Ukraynalı qaçqınlar üçün şərtlər niyə ağırlaşır? - ARAŞDIRMA

Ukraynalı qaçqınlar üçün şərtlər niyə ağırlaşır? - ARAŞDIRMA2022-ci il uğursuz proqnozlar ili kimi yadda qaldı. İlin əvvəlində nüfuzlu Qərb analitikləri və ekspertləri Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun reallaşacağına inanmırdılar. Amma Rusiya hücum planını reallaşdırdı. Öz növbəsində Rusiya da ümid edirdi ki, müharibə qısamüddətli olacaq, Qərb müharibədən kənarda qalmağa üstünlük verəcək. Amma belə olmadı.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Rusiya-Ukrayna savaşı çox böyük coğrafi ərazidə davam etdiyindən dağıntılara məruz qalan ərazilər də çoxdur.

Savaş ucbatından çox sayda insan Ukraynanı tərk etməli olur. BMT-nin ötən ay açıqladığı rəqəmlərə görə, müharibə başlayandan bəri Ukraynada 12 milyon şəxs öz yaşayış yerini tərk etməyə məcbur qalıb. BMT-nin miqrasiya qurumu bildirib ki, hazırda Avropa ölkələrində 8 milyon ukraynalı qaçqın var.

Onların ən çox üz tutduğu ölkələrsə Polşa və Almaniyadır. Polşada Ukraynadan gələnlərin sayı 1 milyon 400 min, Almaniyada 1 milyon nəfərdir. Çexiyada 431 min, İtaliyada 160 min, Türkiyədə 145 min, İspaniyada 143 min, Böyük Britaniyada 122 min, Fransada 101 min ukraynalı qaçqın qeydə alınıb. Ukraynadan qaçqın axınının Avropanı ötən il olduğu kimi, bu il də ciddi sınaqlarla üz-üzə qoyacağı proqnozlaşdırılır.

Bir tərəfdən miqrant axını, digər tərəfdən Rusiyadan enerji asılılığı "qoca qitə"ni çətin duruma salıb. Əgər Ukrayna böhranı belə davam etsə, Avropa maliyyə böhranı, yaxud Yunanıstandakı böhran zamanı olduğundan daha böyük təhlükə ilə üzləşə bilər. Məsələn, müharibə başlayandan almanlar qaçqınlara idman zallarını və kazarmaları verir, geyim toplayır və onları öz ailələrində yerləşdirirlər. Başqa ölkələrdə isə sərhədlərdə tikanlı məftillərdən hasarlar çəkir və keçidləri bağlayırlar.

Qərb mediası da qaçqın problemini Aİ üçün son onilliklərin ən ciddi sınağı kimi dəyərləndirir. Faktiki olaraq hazırda Avropada İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın böhranı yaşanır. Təkcə işğalın ilk üç həftəsində Ukraynanı 3 milyona yaxın insan tərk edib. Rusiya ilə Ukrayna arasında müharibə nə qədər uzun sürərsə, Almaniyadakı ukraynalı qaçqınların sayı bir o qədər çoxalacaq. Bu isə onların qəbulunu və yerləşdirilməsini çətinləşdirir. Almaniyada Ukraynadan olan qaçqınların ümumi sayı hər gün orta hesabla 170 nəfər artır. Ölkənin kommunal orqanları həyəcan təbili çalır: onların yeni qaçqınları qəbul etmək üçün resursları faktiki olaraq tükənib.

Berlində keçirilən mətbuat konfransında Almaniya Şəhərləri və İcmaları Assosiasiyasının (DStGB) prezidenti Uve Brandl deyib ki, qaçqınlarla bağlı müxtəlif problemlərin həllində imkanlarının son həddinə çatıblar. Onun qeyd etdiyi əsas problem mənzillə bağlıdır:

"Çoxlu sayda ukraynalı qaçqın mərhəmətli almanların evində məskunlaşdı. Ancaq bu, daimi ola bilməz, başqa variantlar tapmaq lazımdır. Berlinin əsas qatar stansiyasında Ukraynadan olan qaçqınlara sığınacaq verməyə hazır olan alman vətəndaşlarının sayı azalıb. Onları qəbul edənlər qaçqınların bu qədər uzun müddət qalacaqlarını gözləmirdilər".

Brandlın sözlərinə görə, alman qonaqpərvərliyi və ukraynalılara qarşı ictimai tolerantlıq da təhlükə altındadır. Kirayə mənzil bazarında da gərgin vəziyyət hökm sürür.

2023-cü ildə Polşada da ukraynalı qaçqınlar üçün şərtlər dəyişəcək: onlara pulsuz mənzillərin verilməsi müddətinə yenidən baxılacaq. Gələnlər qaçqın mərkəzlərində altı ay pulsuz yaşadıqdan sonra yaşayış üçün qismən ödəniş etməli olacaqlar. Fevralın 1-dən dəyərin 50 faizini, mayın 1-dən isə 75 faizini ödəmək lazım gələcək. Bu cür dəyişikliklər ukraynalıları daha aktiv məşğulluğa sövq etmək üçün nəzərdə tutulub. Amma il ərzində ukraynalı qaçqınlara verilən bütün müavinətlər və ödənişlər qüvvədə qalacaq.

Aİ ölkələri 2023-cü ildə yeni ukraynalı qaçqın dalğası da gözləyirlər. Keçən il olduğu kimi, bu il də ukraynalılar Aİ ölkələrinə sərbəst səyahət edə biləcəklər. Onlar Almaniyaya vizasız daxil ola və orada yaşamaq icazəsi olmadan 90 günə qədər qalmaq hüququna malikdirlər.

Qaçqınların Britaniyaya gəlişinə gəlincə, burada da 2023-cü ildə qaydalarda heç bir dəyişiklik gözlənilmir. Ancaq burada artıq ukraynalıları qəbul etmək istəyənlər çox azdır. Britaniyada da qaçqınların üzləşdiyi ən əsas problem mənzil tapmaqdır. Ukraynadan Britaniyaya gələnlərin əksəriyyəti müvəqqəti yaşayış yerlərində yaşamalı olur. Onlar pulları olsa belə, həmişə mənzil və ya otaq kirayə edə bilmirlər. The Guardian yazır ki, gələcəkdə Britaniyaya gələn 50 min ziyarətçi evsiz qala bilər. 84 min qaçqının qəbul edilməsinə imkan verən "Ukraynalılar üçün mənzil" proqramı mərhələli şəkildə dayandırılır.

2023-cü ildə ukraynalılar Slovakiyaya da sərbəst gedə biləcəklər. Onlar bu ölkədə qaçqın kimi qalmağı planlaşdırırlarsa, müvəqqəti müdafiə statusu üçün müraciət etməli və ölkədə həyatı xeyli asanlaşdıracaq müvafiq hüquqlar əldə etməlidirlər.

Çexiya rəsmi olaraq ukraynalı qaçqınlara yardım proqramını 2024-cü ilin martına qədər uzadıb. Yəni ukraynalı qaçqınlar 2023-cü ildə bu ölkəyə də rahat gedə biləcəklər.

İtaliya və Fransaya gəlincə, bu ölkələrin hökumətləri 2023-cü ildən etibarən qaçqınların qəbulunu dayandırmağı planlaşdırdıqları barədə məlumat verməyiblər. Ona görə də ukraynalılar bu iki ölkəni də seçə bilərlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 681   Tarix: 15 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Maşın bazarı, bahalaşma SƏBƏBLƏRİ - Artım yalnız gömrüklə bağlı deyil

Xarici elan saytında 12-15 min dollara satılan avtomobil ilk baxışdan sərfəli seçim təsiri bağışlayır. Lakin həmin maşın Bakıya çatdırılıb qeydiyyata alınanadək qiymət bəzən gözlənilmədən on minlərlə manat artır. Səbəb təkcə gömrük rüsumu deyil. Daşıma, sığorta, aksiz, ƏDV, terminal xərcləri, ekspertiz

21.08.2026 230
.

Xalq artisti "Bolt"dan şikayətçidir - "Biabırçılıqdır, fırıldaqçılıq edirlər"

Xalq artisti Cahangir Novruzov "Bolt" taksi xidmətindən şikayətlənib. xəbər verir ki, aktyor bu barədə "Pozan" layihəsinə müsahibəsi zamanı danışıb. C.Novruzov verilişə gecikməsinə səbəb kimi taksi xidmətinin fəaliyyətindəki problemləri göstərib və şirkəti fırıldaqçılıqda ittiha

21.08.2026 185
.

Qubada bağ sahəsi yanıb

Quba rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, hadisə rayonun Çinarlı kəndindəki bağ sahəsində baş verib. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının genişlənməsinin qarşısı alınıb və söndürülü

21.08.2026 223
.

Bakıda qol saatına görə QAN TÖKÜLDÜ: "Bilsəydim, tək çıxmazdım"

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Azad Əliyevin ifadəsi ilə davam edib:. "Röyalla eyni kənddənik

21.08.2026 282
.

Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın öldü (FOTO)

Bakıda rinoplastika əməliyyatından sonra iflic vəziyyətinə düşən 34 yaşlı qadın vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, ötən ilin aprel ayında Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı keçirən 34 yaşlı Nigar Budaqlı daha sonr

10:29 146
.

ABŞ kəşfiyyatı Stiv Cobsu belə xilas edibmiş

1980-ci illərin ortalarında Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) peyk kəşfiyyatı üçün 20 00 stansiya sifariş etməklə Stiv Cobsun "NeXT" şirkətini iflasdan xilas edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sifariş sayəsində Cobs Əpl üzərində nəzarət

21.08.2026 237
.

Məsciddən ayaqqabı oğurladı, imamlar intiqam aldı

Türkiyənin Manisa şəhərinin Şehzadeler rayonunda məsciddən ayaqqabı oğurlamaqda şübhəli bilinən şəxs imamların birgə izləməsi nəticəsində saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 20-də səhər namazı zamanı baş verib. Əlində çamadanla məscidə daxil olan şəxs imam və camaat nama

21.08.2026 255
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21.08.2026 476
.

ABŞ-Kanada ticarət müharibəsi yenidən alovlanır, danışıqlar son anda uğursuzluğa düçar olub

Kanada və ABŞ arasında ticarət danışıqları cümə gecəsi son anda uğursuzluğa düçar olub və bu da Şimali Amerika ticarət müharibəsini yenidən alovlandırdı. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ottava Vaşinqtonun tariflərinə uyğunlaşacağına söz verib. Hər iki tərəfin gecə yarısına qədər bağlanan Kanad

09:01 150
.