Ucuz geyimlər xərçəng yaradır? – RƏYLƏR

Ucuz geyimlər xərçəng yaradır? – RƏYLƏRƏgər geyimin tikildiyi parça dövlət standartlarına uyğundursa, orqanizmə, dəriyə heç bir ziyanı yoxdur. Amma son vaxtlar sintetik parçalar isə çoxdur. Bu cür parçalar soyuq havada yaxşı isitmir, isti havalarda isə bədənin "özünüsoyutma" mexanizminin işləməsinin qarşısını alır.

Orqanizmimiz hər gün müxtəlif təhlükələrlə üzləşir. Burda ekologiya, qida və s. amillər var. Bəs geyim? Geyimimiz haqda heç düşünmüşükmü? Əksəriyyətimiz geyim seçəndə onun hansı parçadan tikildiyini yox, bədənimizə nəyin yaraşdığını əsas götürüb seçirik.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Məqalədə deyilir:

Amma nəzərə almaq lazımdır ki, dəri orqanizmin ən böyük orqanıdır. Biz ətraf mühitlə daha çox onun vasitəsilə təmasda oluruq. Dərimiz həm də geyimlərlə mütəmadi təmasda olur. Geyim tikilən parçalar çox müxtəlif olsa da, əsasən natural və qeyri-natural olmaqla iki yerə bölünür. Yaranışdan bu yana insan cəmi 4 növ təbii parça istehsal edib. Bunlar pambıq, kətan, ipək və yun parçalardır. Onlar bitki və heyvan mənşəlidir, deməli, təbiətin bir hissəsidir və analoji olaraq da insan orqanizminə bir ziyan verə bilməz. Yəni o cür parçalardan tikilən geyimlərdə bədən nəfəs alır. Amma son vaxtlar sintetik parçalar isə çoxdur. Polyester, viskoza, neylon, spandeks, laykra, elatsan və s. Bu cür parçalar soyuq havada bədəni yaxşı isitmir, isti havalarda isə bədənin "özünüsoyutma" mexanizminin işləməsinin qarşısını alır. Bəs geyim alanda ilk növbədə nəyə diqqət etməliyik?

"Əgər parça dövlət standartlarına uyğundursa..."

Dermatoloq Samirə Teymurova deyir ki, hər bir ölkənin parçalarla bağlı standartları var: "Əgər parça dövlət standartlarına uyğundursa, orqanizmə, dəriyə heç bir ziyanı yoxdur. Söhbət, əlbəttə ki, sağlam orqanizmdən gedir. Ən gözəl parça növləri pambıq, sintetikayla qarışıq parçalar (amma bir şərtlə ki, pambığın faizi çox olsun), ipək və kətan parçalar hesab edilir. Amma bu parçalardan tikilən geyimlər ucuz olmur. Hindistan, Çin istehsalı olan pambıq parçalar nisbətən ucuz ola bilər. Amma ipək həmişə bahadır. İpəkdən hazırlanan kəlağayı, köynək, don, kətandan kostyum da ucuz deyil. Adlarını sadaladığım parçalar sırf özündən də ibarət ola bilər, qarışıq da. Məsələn, viskoza, poliester, poliamid, akril və s. Amma parçada sintetikanın faizi nə qədər az olsa, bir o qədər yaxşıdır. Dəri nəfəs almalıdır. O da ancaq təbii parçalarda mümkün olur. Sintetik məhsullarda bədən çox tərləyir. Bəzən bu cür tərləmələr pis qoxu verir".

"Vacib şərtlərdən biri də geyimin harada istehsal olunmasıdır"

"Vacib şərtlərdən biri də geyimin harada istehsal olunmasıdır", - deyir həkim: "Lap sintetik tərkibli də olsa, geyim əgər normal, brendi və məhsulu məlum fabrikdə tikilibsə, deməli, ən azından insan orqanizmi nəzərə alınıb və standartlara uyğundur. Yəni sağlam dəriyə bu cür şəraitdə tikilmiş geyimlərdən ziyan gəlməz. Amma gizlin, yeraltı, adı naməlum, bəzən də başqa firmanın etiketləri vurulan sexlərdə tikilən geyimlər, əlbəttə ki, şübhə doğurur. Onlar bədənə allergik reaksiya da verə, digər xoşagəlməz xəstəliklər də törədə bilərlər. Məsələn, kəlağayını götürsək, o özü həm təbii parçadan, yəni ipəkdən hazırlanır, rənglənməsində də təbii rənglərdən (qoz, nar, soğan qabığı, müxtəlif bitkilərin çiçəkləri, yarpaqları və s.) istifadə olunur. Bu cür məhsul, əlbəttə ki, baha da olsa, çox gözəl və təhlükəsizdir. Yeri gəlmişkən deyim ki, kəlağayının (ipəyin) çox gözəl xüsusiyyəti var. O, istidə sərin, soyuqda isti saxlayır. Ona görə nənələrimiz ipək parçadan geyimlər, həmçinin də baş örtükləri istifadə ediblər. Söhbət uşaqlardan gedirsə, xüsusən də, allergiyalı uşaqdırsa, onun bütün geyimləri, həmçinin də yataq dəsti mütləq pambıq parçadan olmalıdır. Süni xəz, krujeva və bəzəklər də reaksiya verə bilər. Ona görə də bu cür şeylər parçanın üstündə olmalı, birbaşa dəriyə toxunmamalıdır".

Dermatoloqun fikrincə, brendlərin məhsulları ilə ucuzlu məhsullar arasında yerlə-göy qədər fərq var: "Amma hər kəs bahalı olan brend malları da ala bilmir axı. Fikirlər var ki, ucuz parçalar dəridə müxtəlif xəstəliklər yaradır. Bu fikir öz təsdiqini tapmayıb. İllərlə insanlar yarmarkadan və elə ikinci əl dükanlarından geyimlər alır. Onların hamısı bəyəm xəstələnir? Yox, əlbəttə ki. Avropanın özündə də çox bahalı, orta və ucuz brendlər var".

Standartlara uyğun geyimlər

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin üzvü, geyim idxalçısı Elxan Mərdanlı deyir ki, müştəri geyim alarkən bir çox məqamlara diqqət etməlidir: "Onlardan başlıcası geyimin brendidir. Hər bir brend ana ölkəsində olan standarta uyğun geyim istehsal edir. Paralel olaraq həmin geyimləri dünyanın tekstil sənayesi inkişaf etmiş ölkələrində istehsal etdirir. Yəni məhsul iki ölkənin standartlarına uyğun tikilir. Bu zaman təbii ki, insan sağlamlığı üçün dəqiq hesablanır. Məşhur İtaliya, İngiltərə brendləri var ki, Vyetnam, Hindistan, Banqladeş, Türkiyə, həmçinin də öz ölkələrində geyimlər istehsal etdirir. Deməli, o məhsullar həm öz, həm də istehsal etdiyi ölkələrin standartlarına cavab verir".

Geyimdə yarlıq yoxdursa...

Elxan bəy qeyd edir ki, geyimin içində brendin adı, hansı parçalardan hazırlandığı, hətta bəzən hansı fabrikdə istehsal olunduğu da qeyd olunmalıdır: "Brend istehsalçıları öz üzərinə məsuliyyət götürürlər və gigiyenik baxımdan keyfiyyətli məhsullar istehsal edirlər. Geyimdə yarlıq yoxdursa, o qeyri-müəyyən parçadan istehsal oluna, insanın sağlamlığına ziyan verə bilər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə görə ölkəyə idxal olunan mallar üçün xüsusi gigiyenik sertifikat tələb olunur. Məsələn, əgər idxal edilən uşaq geyimidirsə, məhsul ölkəyə gəlməmiş həmin məhsulun nümunəsi müvafiq quruma təqdim olunur, laboratoriyada analizdən keçir, bunun qarşılığında gigiyenik sertifikat alır".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1003   Tarix: 15 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Axşam yeməyi hazırlayarkən dondurucudan çıxarılan qiymənin gec əriməsi mətbəxdə ən çox qarşılaşlan problemlərdəndir. Dondurulan ətin mərkəzinə istilik gec çatdığı üçün ərimə prosesi saatlar çəkir. Lakin dondurucuya qoymazdan əvvəl tətbiq ediləcək sadə bir üsulla bu müddəti dəqiqələrə endirmək mümkündür

01.11.2026 599
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1577
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 681
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 347
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 347
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

01.11.2026 558
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 346
.

Sankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən

01.11.2026 441
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

01.11.2026 688
.