"Arvad paltarı geyinib atılıb düşməyə ehtiyac yoxdur" - Fərdadan sərt AÇIQLAMA
"Elə bil, "No" var məndə, qırmızı işıq - olmaz. Mütləq bir arvad, qadın paltarı geyinib atılıb düşməyə ehtiyac yoxdur. Sözünün dəyəri varsa, söz gülməlidirsə artıq gülməldir. Yəni güldürmək üçün onu geyinmərəm. Məni filmlərə dəvət edən dostlarımız da bilirlər ki, senaridə mənim yanımdan belə keçirlər. Burada nə var ki? Belə güldürə bilmirəm ki, onu etməliyəm. Nə qədər böyük bir alqış olsa da, o zal qalxıb gülməkdən ağzı üstə çevrilsə də, mən bunu etmərəm".
BiG.AZ xəbər verir ki, bu sözləri ATV-də yayımlanan "Şou Xəbər" proqramına açıqlamasında şoumen, aktyor Fərda Amin deyib. Fərda səhnədə qadın paltarı geyinməkdən söz açıb.
O bildirib ki, bir gün sözünün tükəndiyini görsə və qadın paltarı geyinərək qadağasını çeynəmək əvəzinə səhnədən gedəcək:
"Əgər artıq bu tərəfdən söz bitsə, bir paltar seçimim qalsa belə onu etməyəcəm. Bu da mənim seçimimdir. Kimsə də edirsə, demək ki, onun aktyorluq sənətində bu var".
Ferda deyib ki, səhnəyə qadın paltarı geyinib səhnəyə çıxan həmkarlarını qınamır:
"Mükəmməl oynayırlar. Bəli, tamaşaçıları da var. Allah bol etsin. Sırf Fərda Amindən söhbət gedirsə, mən bu günə kimi geyinməmişəm, bundan sonra da geyinməyəcəm. Onlar o janrda, hər bir rola girmək baxımından demək olar ki, Azərbaycanda pik nöqtədədirlər, yəni bir nömrədirlər. Yəni Coşqun Rəhimovun oynadığı qadın obrazı var ki, qadınlar özləri o jestləri bilmirlər ki, hansı jesti necə etmək lazımdır".
Nuranə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043 Sənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 Zamiqin oğlunun ad günündən - FOTO
Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı
18.09.2021 5961 Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video
Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ
17.09.2021 1059 Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR
Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:
17.09.2021 3949 Fahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 "Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"
"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə
16.09.2021 3763 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970