"Düşünürəm ki, yaxın zamanda Xarici İşlər Nazirliyi çağırış edəcək" - RƏY
"34 gündür ki, artıq Azərbaycanın ekoaktivistlərinin Xankəndi-Laçın yolunda aksiyaları davam edir. Bu aksiya hesabına bir sıra proseslər baş verib. Məsələn, Ruben Vardanyanın və digər şəxslərin rəhbərlik etdikləri "Base metal" şirkəti Azərbaycanın Qarabağ bölgəsində apardığı qeyri-qanuni istismarı müvəqqəti olaraq dayandırıb. Ekoloji fəlakəti nisbətən azaltmağa başlayıblar. Bunlar önəmli məsələlərdir".
Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Ekspert diqqətə çatdırıb ki, aksiyadan narahat olan Fransa, bütövlükdə Qərb günlərdir Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirir:
"Azərbaycan 34 gün ərzində həmişə açıq şəkildə elan edib ki, humanitar dəhlizi bağlamır, Azərbaycan ərazisindən qeyri-qanuni şəkildə çıxarılmış təbii sərvətlərin kənara daşınmasının qarşısını alır. Bundan əlavə, Laçın dəhlizindən Azərbaycan ərazisinə keçirilən silah-sursat və hərbi texnikanın qarşısı alınır. Amma humanitar məqsədlərlə istifadə olunan maşınların rahat fəaliyyətinə icazə verilir. Lakin Qərb yenə də prosesləri dünyaya təhrif edərək çatdırır".
Siyasi şərhçi qeyd edib ki, bütün bunlara cavab olaraq Azərbaycanla bağlı yalan məlumat yayan dövlətlərin mətbu orqanları rəsmi şəkildə buraya dəvət edilməlidir:
"Gəlib orada baş verən prosesləri canlı çəksinlər, görsünlər ki, orada kim nə işlə məşğuldur. Yolu azərbaycanlı fəallar, yoxsa Rusiya sülhməramlıları bağlayıblar? Biz həmin ərazidə baş verənləri açıq şəkildə göstərməliyik. Düşünürəm ki, bununla bağlı yaxın zamanda Xarici İşlər Nazirliyi çağırış edəcək. Məncə, Fransa mətbuatı buyurub gəlsə, artıq deməyə sözləri olmayacaq. Amma digər tərəfdən də bilirəm ki, bir qayda olaraq özlərini haqlı çıxarmaq üçün bu tip açıqlamalarına davam edəcəklər. Erməni lobbisi nə qədər ki Qərbdə var, onlar həmin ölkələrin media məkanına ciddi təsir edəcəklər. Ancaq biz də öz işlərimizə fasiləsiz davam etməliyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 573 Tarix: 15 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250