Əfv mayda olacaq? - Bu dəfə daha çox məhbus azadlığa çıxacaq

Əfv mayda olacaq? - Bu dəfə daha çox məhbus azadlığa çıxacaqBu gündən etibarən Prezident yanında Əfv Məsələləri Komissiyasının iclaslarının keçirilməsinə başlanılıb. İlk iclas bu günə çağırılıb. Komissiyanın toplantılarında məhbusların əfvlə bağlı müraciətlərinə baxılacaq, yekunda siyahı hazırlanaraq Prezidentə təqdim olunacaq.

Builki əfv sərəncamının "Heydər Əliyev ili"nə təsadüf etməsi əlamətdar hadisə kimi qiymətləndirilir. Ehtimal olunur ki, əvvəlki illərlə müqayisədə bu dəfə daha çox şəxs əfv olunacaq.

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bildirib ki, əfvlə bağlı çoxsaylı müraciətlərin olması gözlənilir.

"Əfv Komissiyasına nə qədər müraciətin daxil olması barədə hazırda dolğun məlumat yoxdur. Çoxsaylı müraciətlərin olması gözləniləndir. Buna səbəb 2023-cü ilin "Heydər Əliyev İli" olmasıdır. Çoxlarının gözləntiləri böyükdür. Məhkumlar, onların ailə üzvləri, vəkilləri, eyni zamanda QHT nümayəndələri, deputatlar tərəfindən müraciətlər olub. Əlbəttə, bütün müraciətlərin ünvanı cənab Prezidentdir. Bu da Prezidentə inam və etibarla bağlıdır. Prezident öz mərhəmətli siyasəti ilə hər kəsin qəlbinə yol açıb. Bütövlükdə, indiyə qədər 36 əfv sərəncamı imzalanıb. Bu müddət ərzindən 5000-ə yaxın şəxs ya cəzadan tam azad edilib, yaxud cəzalarının bir qismindən azad olunub".

Ə.Nuriyevin sözlərinə görə, bu il Əfv Komissiyasının üzərinə böyük məsuliyyət düşür.

"Komissiya öz işini Prezidentin müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq həyata keçirir. İclaslara daxil olan müraciətlər hərtərəfli araşdırılacaq. Qanunvericiliklə müəyyən edilmiş kriteriyalara uyğun olaraq rəylər hazırlanıb, Prezidentə təqdim olunacaq. 2023 sıradan il deyil. Azərbaycan tarixində müstəsna rolu olan, ümumilli lider Heydər Əliyevin 100 illliyi ilə bağlı çox sayda insan əfv oluna bilər. Arzu edərdim ki, istəyimiz baş tutsun".

Əfv sərəncamının Novruz bayramı, yoxsa Heydər Əliyevin doğum günü ərəfəsində verilməsinə gəlincə, Komissiya üzvü deyib:

"Əfv sərəncamı Prezidentin müstəsna konstitusion hüququdur. Sərəncamın nə vaxt veriləcəyi Prezidentin səlahiyyəti daxilindədir. Bu, ilk növbədə komissiyanın işini nə vaxt başa çatdıracağı və hazırlanmış sənədlərin təqdim olunmasından asılıdır. Əfv sərəncamı ənənəvi olaraq mart ayında verilə bilər. Bu ilin əhəmiyyətini nəzərə alaraq sərəncamın may ayında da verilməsi mümkündür".

Qeyd edək ki, sonunu əfv sərəncamı 2022-ci ilin may ayında verilib. Dövlət başçısının imzaladığı sərəncamla 213 nəfər əfv edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1218   Tarix: 12 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

07.11.2026 185
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.