ÜST-nin COVID-19 ilə bağlı yeni TÖVSİYƏLƏRİ
ÜST COVID-19-a yoluxma zamanı epidemioloji tədbirlərlə bağlı yeni tövsiyələrini açıqlayıb. Ekspertlər xəstəliyin simptomları olan xəstələrə ətrafdakılardan on gün müddətinə, xəstəliyin simptomsuz keçdiyi təqdirdə isə beş gün müddətinə təcrid olunmağı tövsiyə edirlər. Təcridolunma müddəti ekspress-testin neqativ nəticəsinə görə azaldıla bilər.
Modern.az xəbər verir ki, bundan əlavə, ÜST xəstəliyin müalicəsi ilə bağlı tövsiyələri yeniləyib, maska taxmağın vacibliyini bir daha vurğulayıb.
Bu yeni tövsiyələr 2799 nəfərin iştirak etdiyi 12 tədqiqatın məlumatına əsaslanır, tədqiqatlar isə göstərib ki, xəstəliyi simptomsuz keçirən insanlar digər insanları daha az yoluxdurur, yoluxdursa belə, yoluxmuş insanlarda xəstəlik nadir hallarda xəstəxanaya yerləşdirməyə səbəb olur.
Onuncu günə qədər ekspress-testdən istifadə edilmə təcridolunma müddətini üç gün azalda bilər. ÜST qeyd edir ki, təcridolunmanın daha qısa müddəti pandemiyanın sosial-iqtisadi nəticələrini yumşaltmağa imkan verir.
"Biz hökumətləri və işəgötürənləri SARS-CoV-2 olan insanları dəstəkləməyə çağırırıq ki, onlar təcrid olunmanın müddətini saxlaya və infeksiyanın ötürülməsi şanslarını azalda bilsinlər", – deyə ÜST-nin COVID-19-a reaksiya verilməsi üzrə proqramının aparıcı mütəxəssisi Canet Diaz qeyd edib.
ÜST, həmçinin hamilə və süd verən qadınlar üçün nirmatrelvir-ritonavir (Paxlovid brendi kimi satılır) antivirus preparatından istifadəni genişləndirməyi tövsiyə edib. Nirmatrelvir-ritonavir ÜST tərəfindən ilk dəfə 2022-ilin aprel ayında tövsiyə edilib. ÜST yüksək risk qrupuna aid olan pasiyentlərə, hətta COVID-19-u yüngül və ya orta formada keçirsələr belə, müalicə zaman həmin preparatdan istifadə etməyi təkidlə tövsiyə edir.
Eyni zamanda ÜST bir daha monoklonal anticisimlərlə (sotrovimab, kasirvirimab/imdevimab) preparatların istifadə edilməsinin məsləhət görülmədiyini vurğulayıb, çünki onların SARS-CoV-2-ın bu gün dövr edən variantlarına qarşı səmərəliliyi çox aşağıdır.
Bir gün öncə Cenevrədə keçirilən COVID-19-la bağlı mətbuat konfransında ÜST nümayəndəsi Mariya Van Kerkxove izah edib ki, virusun ötürülməsi insanlar arasındakı məsafə, havalandırma və eyni yerdə qalma müddəti kimi amillərdən asılıdır. Məhz buna görə ÜST insanları hələ də insanların həddindən çox olduğu və ya havalandırmanın zəif olduğu yerlərdə, maska taxmağa çağırır.
"Vacib olan bir sıra digər amil də var, lakin maskalar siz bağlı yerdə olanda və məsafə saxlaya bilmədikdə tövsiyə etdiyimiz tədbirlərdən biridir", – deyə Van Kerkxove vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 572 Tarix: 14 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb
ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini
07.11.2026 175 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
07.11.2026 168 Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet
00:29 81 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
07.11.2026 195 65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
00:13 109 Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
07.11.2026 141 Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d
07.11.2026 185 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 163 İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs
01:19 0