Əyləş, Ermənistan, yenə də "iki" - indi də statistikaya görə

Əyləş, Ermənistan, yenə də "iki" - indi də statistikaya görə2020-ci ildə sarsıdıcı hərbi məğlubiyyətə uğrayan Ermənistanın pandemiyadan sonra iqtisadiyyatını dirçəltmək üçün bütün cəhdlərə baxmayaraq, "islahatçılar" hökuməti 30 ildir ölkənin regionda təsərrüfat və infrastruktur məkanına tam inteqrasiyasına mane olan köhnə maneələri dəf edə bilməyib.

Ermənistanın regional əmək bölgüsü sisteminə cəlb edilməməsi, nəqliyyat qovşaqlarına və əlçatan enerji mənbələrinə çıxışın olmaması, Türkiyə və Azərbaycanla diplomatik və ticari-iqtisadi əlaqələri normallaşdırmaq istəməməsi onilliklərdir "daşlar ölkəsi"nin iqtisadiyyatının zərərli vəziyyətə düşməsinə gətirib çıxarır. Hökumətdə real nəticələrin olmamasını Ermənistan mediası və sosial şəbəkələri statistika hoqqabazlığı və müxtəlif hiylələrlə kompensasiya etməyə çalışır.

Ermənistanın bir sıra internet resursu bu gün faktları dəyişdirmək üçün növbəti cəhdə əl ataraq, Azərbaycanın vergi gəlirləri ilə bağlı statistikanı Ermənistanın büdcə gəlirləri ilə müqayisə etməyə çalışıb.

Ermənistan mətbuatı bu gün Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmalarının artım dinamikası ilə bağlı dərc olunan məlumatlara istinad edib. 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 15 milyard 541,5 milyon manat (9 milyard 142 milyon ABŞ dolları), o cümlədən qeyri-neft sektoru üzrə daxilolmalar 27,9 faiz artaraq 8 milyard 134,9 milyon manat və ya 4 milyard 785 milyon ABŞ dolları təşkil edib. Bu məlumatlara əsaslanan Ermənistan mənbələri belə qənaətə gəliblər ki, neft dolları olmayan, ötən il büdcə gəlirləri 4 milyard 901 milyon ABŞ dollardan bir qədər çox olan Ermənistan Azərbaycan büdcəsinin qeyri-neft gəlirlərini üstələyib.

Azərbaycan artıq Ermənistan KİV-ləri tərəfindən statistik məlumatların yanlış müqayisəsində daim məlumatların təhrif edilməsinə öyrəşib. Elə bu məsələdə də söhbət məhz bundan gedir.

Belə ki, Azərbaycan Maliyyə Nazirliyinin ilkin məlumatlarına əsasən, 2022-ci ildə dövlət büdcəsinin ümumi gəlirləri 30,660 milyard manat və ya 18,035 milyard ABŞ dolları, o cümlədən qeyri-neft və qeyri-qaz büdcəsinin gəlirləri 15,279 milyard manat və ya 8,987 milyard ABŞ dolları təşkil edib. Axı Azərbaycan büdcəsinin qeyri-neft gəlirləri təkcə vergi daxilolmalarından ibarət deyil! Buraya həm də Dövlət Gömrük Komitəsi və digər dövlət orqanlarından daxilolmalar da daxildir. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların qeyri-neft sektoru üzrə payına gəlincə, bu, qeyri-neft büdcəsinin ümumi gəlirlərinin 53,2 faizini, yəni 4,785 milyard ABŞ dollarından bir qədər çox təşkil edir.

Müqayisə üçün qeyd edək ki, Ermənistanın 2022-ci il dövlət büdcəsinin bütün gəlirləri 4,901 milyard ABŞ dolları təşkil edib. Beləliklə, Azərbaycanın təkcə qeyri-neft və qeyri-qaz büdcəsinin gəlirləri Ermənistan büdcəsinin bütün gəlirlərini 1,8 dəfə üstələyir.

Ermənistan KİV-ləri ölkə büdcəsinin bütün gəlirlərini Azərbaycan büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar ilə müqayisə edərək, görünür, qəsdən Azərbaycan büdcəsinin qeyri-neft gəlirlərinin vergi gəlirləri ilə yanaşı, başqa gəlir mənbələrinə də malik olduğunu gizlədiblər.

Bu rəqəmləri bəh-bəhlə tirajlayan resurslardan heç birinin jurnalisti özünü əziyyətə verib adi rəqəmləri belə təhlil etməyib, ya da edib, sadəcə görüb ki, bu, onlara sərf etmir və palaza bürünüb ellə sürünməyi üstün tutub. Axı xalqa yalan danışmaq onlar üçün bir növ adətə çevrilib.

Onilliklər ərzində diaspor və Rusiyanın ianələri ilə dolanan Ermənistan bizə nə qədər inkişaf etdiyini "sübut etməyə" çalışır. Bəs onda niyə bu qədər inkişaf edən ölkə bütün bu illər ərzində ən böyük regional layihələrdən kənarda qalıb?! Bakıya iri şirkətlər gəlib, amma heç vaxt hansısa şirkətin qovşaq mərkəzinin İrəvan olduğunu görməmişik.

Ermənistan davamlı olaraq Qərbdən və ABŞ-dan büdcəyə daha çox qrantlar ayrılması üçün yalvarır. Rəsmi Bakı isə heç vaxt heç nə istəmir, çünki Azərbaycan çoxdan beynəlxalq təşkilatlar üçün yüksək orta gəlirli ölkəyə çevrilib. Ölkəmiz dəfələrlə dünya reytinqlərində inkişafa görə lider olub. Bəs Ermənistan nəyə nail olub? Aydın deyil. Ermənistanın nə vaxtsa liderlər sırasına yüksəldiyini hələ eşitməmişik!

P.S. Biz artıq Ermənistan mediasının daim informasiya təhrifinə yol verdiyinə alışmışıq... Görünür, onlara statistikanı, verilənlərlə işləməyi bacarmağı öyrətmək lazımdır... "Mercedes"i BMW ilə, ən pis halda "Audi" ilə müqayisə etmək lazımdır, daha "Zaporojets" (Zapı) ilə yox. Rəqəmlər də yaman inadkar şeylərdir...

"Report" İnformasiya Agentliyi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 741   Tarix: 16 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

07.11.2026 207
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

07.11.2026 206
.

Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl

07.11.2026 199
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 128
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 147
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.