Yevlaxda həkimi qətlə yetirən şəxslərin görüntüləri yayıldı - VİDEO

Yevlaxda həkimi qətlə yetirən şəxslərin görüntüləri yayıldı - VİDEOYevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovu qətlə yetirməkdə şübhəli bilinən şəxslərin görüntüləri yayılıb.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, həmin şəxslər həkimin qonşularından birinin evinin videomüşahidə kamerasına düşüblər.

Videoda onların 3 nəfər olduğu görünür. Həmin şəxslərin üzündə maska, birinin əlində isə bıçaq var. Onlar hadisədən sonra qaçaraq ərazidən uzaqlaşırlar.

Məlumata görə, hadisəni 3 nəfər törədib, onlardan 2-si həbs olunub, 1-i isə qaçaraq gizlənib.

Onlar qətli törətdikdən sonra əyinlərindəki qanlı paltarları və ayaq geyimlərini ərazidən keçən dəmiryolu xəttinin kənarına atıblar. Şübhəlilərin axtarışları zamanı ilk tapılan dəlil də qana bulaşmış geyimlər olub.

Məlumata görə, şübhəlilərdən biri həkimin qonşusudur.

Hazırda B.Cabbarovu qətlə yetirməkdə şübhəli bilinən üçüncü şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1008   Tarix: 12 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaddaş - dövlət və milli gücün təməlidir

Günay Əfəndiyeva: Mədəni irs gələcək kimliyimizi müəyyənləşdirir. Bu günlərdə Çinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda China Media Group tərəfindən xüsusi olaraq hazırlanmış və Azərbaycan dilinə tərcümə edilmiş "İrs Keşikçisi" sənədli filminin təqdimatı keçirilib. İlk dəf

12:27 171
.

Məsciddən ayaqqabı oğurladı, imamlar intiqam aldı

Türkiyənin Manisa şəhərinin Şehzadeler rayonunda məsciddən ayaqqabı oğurlamaqda şübhəli bilinən şəxs imamların birgə izləməsi nəticəsində saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 20-də səhər namazı zamanı baş verib. Əlində çamadanla məscidə daxil olan şəxs imam və camaat nama

21.08.2026 262
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ qeydə alınıb. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 05:05-də baş verib. Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib

10:10 138
.

Çin və İndoneziya BRİKS və BMT-də koordinasiyanı gücləndirəcək

Çin və İndoneziya BMT və BRİKS çərçivəsində siyasi koordinasiyanı gücləndirmək barədə razılığa gəlib. xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yu İndoneziyanın XİN rəhbəri Suqiono ilə danışıqların yekunlarına dair açıqlamasında bildirib. "BMT və BRİKS kimi çoxtərəfli platformalard

21.08.2026 274
.

ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - Foto

"Azərbaycan Dəmir Yolları"nın xidmətindən narazıyam. Bu gün bizi Gəncəyə 2 saat gecikmə ilə çatdırdılar. xəbər verir ki, bunu şikayətçi Leyla Turan sosial şəbəkə hesabında yazıb. O, bu vəziyyətdən narazılığını bildirib:. "Sərnişin üçün fərq etmir - insan yolunu planlaşdırır və vaxtınd

21.08.2026 237
.

ABŞ Ordu Katibi Driskolun ilin sonuna qədər istefa verəcəyi gözlənilir

"Wall Street Journal" qəzetinin cümə günü müzakirələrlə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ ordusunun katibi Den Driskolun müdafiə naziri Pit Heqsetlə aylarla davam edən gərginlikdən sonra ilin sonuna qədər vəzifəsindən istefa verməsi gözlənilir. BİG.AZ The Jerusalem Post-

09:36 170
.

Növbəti 4 gündə hava "od tutub yanacaq" - PROQNOZ

Avqustun 22-25-də Azərbaycanda hava yağmursuz keçəcək, temperatur 41-dək yüksələcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək:. "Avqustu

15:46 96
.

Şok iddia: hər 10 mahnıdan 4-ü süni intellektlə hazırlanıbmış

Rəqəmsal musiqi platformalarında yayımlanan hər 10 yeni mahnıdan 4-nün süni intellekt dəstəyi ilə hazırlandığı müəyyən edilib. Əsərlərdə süni intellekt izlərini müəyyənləşdirən yeni texnologiyalar musiqi sektoruna inteqrasiya olunduğu bir vaxtda, musiqiçilər öz yaradıcılıq məhsullarının icazəsiz şəkild

21.08.2026 240
.

Trampın "iqtisadi D günü" ilə hədələməsindən sonra İran və onun əsas ticarət tərəfdaşı Çin geri çəkildi

ABŞ Prezidenti Donald Tramp müharibəyə son qoymaq üçün əldə edilən razılaşmanın hələ də çıxılmaz vəziyyətdə olduğunu nəzərə alaraq, ABŞ-ın İrana daha çox maliyyə təzyiqi göstərəcəyini açıqlayıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Tramp Truth Social-da ABŞ-ın "indiyə qədər istənilən ölkəyə qarş

09:14 181
.