Bərdədə mal-qara oğurluğunda şübhəli bilinən qrup üzvləri saxlanılıblar
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elzamin Gəncəliyev müəyyən edilərək şöbəyə gətirilib. Onun üzərində aparılan baxış zamanı sellofan bükümlərdə qablaşdırılmış külli miqdarda psixotrop maddə olan metamfetamin və marixuana aşkar edilərək götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində rayon ərazisində mal-qara oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən qrup üzvləri saxlanılıblar.
Araşdırmalarla onların Ağcabədi rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Zülfiqar Cəfərov, Əbülfəz Hüseynov və Zülfiqar Əhmədov olduqları müəyyən edilib. Adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq rayonun müxtəlif kəndlərində yerləşən fermalardan 49 baş xırdabuynuzlu və 2 baş iribuynuzu heyvanları oğurlayaraq vətəndaşlara 15 min manata yaxın ziyan vurublar. Araşdırmalarla Z.Cəfərovun yaşadığı ünvandan 19 baş xırdabuynuzlu və 2 baş iribuynuzlu heyvan aşkar edilərək maddi sübut kimi götürülüb. Həmin şəxslərin analoji cinayətlərdə iştiraklarının yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bundan başqa keçirilmiş tədbirlərlə rayon ərazisindəki fermaların birindən xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən daha bir qrup üzvləri də saxlanılıblar. Onların Yevlax rayon sakini Vüsal İsayev, onun həyat yoldaşı kimi yaşadığı Arzu Davidova və Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Anar Babaşov olduqları aşkar edilib. Həmin şəxslər öncədən planlaşdıraraq rayon ərazisində yerləşən fermaya daxil olub və oradan 10 baş xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkmiş şəxsə 2000 manat miqdarında ziyan vurublar.
Qeyd edilən faktlarla əlaqədar Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, müvafiq araşdırmalar davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 589 Tarix: 14 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda keçmiş məhkum yenə həbs olundu - VİDEO
Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Xəyal Zərgərov saxlanılıb. Ondan 12 kiloqram 305 qram marixuan
09.05.2026 167 TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA
Azərbaycanda pensiya yaşı ilə bağlı mövzu vətəndaşlar arasında daim aktual olaraq qalır. Xüsusilə, uzun illər işləyən və müəyyən kapital toplayan şəxslər üçün "erkən pensiya" məsələsi tez-tez gündəmə gəlir. Bəs 25 il iş stajı olan və kifayət qədər vəsait yığan vətəndaşlar daha tez pensiyay
00:13 239 Aİ Litva ilə SAFE proqramı çərçivəsində 6,4 milyard avroluq kredit sazişi imzalayıb
Avropa Komissiyası və Litva mayın 9-da Security Action for Europe (SAFE) müdafiə proqramı çərçivəsində Vilnüsə təxminən 6,4 milyard avro məbləğində kreditin ayrılması haqqında saziş imzalayıb. "Report"un Avropa bürosunun məlumatına görə, imzalanma mərasimi Avropa Günündə Vilnüsdə müdafiə v
09.05.2026 194 Yay fəsli Azərbaycana BU TARİXDƏ DAXİL OLACAQ
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq. xəbər verir ki, bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əməl
00:25 249 İsrail Livanın cənubundakı bir sıra kəndlərin sakinlərini evlərini tərk etməyə çağırıb
İsrail Müdafiə Qüvvələri (IDF) "Hizbullah" qruplaşmasının obyektlərinə hava zərbələri fonunda Livanın cənubundakı doqquz kəndin sakinlərinin təxliyəsinə çağırıb. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri yazıb. "Hizbullah" təşkilatının atəşkə
09.05.2026 144 Livanda İsrailin hücumları nəticəsində üç nəfər ölüb
Livanın cənubunda İsrail hücumları nəticəsində üç nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Livan milli agentliyi məlumat yayıb. Nabatiyyə, Kafra, Haris və Mansuri şəhərləri yaxınlığında bir neçə yeni zərbə barədə məlumat verilib. Əvvəllər İsrail Müdafiə Ordusu Livanın cənubundak
09.05.2026 211 Daha bir gəmidə virus aşkarlandı - 115 yoluxma
ABŞ-dən Karib hövzəsinə səfərə çıxan kruiz gəmisində norovirus infeksiyası aşkarlanıb. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb. Bildirilib ki, gəmidə 102 sərnişin və 13 heyət üzvü virusa yoluxub. Yoluxma halları "Caribbea
11:10 33 Bakı sakinlərinə ŞAD XƏBƏR - 22 il sonra ilk yaşanır
"Bakı Metropoliteni" QSC-yə tramvay nəqliyyatının təşkili ilə bağlı səlahiyyət verilib. Bu addım paytaxtdakı tıxac probleminin həllinə necə təsir göstərəcək? Bakı küçələrinə qayıdacaq tramvaylardan sakinlər nə vaxt istifadə edə biləcək?. -a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildiri
00:09 250 Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 48 %-ə yaxın artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 43,067 milyon ABŞ dolları dəyərində polad idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 % çoxdur. Apreldə Türkiyə Azərbaycana 15,457 milyon ABŞ dolları dəyərind
09.05.2026 142