Parklarda gecələyən azərbaycanlı aktrisa: "Ərim rəfiqəmlə mənə xəyanət etdi" - VİDEO

Parklarda gecələyən azərbaycanlı aktrisa: "Ərim rəfiqəmlə mənə xəyanət etdi" - VİDEO"Bütün həyatım gözümün önündədir. Atam müharibədə yaralandı. Çox yaşamadı. Həmçinin də anam. Anam heç yadıma düşmür. Bacımı isə sonradan tapdım. O, evdə mən isə uşaq evində böyümüşdüm. İsinişə bilmirdim".

Bu sözləri beş il əvvəl "Tərəqqi" medalına layiq görülən aktrisa Sona Babayeva ATV-yə müsahibəsi zamanı deyib.

81 yaşlı sənətkar gənclik illərinə qayıdaraq, yaşadığı acı həyatından bəhs edib. Sona xanım bildirib ki, o altı ay oturacaqda gecələyib:

"Uşaq evindən çıxdıqdan sonra qalmağa yerim yox idi. Kolların arasında olan oturacaq var idi. Girirdim ora, balış əvəzi çantamı başımın altına qoyub həmin oturacaqda büzüşüb orada yatırdım. Səhər tezdən isə küçələrdə təmizlik işləri görənlər gəlirdi. Onların süpürgələrinin səsini eşidən kimi dururdum ayağa və oradan qaçırdım. Altı ay mən çöldə qaldım".

S.Babayeba həyat yoldaşının ona aktrisa rəfiqəsi ilə xəyanət etdiyini dilə gətirib:

"Teatrda işləyəndə yaxşı günlərim olurdu. Səhnədə olanda mən xoşbəxt olurdum. Amma bu xoşbəxtlik sona kimi olmadı. Ailəmi sevib qurmuşdum. Lakin o, naxələf çıxdı. Aramıza rəfiqəm girdi. O da aktrisa idi. Rəhmətə gedib. Ona öz bacım, qızım kimi baxırdım. Ancaq o, mənə xəyanət etdi. Ondan sonra dedim ki, uşağımın atası ölüb. Oğlumu tək böyütdüm. Ona sənət də verdim. İnsanlar var idi ki, mənimlə ailə qurmaq istəyirdilər. Ancaq ilk həyat yoldaşım naxələf çıxdığına görə, ikinci dəfə ailə həyatı qurmaqdan qorxdum".

Daha ətraflı süjetdə:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1682   Tarix: 10 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda ev yanıb, xəsarət alan var

Sumqayıt şəhərinin Yaşıl Dərə yaşayış massivində fərdi yaşayış evində yanğın baş verib. "Report"un yerli bürosu xəbər verir ki, yanğın zamanı ev sahibi xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Hadisəni

15:30 101
.

Bakıda dəhşətli qəza - Ölən və yaralananlar var - Video

Dünən axşam saatlarında paytaxtın Suraxanı rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Hövsan qəsəbəsi Dənizkənarı küçəsində "Mercedes 190" markalı 90 EV 255 və "BYD" markalı 99 VQ 246 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Nəticədə, 1998-c

14:03 194
.

Yaddaş - dövlət və milli gücün təməlidir

Günay Əfəndiyeva: Mədəni irs gələcək kimliyimizi müəyyənləşdirir. Bu günlərdə Çinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda China Media Group tərəfindən xüsusi olaraq hazırlanmış və Azərbaycan dilinə tərcümə edilmiş "İrs Keşikçisi" sənədli filminin təqdimatı keçirilib. İlk dəf

12:27 171
.

Özəl xəstəxanada abortdan sonra evə aparılıb, güclü qanaxma olub...

Xəbər verdiyimiz kimi, Bakıda 23 yaşlı qadın hamiləliyini sonlandırdıqdan sonra güclü qanaxmadan vəfat edib. BİG.AZ-ın "Bakupost"a istinadən məlumatına görə, Tovuz rayon sakini Lalə Quliyevanın hamiləliyi TƏBİB-in tabeliyində olmayan özəl tibb müəssisələrinin birində sonlandırılıb. Daha sonr

10:18 245
.

Rusiya Şimali Koreyadan yeni ağır ballistik raketlər alıb - Ukrayna kəşfiyyatı

Rusiya ilk dəfə olaraq Şimali Koreyadan daha ağır "Hwasong-11C" (KN-30) ballistik raketlərini əldə edib. Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb. Altıya qədər buraxılış qurğusuna xidmət göstərmək məqsədilə təxminən 90 nəfərlik Şimali Koreya mütəxəssisləri qrup

21.08.2026 276
.

"M6" bu stansiyada da dayanacaq - Vətəndaşların müraciətindən sonra

Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyya

13:52 154
.

Günel pis enerjidən bu yolla qorunur

Müğənni Günel Zeynalova sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi saçlarını mənfi enerjidən qorumaq üçün hördüyünü bildirib. "Saçı mənfi enerjidən, enerjini vampir kimi çəkən insanlardan qorunmaq üçün hörmək lazımdır. Qızlara da tövsiyə edirəm ki, saçların

10:38 212
.

ABŞ-Kanada ticarət müharibəsi yenidən alovlanır, danışıqlar son anda uğursuzluğa düçar olub

Kanada və ABŞ arasında ticarət danışıqları cümə gecəsi son anda uğursuzluğa düçar olub və bu da Şimali Amerika ticarət müharibəsini yenidən alovlandırdı. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ottava Vaşinqtonun tariflərinə uyğunlaşacağına söz verib. Hər iki tərəfin gecə yarısına qədər bağlanan Kanad

09:01 174
.

ABŞ təyyarədaşıyan gəmilərini İran sahillərindən uzaqlaşdırıb

İranın Rusiyadakı səfiri Kazem Cəlali ABŞ-ın İranın raket və pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsi səbəbindən təyyarədaşıyan gəmilərini İran sahillərindən daha uzaqda saxlamağa başladığını bildirib. xəbər verir ki, diplomat bu barədə RİA Novosti agentliyinə açıqlamasında məlumat verib. Cəlalini

10:35 169
.