Azərbaycanlının ən başlıca PROBLEMİ nədir? - Ekspert həlli yolunu AÇIQLADI

Azərbaycanlının ən başlıca PROBLEMİ nədir? - Ekspert həlli yolunu AÇIQLADIEv sahibi olmaq istəyən, amma aldığı maaşı gündəlik tələbatlarına və kirayə haqqına ödədikdən sonra bu arzusunun xəyal olaraq qalacağını düşünən çox sayda ailə var. Bu barədə müxtəlif sorğularda iştirak edənlərin fikrincə, hazırkı şərtlər daxilində ev sahibi olmaq üçün çox yüksək gəlirə sahib olmaq lazımdır. Mövcud əməkhaqqı və artan qiymətlər fonunda isə bu məsələ daha da çətinləşib.

Bəs evsiz insanları dolaşığa salmış bu problemin həlli yolları nədir?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı bizim.media-nın həmsöhbəti əmlak üzrə ekspert Anar Nəsirov olub. Müsahibimizin fikrincə, problemin həlli yolu torpaq sahələrinin sənədləşdirilməsi və həmin torpaq sahələrində tikinti aparmaq üçün icazənin verilməsi üçün dövlət vahid pəncərə sisteminin yaradılmasındadır:

"Bakı və ətraf qəsəbələrdə ev qiymətlərinin artımı və bu qiymətlərin əl çatan olmamasının bir neçə səbəbi var. Bu səbəblərdən biri və ən başlıcası torpaq sahələrinə və həyət evlərinə çıxarışın ("kupça") dövlət tərəfindən verilməməsidir. Əgər torpaq sahələrinə dövlət tərəfindən ümumi əfv çıxarılarsa, insanlara bələdiyyə və icra hakimiyətləri tərəfindən verilmiş torpaq sahələri sənədləşdirilər və bu zaman da həmin torpaq sahələrində ev tikmək daha asan olar. Gəliri az olan insanlar həmin torpaqlarda hissə-hissə də olsa özləri üçün ev tikib yaşaya bilərlər".

Ekspert bildirib ki, qardaş ölkədə olduğu kimi memar əfvi olarsa, bu işdən həm dövlət çoxlu xeyir götürər, həm də sadə vətəndaşlar öz evlərini rahat və problemsiz tikib yaşaya bilərlər:

"Bu, öz növbəsində bina evlərinin qiymətlərinin enməsinə də səbəb olar. Həyət evlərində sənədlərin çox vaxt qaydada olmaması alıcıların daha çox bina evlərini seçməsinə səbəb olur. Şəhərdə tikilməkdə olan yeni bina evlərinin qiymətləri aşağı təbəqəli alıcıların imkanı daxilində deyil. Belə layihənin baş tutması bütün sənədsiz evlərin və torpaqların vergiyə cəlb edilməsi və həmin evlərin və torpaqların alqı-satqısı zamanı büdcəyə əlavə minlərlə manatın daxil olması deməkdir.

Bir sözlə, Azərbaycan əmlak bazarında hamının ev sahibi olması üçün yeganə yol bələdiyyə sərancamlı torpaqların çıxarışların verilməsindən keçir. Bu zaman həm də hazır ev ala bilməyən az gəlirli vətəndaşlar torpaq sahəsində özü üçün az da olsa hər ay bir şey almaqla ev inşa edə bilərlər".
"Digər tərəfdən dövlət yeni ailə qurmuş insanlara güzəştli şərtlərlə xüsusi evlərin tikintisini həyata keçirsə, bu daha yaxşı olar. Çünki çox hallarda ailələrin dağılmasına ən böyük səbəblərdən biri kimi evsizlik olur. Bu kimi problemlərin qarşısını almaq üçün dövlət imkansız və evi olmayan ailələrə xüsusi imtiyazlar və imkanlar yaratmalıdır ki, onlar da ev sahibi olsunlar. Bundan başqa dövlət sosial evlərin tikintisini artırmalı və o evləri verərkən ev alanın kimliyini və maddi durumunu gözdən keçirməlidir. Öncəlik evsiz və maddi durumu aşağı olan, uşaqlı ailələrə verilməlidir. Başqa bir tərəfdən isə bu kimi sosial layihələrin tikintisinin sayını artırmalıdır", - deyə ekspert fikrini davam etdirib.

İpoteka ilə mənzil sahibi olmağa qaldıqda isə ekspert hazırkı əməkhaqqı ilə təklif olunan məbləğin ödənilməsini əksər ailələr üçün mümkünsüz olduğunu hesab edib:

"Ona görə ki, yemək, geyim və komunalları ödədikdən sonra geriyə o qədər də pul qalmır. Mənzil tikən şirkətlər isə daxili kreditlə olan mənzilləri ipoteka verəndə onu elə qiymətlərlə elə şərtlərlə verirlər ki, bu alıcıya çox-çox baha başa gəlir və əksər hallarda əmlakı alan həmin krediti ödəyə bilməyəndə şirkət mənzili alıcıdan geri alıb başqa bir müştəriyə satır. Bundan sonra alıcının mənzil üçün verdiyi pul itir və həm evsiz, həm də pulsuz qalır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 617   Tarix: 14 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.