MN: "Orduda donvurma halı aşkar edilməyib, 800 km-dən çox yol qardan təmizlənib" - VİDEO

MN: "Orduda donvurma halı aşkar edilməyib, 800 km-dən çox yol qardan təmizlənib" - VİDEOMüdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun bölmələrində, xüsusilə də çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan hərbi hissələrdə istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün nazirliyin müvafiq qurumlarının nəzarəti ilə bütün zəruri tədbirlər həyata keçirilib və hazırda da bu istiqamətdə görülən işlər plana uyğun davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimizin döyüş mövqelərində gecə və gündüz döyüş növbətçiliyinin aparılmasını mümkün etmək məqsədilə qış dövrünə hazırlıq planına əsasən soyuq iqlim üçün xüsusi isti geyimlər paylanılıb, zəruri dərman preparatlarının və odun, kömür, o cümlədən maye yanacağının tədarükü görülüb.

Yeni istifadəyə verilmiş birləşmiş anbarlar vasitəsilə Kəlbəcər və Laçın rayonları ərazilərində dislokasiya olunan bütün bölmələrin cari təminatı fasiləsiz həyata keçirilir. Müalicə və müayinə olunmaq məqsədilə təxliyəsi zəruri olan hərbi qulluqçuların, eləcə də yüklərin daşınması üçün xüsusi texnika və xizəklərdən istifadə edilir, dağlıq və soyuq bölgələrdə xidmət edən şəxsi heyətin qidalanmasında immuniteti gücləndirən ərzaqlara və digər qidalara üstünlük verilir.

Əlavə olaraq mövsümi xəstəliklər və donvurma halları ilə bağlı şəxsi heyətlə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır, lazımi profilaktik tədbirlər görülür. Qabaqlayıcı addımların nəticəsidir ki, ordumuzun bölmələrində donvurma halı qeydə alınmayıb.

Qış mövsümündə təxliyə yollarının işlək vəziyyətdə saxlanması məqsədilə Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təminat və digər yolların qardan təmizlənməsi növbəli şəkildə icra olunur, yeni yolların çəkilməsi prosesi davam etdirilir.

Təkcə Kəlbəcər və Laçın rayonları ərazisində cari ilin əvvəlindən bu günədək 804 km yolun qardan təmizlənməsilə hərbi, eləcə də mülki nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib.

Yüksək qar örtüyünün düşməsi ilə əlaqədar təhlükəli ərazilərə əlavə işarəverici çubuqlar basdırılıb, şəxsi heyət təhlükəsizlik qaydalarına ciddi əməl olunması ilə bağlı təlimatlandırılıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun bütün hərbi hissələrinin, o cümlədən çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrimizin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir, qarşıya qoyulan xidməti-döyüş tapşırıqları qış dövründə də yüksək peşəkarlıqla icra olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 539   Tarix: 11 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 147
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

00:21 80
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

00:10 133
.