Bu gün hədəfimiz bərpaolunan enerjidir

Bu gün hədəfimiz bərpaolunan enerjidirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il yanvarın 15-16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfəri, bu səfər çərçivəsində BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü, həmçinin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı ölkə diplomatiyasının növbəti uğuru sayılmalıdır.
İlk növbədə qeyd edilməlidir ki, hər iki dövlət arasında əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir.
Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə texnoloji inkişafın yaradacağı böhranlardan ziyan görməmək, iqtisadi inkişaf və texnologiya, habelə innovasiya tətdiqi ilə inkişaf əldə edilməsi üçün mühüm addımlar atıldı. Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinin açılış mərasimində çıxış etmək üçün dəvət olunması ilk növbədə, məhz dövlətimizin qeyd olunan istiqamətdə aparıcı mövqedə qərarlaşması ilə izah olunmalıdır. Yəni, Azərbaycan Prezident İlham Əliyevin strateji və uzaqgörən addımları ilə artıq gələcəyi idarə edəcək güclərdən birinə çevrilməkdədir.
Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərinin əsl mahiyyətini araşdırmaq üçün Yaxın və Orta Şərqdə, o cümlədən Qafqazdakı geosiyasi situasiya və ölkələrimizin bu proseslərdə rolu ayrı-ayrılıqda təhlil olunmalıdır. Azərbaycanla bağlı məsələlər Prezident İlham Əliyevin hakimiyyəti illərində tam iqtisadi müstəqilliyə nail olmaqla siyasi suverenliyini möhkəmlədən, güclü ordu quruculuğu həyata keçirən, milli müdafiə sənayesi yaradan Azərbaycan xüsusən Vətən müharibəsindəki Qələbəsindən sonra bölgənin şübhəsiz ki, diktə edən hərbi-siyasi gücüdür. Azərbaycan artıq bölgənin siyasi gündəmini müəyyən edən dövlətdir.
Birləşmiş Ərəb Əmirlikləri isə son 30 ildə imkanlarını artırmaqda olsa da, xüsusən Ərəb baharı dalğasından sonra bütövlükdə Yaxın və Orta Şərqin aparıcı güclərindən birinə çevrilib. Misir, Liviya, Yəmən, Efiopiya, Somalidə həyata keçirdiyi hərbi-siyasi fəaliyyətlər, İsraillə strateji işbirliyi, ABŞ-da, bir sıra Avropa ölkələrində ciddi lobbiçilik fəaliyyəti BƏƏ-nin qlobal müstəvidə ciddi siyasi qütbə çevrildiyini göstərməkdədir. Bütün bunlar isə o mənaya gəlir ki, Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərinin istənilən siyasi-iqtisadi, hərbi və təhlükəsizlik məzmunlu nəticəsi bütövlükdə regional təsirlərlə müşayiət olunacaq.
İlk növbədə, həm Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, həm də Prezident İlham Əliyev tərəfindən Azərbaycanın və BƏƏ-nin ayrı-ayrılıqda fəaliyyətlərini sülhsevər hesab etdikləri bəyan olundu. Bu, o deməkdir ki, BƏƏ rəsmi Bakının Cənubi Qafqazda hərbi-siyasi fəaliyyətini regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdiyi səy hesab edir və bunun bəyan olunmasından çəkinmir.
Qeyd edildi ki, bu gün Azərbaycanın Bərpaolunan enerji sahəsində nəhəng potensial vardır. İkincisi isə, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.
Hazırda Azərbaycanın təbii qaz ixracı günbəgün artır. Əgər 2021-ci ildə bu 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaqdır. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Həmçinin Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaqdır. Eyni zamanda SOCAR ilə gələcəyin enerjisi üzrə Əbu-Dabinin "Masdar" şirkəti arasında Azərbaycanda ümumilikdə 4 QVt gücündə dənizdə külək və hidrogen layihələrinin, Günəş fotovoltaik və quruda külək layihələrinin işlənməsinə dair birgə işlənmə sazişləri imzalamaqla Bakı sözü və əməli bir olan güc mərkəzi kimi növbəti dəfə özünü təsdiqlədi.
Bu gün ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 622   Tarix: 17 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

07.11.2026 207
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

07.11.2026 206
.

Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl

07.11.2026 199
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 128
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 147
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.