Naxçıvanda dəhşətli cinayət: Qayınata və gəlinin meyitləri tapıldı - TƏFƏRRÜAT

Naxçıvanda dəhşətli cinayət: Qayınata və gəlinin meyitləri tapıldı - TƏFƏRRÜATNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 1995-ci il təvəllüdlü Anarın həyat yoldaşı Xumara (adlar şərti verilib – red.) işgəncə verməsi nəticəsində qadın özünə qəsd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Anarın Xumarla nikahı dövlət qeydiyyatına alınmasa da, onlar ər-arvad kimi yaşayıblar.

Anar ondan maddi və digər cəhətdən asılı olan Xumarı dəfələrlə döyüb, onunla amansız rəftar edib.

Bundan başqa, o, Xumarı və valideynlərini söyüb, təhqir edib, ləyaqətini mütəmadi aşağılayıb. Nəticədə Xumar 5 may 2021-ci ildə yaşadığı evin damında özünü asaraq intihar edib.

Əlavə edək ki, Xumarla birlikdə Anarın atası Vəli də intihar edib, amma bu intiharla bağlı Anara ittiham verilməyib.

İstintaq orqanı tərəfindən Anarın barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

"Ailə qurmağa razılıq verdilər"

Anar ifadəsində ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ordubad rayonunda atasına məxsus evdə yaşayıb:

"2020-ci ilin sentyabrında işləmək üçün Bakıya getdim. Biləcəri qəsəbəsində, bibimgilin mənzilində yaşamağa başladım, Tbilisi prospektində yerləşən marketdə satıcı işləyirdim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin oktyabrında Bakı şəhərində yaşayan Xumarla tanış olub:

"2020-ci ilin dekabrında Xumar "WhatsApp"da anamla görüntülü danışıb tanış oldu. Valideynlərim ailə həyatı qurmağımıza razılıq verdilər".

"Dini kəbin kəsdirdik"

Anar qeyd edib ki, 14 fevral 2021-ci ildə ata-anası Bakı şəhərində yaşayan qohumlarla birlikdə Xumara elçiliyə gediblər:

"Fevralın 19-da Binəqədi qəsəbəsində yerləşən "Miraj" restoranında bizim nişan mərasimimiz keçirildi. İki-üç gün sonra valideynlərim Bakı şəhərindən kəndə qayıtdılar. Martın 19-da atam yenidən Bakı şəhərinə gəldi. Xumar üçün bayram xonçası aparıldı, atamla birlikdə Xumarı Bakı şəhərindən təyyarə ilə Naxçıvana, avtomobillə Ordubada gətirdik.

Xumara dini kəbin kəsdirdik, valideynlərimlə birlikdə yaşamağa başladıq".

"Ləyaqətini alçatmışam"

Təqsirləndirilən şəxs deyib ki, aprelin 11-də "Xançinar" restoranında onunla Xumarın toy mərasimi keçirilib:

"Toydan sonra atamla aramızda münasibətlər pozulmağa başladı. Bizim hər ikimiz spirtli içkilərə meyilli olduğumuzdan, tez-tez alkoqol qəbul etdiyimizdən evdə söz-söhbət yarandı.

Ailədəki bu vəziyyəti görən Xumarda Bakıya qayıtmaq fikri yarandı. Maddi imkanım olmadığı üçün onun Bakı şəhərinə qayıtmağını hər vasitə ilə ləngitdim. Xumarın Bakıya gedəcəyimiz təqdirdə atası Musa tərəfindən bizə maddi köməklik göstəriləcəyi təklifinə rədd cavabı verdiyimdən mübahisələrimiz yarandı.

Bu səbəbdən tez-tez Xumarı və onun atasını söyüb, təhqir etmişəm. Xumara "Qurban olasan anama" deməklə onun ləyaqətini alçaltmışam".

"Ondan şübhələndim"

Anar qeyd edib ki, aprelin 28-də sərxoş halda evə gəlib:

"Üstümdə olan plastik kartları, 50 manatlıq pul əsginasını və siqaretlə alışqanı şkafın üzərinə qoyaraq yatdım. Oyananda kartları və pulu orada tampadım və onları oğurlamaqda Xumardan şübhələndim. Onunla mübahisə etdim.

Xumar küsüb atamın əmisinin evinə getdi. Ertəsi gün anam kartları və pulu yerdən tapdığını bildirdi və mənə qaytardı. Bundan sonra Xumarı evə qaytardım".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, aprelin 30-da anası və Xumarla birlikdə Babək rayonunda yaşayan nənəsinin evinə gedib:

"Mayın 1-də orada qaldıq. Ertəsi gün Xumarla birlikdə yenidən kəndə gəldik. Mayın 3-də Xumar mənə hamiləlik testinin müsbət çıxdığını bildirdi. Bu zaman Xumarla yenidən Bakıya getmək məsələsində mübahisəmiz yarandı. Xumarı söyüb, təhqir etdim".

"Orada gecələdim"

Təqsirləndirilən şəxs daha sonra ifadəsində Xumarı iki-üç dəfə döydüyünü etiraf edib. O göstərib ki, 2021-ci il mayın 4-də günün birinci yarısında atası ilə mübahisə edib:

"Xumar Bakıya getmək məsələsini yenidən ortaya atdı. Mübahisə zamanı əsəbiləşib evdən çıxdım. Çay kənarına getdim, mağazadan aldığım arağı içdim.

Atamın telefon zənginə əsasən evə qayıtdıqda aramızda yenidən söz-söhbət başladı. Sərxoş halda yenidən evdən çıxdım. Anamı kəndə gətirmək məqsədilə axşam saat 8 radələrində əvvəl minik, sonra da yük avtomobilləri ilə Naxçıvan şəhəri istiqamətində getdim. Gecə saatlarında Babək rayonuna çatdığımdan geri qayıtmadım. Orada gecələdim".

"Arvadım və atamım intihar etdiklərini bildim"

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 5-də səhər saat təxminən 8-9 arası mobil telefonla Xumara zəng vurub:

"Yenə mübahisə baş verdi. Xumar anamı nalayiq sözlərlə təhqir etdi. Xumardan "WhatsApp"da "Ölümüm qoy sənə hədiyyə olsun, gedirəm hamınızın həyatından" mesajına əhəmiyyət vermədim. Bunu adi bir söz kimi qəbul etdim. Həmişəki kimi, Xumara nalayiq ifadələrlə cavab yazaraq bir daha onu söydüm.

Bundan sonra qayınatam Musaya zəng vurdum, Xumarla yola gedə bilmədiyimi bildirdim. Ondan Ordubada gəlməsini, Xumarı Bakı şəhərinə aparmasını istədim. Xumarın atası gələ bilməyəcəyini bildirdi. Dedi ki, özün göndər, gəlsin. Taksi sifariş etdim, anama Xumarla telefonla danışarkən narahat olduğumu bildirdim. Evə çatdığımız zaman Xumarın və atamın evin çardağında özlərini asaraq intihar etdiklərini bildim".

"Qızıma böhtan atıb"

Cinayət işi üzrə zərərçəkmiş Xumarın hüquqi varisi qismində ifadə verən Musanın sözlərinə görə, 2021-ci ilin fevralın 20-də əslən Ordubad rayonundan olan Anar, onun mərhum atası Vəli, anası Bahar və Bakı şəhərində yaşayan bir neçə qohumu onun evinə gəlib, qızı Xumarı Anar üçün istəyiblər:

"Razılıq verdikdən sonra bu ailənin üzvlərinin, o cümlədən Anarın bizə get-gəli başladı. Martın 21-də öz mənzilimdə oğlan evinin adamları üçün kiçik qonaqlıq təşkil etdim. Bir gün sonra onlar qızım Xumarı özləri ilə Naxçıvana apardılar. Özüm və qardaşım qızı Naxçıvana gedərək aprelin 11-də toy mərasimində iştirak etdik.

Toydan təxminən 10 gün sonra Xumar zəng etdi, onu Bakıya aparmağımı təkid etdi. Səbəbini soruşduqda qayınanasının və ərinin onu yola vermədiklərini, Anarın mütəmadi spirtli içki içdiyini, sərxoş olub onu döydüyünü, təhqir etdiyini bildirdi.

Xumarın dediyinə görə, qayınanası ona böhtan atıb, başqa kişilərlə telefonda yazışdığını deyib. Anar anasının sözlərinə inanıb və Xumarı daima incidib.

Vəli və Bahar Bakıda olarkən Xumarın toydan 10 gündən çox kənddə qalmayacağını, Bakı şəhərinə köçəcəklərini demişdi. Hətta Xumarla Anarın nikah qeydiyyatına düşməsinə də qəsdən maneçilik törədilirdi".

"Barışdırdığını bildirdi"

Musanın ifadəsinə görə, telefon danışığında qızı konkret olaraq daha burada qala bilmədiyini, onu Bakı şəhərinə aparmasını təkid edib:

"Mən də Anarın əmisinə zəng etdim, əgər yola gedə bilmirlərsə, Xumarı Bakıya göndərməsini xahiş etdim. Anarın əmisi Xumarın evlərindən acıq edərək onlara gəldiyini dedi. O, Xumarı Bakı şəhərinə yola salmağa hər zaman hazır olduğunu, lakin gənc ailənin belə tez bir vaxtda dağılmasını istəmədiyi üçün onların ailəsi ilə danışaraq məsələni həll edəcəyinə söz verdi.

Gecəyarısına yaxın Anarın əmisi zəng etdi, Anar və valideynləri ilə Xumarı barışdırdığını bildirdi. Bir neçə gün sonra Xumar yenidən zəng etdi, Anarın yenə də onu yola vermədiyini dedi. Bu məsələ ilə bağlı Xumarın qayınatası Vəli ilə telefonla danışdım. Vəli hər dəfə ümid verərək, ailənin sakit yaşaması üçün nə lazımdırsa, edəcəyinə vəd etdi".

"Bütün günahların Anar və anasında olduğunu dedi"

Musa qeyd edib ki, aprelin 27-də Xumar növbəti zəngindən sonra yenidən Anarın əmisi Vüqarla danışıb:

"Vüqar onların ailəsi ilə söhbət etdiyini, ailədə barışıq əldə etməsini bildirdi. Lakin qızımın hər telefon danışığında Anarın yenə də sərxoş olub, evdə dava-dalaş saldığını, onu döyüb-söydüyünü bildirdim.

Toydan bir gün əvvəl, xınayaxdı mərasimində Xumara hədiyyə etdiyim qızıl üzüyü onun qayınanası Baharın öz çantasında gizlədərək guya qızımın oğurladığı barədə böhtan atdığını, axtarılarkən üzüyün Anarın öz anasının çantasından çıxdığını söylədim.

Anarın atası Vəliyə də qızımı Bakıya gətirəcəyimi desəm də, o, yalvar-yaxar edərək, yeni ailəni dağıtmamaq üçün hər şeyi yoluna qoyacağına söz verdi. Lakin oğlu Anarın Xumara qarşı aqressiv hərəkətlərinin qarşısını ala bilmədi.

Mayın 5-də gecə saat 00.37-də Vəliyə telefonla zəng etdim, Xumarı incitmələrinin səbəbini soruşdum. Vəli Xumarın heç bir günahı olmadığını, bütün günahların Anar və anası Baharda olduğunu dedi".

Musa qeyd edib ki, bundan sonra qızın kənddə qalmasının mümkün olmadığını, onu Bakıya gətirəcəyini qəti şəkildə deyib:

"Vəli: "Bu dəfə də aparma, mən gedib Xumarın ayaqlarından öpəcəyəm ki, bu dəfə də ona şans verək, ailə dağılmasın", - dedi.

Vəlinin arvadı və oğlu tərəfindən bu dərəcədə alçaldıldığını düşündüm, onun sözlərindən kövrəldim. Gündüz saat 15.12-də Anarın əmisi Vüqar mənə zəng etdi. Xumarın və Musanın özlərini asaraq öldürdüklərini bildirdi".

Bu cinayət işinə Ordubad Rayon Məhkəməsində baxılıb.

Anar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1852   Tarix: 10 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ hərbçiləri Hörmüzdə İranla əlaqəli 57 ticarət gəmisini saxlayıblar

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında blokada başlayandan bəri İranla bağlantısı olan 57 kommersiya gəmisini saxlayıb. bildirir ki, bu haqda ABŞ-nin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb. Rəsmi bəyanatda bildirilir:. "İndiyədək Mərkəzi Komandanlığın bölmələri 57 ticarə

10:40 126
.

"Sky News": Böyük Britaniya Hörmüz boğazına esmines göndərib

Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiyada "HMS Dragon" esminesinin iştirakını təmin etməyə hazırdır. "Report" xəbər verir ki, bu barədə "Sky News" kanalı Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasına istinadə

12:20 105
.

Nazir Azərbaycanda modul tipli məktəblərin tikilməsindən DANIŞDI

"Bu il Azərbaycanda təxminən 100-dən artıq modul tipli məktəb tikiləcək". xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O, qəzalı məktəblərdən danışarkən deyib ki, hazırda bu istiqamətlər üzrə işlər aparılır:. "Ölkədə qəzalı məktəblə

12:12 115
.

Prezident: Minsk qrupuna rəhbərlik edən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bizi dayandırmaq istəyirdi

Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik. İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlə

13:45 55
.

Prezident: "Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"

"Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə deyib. Dövlətimizin başçısı vurğulayıb ki, ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz müstəqilliyin

13:40 70
.

Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib. BİG.AZ paylaşımı təqdim edir:

11:49 134
.

İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib. BİG.AZ xəbər verir ki, paylaşımda deyilir:. "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruh

00:28 212
.

Daha bir gəmidə virus aşkarlandı - 115 yoluxma

ABŞ-dən Karib hövzəsinə səfərə çıxan kruiz gəmisində norovirus infeksiyası aşkarlanıb. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb. Bildirilib ki, gəmidə 102 sərnişin və 13 heyət üzvü virusa yoluxub. Yoluxma halları "Caribbea

11:10 144
.

Birləşmiş Ştatlar Tehranı nüvə proqramından tamamilə uzaqlaşdırmaq niyyətindədir

"Amerika Birləşmiş Ştatları İranla qarşıdurmada mövqeyini gücləndirərək bu ölkənin nüvə proqramı planına tamamilə son qoymaq niyyətindədir". xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Anna Kelli deyib. "Prezident Donald Trampın milli təhlükəsizlik qrupunun İranın nüvə cəhdlərin

10:00 128
.

Son Xəbərlər
TOP MP3