Meşə materialları ucuzlaşdı, bəs kağız? - RƏY

Meşə materialları ucuzlaşdı, bəs kağız? - RƏYAzərbaycanda tikinti materialları ucuzlaşıb. Ucuzlaşmaya səbəb kimi qış fəslində tikinti işlərinin aparılmaması və tələbatın az olduğu, eyni zamanda logistikada müəyyən problemlərin aradan qaldırılması göstərilir.

Maraqlı məqamlardan biri budur ki, ağac məmulatları da ucuzlaşıb. Diqqət etsək, görərik ki, tikinti materialları sırasında taxtanın qiyməti artan kimi kağızın da bahalaşması müşahidə olunurdu.

Bəs görəsən, hazırkı məqamda kağızın və kağız məhsullarının qiyməti enə bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimovun sözlərinə görə, taxtanın qiymətinin cüzi şəkildə azalmasının kağızın qiymətinə təsiri olmayacaq:

"Meşə materialları Azərbaycana, əsasən, Rusiyadan idxal olunur. Bu gün biz Rusiyadakı qiymətlərlə müqayisə etsək, arada 3-5 dəfə fərq olduğunu görərik. Taxta materialının qiymətinin azalması kağızın qiymətinə təsir göstərməyəcək. Çünki bu, inhisarçı qiymətdir. Həmin qiymətlər bazarda formalaşıb, süni şəkildə artırılıb.

Bunun xərc bazası da var. Kağız istehsalı ilə əlaqələndirmək düzgün olmaz. Rusiyada qiymət dəfələrlə ucuzdur. Azərbaycandakı qiymətlərlə uyğunlaşdıra bilmərik".

Ekspert qeyd edib ki, istehsalçılar hər hansı bir inhisarçılıq siyasəti güdməsələr, kağızın qiyməti ucuz ola bilər:

"Kağız istehsalçıları da şübhəsiz ki, materialı mənbəyindən alırlar və hər hansı bir inhisarçılıq siyasəti güdmürlərsə, əlbəttə ki, kağızın ucuzlaşması mümkündür. Çünki bizdə hər ikisi - istər kağız, istərsə də taxtanın qiyməti mənbə ölkəsində istehsal olunandan dəfələrlə yüksəkdir. Qiymət əmələgəlmə prosesini tənzimləyən sağlam rəqabət olmalıdır. Sağlam rəqabət olsa, nə idxal amilində, nə də istehsal prosesində inhisarçılıq olmaz. Bununla yanaşı, piştaxtalarda, pərakəndə satışa gedən yolda da inhisarçılıq olmaz".

F.İbrahimov əlavə edib ki, gizli iqtisadiyyata və inhisarçılığa qarşı mübarizə aparmalıyıq:

"Bizdə hökumət hər hansı bir məhsulun idxal vergisini qaldırır. Məsələn, Pakistan düyüsü ilin axırına qədər 15 faiz idxal vergisindən azad olunub. İndi gəlin görək, piştaxtalardakı düyünün qiymətində 15 faiz azalmanı görürükmü? 15 faizi işbazlar özlərinə gəlir mənbəyi kimi götürürlər. Ortalıqda hökumətin gəliri gedir. Bundan ötrü də sağlam rəqabət lazımdır. Sahibkarın hər hansı bir bankdan kredit götürmək və məhsulu rahatlıqla Azərbaycana gətirmək imkanı olmalıdır. Əgər bu yoxdursa, məhsulu ölkəyə bir və ya iki nəfər sövdələşib gətirirsə, onda qiymət əmələgəlmə prosesində sağlam mühit formalaşa bilməz.

Bu, iqtisadi nəzəriyyədə öz əksini tapıb. Sadəcə olaraq, bu kursu tətbiq etmək lazımdır. Gizli iqtisadiyyat və inhisarçılığa qarşı mübarizə aparmalıyıq. Azərbaycan Şərq və Qərb arasında ən optimal dəhlizdir ki, hər kəs bu dəhlizdən rahat istifadə etmək istəyir. Lakin özümüzə gəlib çatanda hiss olunur ki, sanki inhisarçılığı aradan qaldırmaq fikrində deyilik. Ancaq buna böyük ehtiyac var".

Milli Məclisin deputatı Aydın Hüseynov isə əlavə edib ki, hökumət vergi güzəştləri ilə kağız məmulatlarının bahalaşmasının qarşısını alır:

"2022-ci ildə Rusiya ilə Ukrayna arasında müharibənin başlanması bir sıra malların tədarükü, ixracı və nəqli kimi problemlərin də meydana çıxmasına səbəb oldu. Rusiyanın ötən ilin may ayında bəzi malların, o cümlədən də taxta materiallarının ixracına müəyyən məhdudiyyətlər tətbiq etməsi nəticəsində həmin məhsulların qiyməti bahalaşmışdı. Ancaq ötən ilin 3-cü rübündən sonra tədarüklə bağlı yaranmış çətinliklər artıq aradan qalxmağa başladığından Rusiyadan gətirilən eyniadlı məhsulların qiymətlərindəki artım da səngiməkdədir. Rusiyadan Azərbaycana kifayət qədər tikinti materialı və ağac məmulatları gətirilir və hazırda həmin malların da qiymətlərindəki bahalaşma əks istiqamətdə gedir".

Millət vəkili qeyd edib ki, adətən, qış aylarında tikinti materiallarına tələbat azalır və bazarda ucuzlaşma baş verir:

"Sözsüz ki, taxta materiallarının ucuzlaşması kağız məmulatlarının da qiymətlərinə təsir edəcək və ucuzlaşmanın baş verməsi gözləniləndir. Ancaq bazarda tikinti materiallarına, o cümlədən ağac məmulatlarına tələbat hazırda böyükdür. Azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır və ağac-taxta materiallarına da tələbat artır".

A.Hüseyov bildirib ki, hökumət müxtəlif iqtisadi mexanizmlər vasitəsilə kağız və bu tipli materialların ucuzlaşmasına çalışır:

"2022-ci ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, kütləvi informasiya vasitələri məhsulları və kitablar, dərslik komplektlərinin idxalı və satışı, həmçinin rulon və ya vərəq şəklində kağızın idxalı və satışı, nəşriyyat və poliqrafiya vasitələri vergidən azad edilib və hazırda bu sahələrdən ƏDV tutulmur. Bu siyasət də əslində, kağızın bahalaşmasının qarşısını almağa xidmət edir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1186   Tarix: 15 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Axşam yeməyi hazırlayarkən dondurucudan çıxarılan qiymənin gec əriməsi mətbəxdə ən çox qarşılaşlan problemlərdəndir. Dondurulan ətin mərkəzinə istilik gec çatdığı üçün ərimə prosesi saatlar çəkir. Lakin dondurucuya qoymazdan əvvəl tətbiq ediləcək sadə bir üsulla bu müddəti dəqiqələrə endirmək mümkündür

01.11.2026 599
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1577
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 681
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 347
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 347
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

01.11.2026 558
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 346
.

Sankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən

01.11.2026 441
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

01.11.2026 688
.