla, həmin Məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edildiyinə görə işə xitam verilib və Rizvan cinayət məsuliyyətindən azad olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1236 Tarix: 10 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
00:13 109 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı
Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə
07.11.2026 206 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
07.11.2026 172 Deputatın həyat yoldaşı vəfat etdi
Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır
07.11.2026 122 Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd
00:07 120 Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib
Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki
07.11.2026 147 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey
07.11.2026 183 Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü
Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad
07.11.2026 172