Azərbaycan ilə Britaniyanın müttəfiqliyin pərdəarxası - TƏHLİL

Azərbaycan ilə Britaniyanın müttəfiqliyin pərdəarxası - TƏHLİLBöyük Britaniya Qərbin Azərbaycana qarşı xor kampaniyasına qoşulmur, əksinə, daha böyük ideallarla Cənubi Qafqazın lider dövlətinin yanında yer almağa çalışır. Son illərdə baş verən bir sıra proseslərdə biz bunun əyani nümayişini görürük. Londonun Bakını özünə dost qismində görməsinin tarixi səbəbləri də var.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Dünyanın fövqəldövlətlərindən biri olan Böyük Britaniya güc siyasəti metodlarını müxtəlif formalarda həyata keçirir və ekspansiyasının sərhədlərini dünyanın dörd bir yanına doğru uzadır. London Ukrayna müharibəsinin başlanacağını əvvəldən hesablayaraq özünü Avropa İttifaqı ailəsinin üzvlüyündən xaric etdi. Bununla da meydana çıxa biləcək saysız-hesabsız risklərdən minimal itkilərlə sığortalanan nəticələrə kökləndi.

Böyük Britaniya Avropa İttifaqından sipər kimi istifadə etməklə qoca qitədəki hökmranlığının davamını gətirir və paralel olaraq Asiya qitəsindəki nüfuz arealını genişləndirir. London gah süni əlaqələr vasitəsilə, gah da açıq tərəfdaşlıq prinsipləri ilə öz məqsədlərinə doğru mətin addımlarla irəliləyir.

Britaniya bu gün də keçmişi ilə yaşayır

Yəni nə Ukraynadakı müharibə, nə dünyanın digər coğrafiyalarındakı irili-xırdalı münaqişələr vaxtı ilə kolonial siyasətdə master-klass keçmiş Böyük Britaniyanın ekspansiya siyasətini dayandırmır. Britaniya özünə yön alan təhdidlərin önlənməsində Avropa İttifaqından qalxan kimi istifadə edir, eyni zamanda yeri gələndə Avropanın mühafizəçisi kimi rol alır. Çünki Avropa İttifaqının təhlükəli zəhərli təhdidlərlə üzləşməsi Britaniyanın özünün maraqlarını zərbə altında qoyur.

Böyük Britaniya xaricilərin torpaqlarına, üfürdükcə şarın üzərində genişlənən nöqtələr nəzərilə baxır. Yəni regionlarda üfürülən hər bir gücü öz yanına doğru çəkməklə onları strateji tərəfdaş qisminə çatdırır.

London qlobal qüvvələr tarazlığına məxsusi önəm verir və bu balansın pozulmasını mutasiyaya uğramış siyasi varlıqlar dünyaya gətirən proses kimi qiymətləndirir.

Buna görə də Britaniyanın arqumentləri daha dərindir. O, həm yaradır, həm yönləndirir, həm də "öldürür", ta o zamana qədər ki, öz strateji hədəfləri istənilən nəticələri versin.

Güc siyasətində Azərbaycanın yeri

Britaniya güc siyasətini stimullaşdıraraq regional güclərin həssas tellərinə necə toxunmaq lazım olduğunu yaxşı bilir. Ancaq regional balansı tamamilə öz xeyirlərinə dəyişdirə bilən qüvvələrin strateji hesablamaları Londonu daha ehtiyatlı və çoxkombinasiyalı gedişlərə vadar edir. Buradan isə ortaya bir model çıxır: güc nisbətindəki uğurlu dövlətlərlə tərəfdaşlığa strateji baxışı dəyişdirmək.

Baxışlardakı redaktələrin nişanələrini Britaniyanın Cənubi Qafqaz siyasətində görmək olur. Elə buradan start götürərək Britaniyanın Azərbaycanın strateji tərəfdaşına çevrilməsinə işıq salmaq zərurəti meydana çıxır.

Böyük Britaniya Qərbin Azərbaycana qarşı xor kampaniyasına qoşulmur, əksinə, daha böyük ideallarla Cənubi Qafqazın lider dövlətinin yanında yer almağa çalışır.

Böyük Britaniyanın Azərbaycanı dost qismində görməsinin tarixi səbəbləri də var. O mənada ki, vaxtı ilə London regionu Rusiyaya uduzmuşdu. SSRİ-nin dağılmasından sonra isə Böyük Britaniya 70 illik nisgilini Moskva üzərində qələbə ilə əvəzləmək üçün Cənubi Qafqaza girişdi və Bakının enerji cazibəsinin təsirində dövrə vurmağa başladı.

Pərdəarxasındakı yönləndirmədə məharətli ustad olan Böyük Britaniya heyrətamiz uğurlarla Moskvanın təsirini neytrallaşdırdı. London xarici siyasətinin "sağ qolu" olan BP vasitəsilə Azərbaycandakı enerji resurslarının istismarında pay sahibi oldu və beləliklə, strateji tabloda Bakının xeyrinə dönüş başlandı.

Böyük Britaniya İkinci Qarabağ Müharibəsində Azərbaycana siyasi dəstək göstərməklə sadiqliyini nümayiş etdirdi və böyük maraqla Cənubi Qafqazda yaranacaq yeni reallıqlara hazırlandı.

İzlər dörd istiqamətə aparır

Bununla da Britaniya Cənubi Qafqazdakı postmünaqişə reallıqlarında maraqlarının izlərini regiona möhür kimi qoydu. Bu ləpirlərin Britaniyanı hara aparması isə maraqlı nüansları üzə çıxara bilər.

Birinci, düşünmək lazımdır ki, görəsən, Britaniya postkonflikt gerçəkliklərinin hansı başqa nəticələrə səbəb olacağını hesablayır?

Bu sual ətrafında var-gəl edərkən qlobal planlarda İrana qarı səylərin birləşdirilməsi cəhdlərinin üzərindən sükutla keçmək düzgün olmaz.

Deməli, Böyük Britaniyanın bəlkə də birinci hədəflərindən biri İrana qarşı tutumunu genişləndirmək üçün regiondakı yeni reallıqlardan yararlanmaqdır.

İkinci istiqamət Rusiya ilə əlaqəlidir, Britaniya Cənubi Qafqazı Rusiyanın izolyasiyasından qurtarmaq və Kremlin mövqelərini dağıtmaq prinsipini əlində rəhbər tuta bilər. Azərbaycanın Ermənistan üzərindəki həlledici qələbəsi Britaniyaya bu şansı verir. Hərçənd ki, Moskvanın qəliblərini sındırmaq elə də asan məsələ deyil.

Üçüncü axarda Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə Britaniyanın ağlabatan strateji nəticələrə nail olmaq istəkləri dayanır. Britaniya açılması gözlənilən dəhlizin strateji açarlarını əlində tutmaq niyyətində ola bilər.

Dördüncü, Britaniya Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki "yaşıl enerji"nin inkişaf etdirilməsi ilə gələcəyin enerji xəritəsində özünün həlledici pay sahibi olmasını və layihələrə çıxış məqsədlərini tamamlamaq istəyir.

Britaniya Fransanın Cənubi Qafqazdakı maraqlarını çıxdaş edir?

Britaniya hədəflərinə çatmaq üçün Azərbaycanı həm ikitərəfli münasibətlər, həm də çoxvektorlu platformalarda dəstəkləməyə davam edə bilər. Bu qənaətə gəlmək olar ki, London Azərbaycanı təhlükəsizlik üçün tutarlı kəşfiyyat məlumatları ilə təmin edəcək.

Britaniya Azərbaycan-Türkiyə strateji müttəfiqliyini, Azərbaycan-Türkiyə-Pakistan üçbucağını gücləndirməyi, Türk Dövlətləri Təşkilatını dəstəkləməklə, Fransanın Cənubi Qafqazdakı maraqlarını çıxdaş edib, öz profilini gücləndirə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 570   Tarix: 15 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.