Yola saldığımız ildə İstanbul Kapalıçarşının 40 milyona yaxın ziyarətçisi olub
İstanbulun tarixi alış-veriş və ticarət mərkəzi olan Kapalıçarşı 2022-ci ildə restavrasiya edildikdən sonra 39 milyon 766 min 801 nəfər tərəfindən ziyarət edilib. İçəridən labirintə bənzəyən bu möhtəşəm obyekt tekstildən antikvarlara qədər hər cür məhsulun satıldığı minlərlə dükanı özündə birləşdirir və əsrlərdir ən sıx alış-veriş məkanıdır.
Minlərlə işçisi və müştərisi ilə kiçik bir şəhəri xatırladan qapalı bir kompleks olan Kapalıçarşı, keçən il aparılan restavrasiyadan sonra yenilənmiş quruluşu ilə yenidən öz qonaqlarını qəbul etməyə başlayıb. 2021-ci ildə 25,5 milyon olan Kapalıçarşı ziyarətçilərinin sayı, 2022-ci ildə 56% artaraq 40 milyona çatıb. Bu rəqəmlə keçən il Kapalıçarşıyı orta hesabla 100 min adam ziyarət edib.
İstanbulun tarixi və alış-veriş marşrutu
İstanbulda Nuruosmaniye, Mercan və Beyazıt arasında yerləşən Kapalıçarşının tarixi XV əsrin ortalarından başlayır. Sosial-iqtisadi və mədəni həyatı, demək olar ki, tam əhatə edən Osmanlı vəqf sistemi çərçivəsində, təmir-bərpa kimi xərc və ehtiyacları qarşılamaq üçün dini və digər sosial və xeyriyyə qurumlarının yaxınlığında bazar kimi tikililər inşa edilib. İstanbulun ən əhəmiyyətli rəmzlərindən biri olan Kapalıçarşının təməli 1461-ci ildə Fatih Sultan Mehmetin Ayasofyaya gəlir gətirmək üçün inşa etdirdiyi tikililərlə qoyulub. Zamanla bölgənin ən əhəmiyyətli ticarət mərkəzinə çevrilən Kapalıçarşı dünyanın hər yerindən gətirilən zərgərlik məmulatlarının və qiymətli metalların ticarətinin aparıldığı və emal edildiyi mühüm maliyyə mərkəzi kimi xidmət etməyə başlayıb.
Dünyanın nəinki ən qədim, həm də ən böyük ticarət mərkəzi olaraq qəbul edilən Kapalıçarşı müxtəlif yanğın və zəlzələlərdən sonra, Sarkis Balyan başda olmaqla, məşhur memarlar tərəfindən dəfələrlə təmir edilib. Tarixi və mədəni əhəmiyyətə malik olan Kapalıçarşı ədəbiyyat, səyahətnamələr və incəsənətdə mühüm yer tutmaqla yanaşı, dünyanın ən çox ziyarət edilən tarixi bazarlarından biri kimi də diqqət cəlb eləməyə davam edir.
Unutmayın, Kapalıçarşıda alış-verişin ilk qaydası "endirim almaqdır!"
500 illik müddətdə edilən əlavələrlə, hazırda 2500-ə yaxın iş yerinə ev sahibliyi edən tarixi Kapalıçarşıda xalçadan çantaya, tekstildən qızıl-gümüş zinət əşyalarına, əntiq əşyalardan kirəmitlərə qədər saysız-hesabsız məhsul tapa bilərsiniz. Kapalıçarşıda əl işləri üzrə ixtisaslaşmış ustaların yerləşdiyi "han" adlanan hissədə 1200-ə yaxın iş yeri var. Kapalıçarşı yayda 08.30-19.30, qışda isə 08.30-19.00 arası açıqdır.
Kapalıçarşı ziyarəti İstanbulun tarixi atmosferini hiss etmək və onun iqtisadi dinamikasını müşahidə etmək, yəni bir bazar vasitəsilə bütün İstanbulu yaşamaq və təcrübə etmək imkanı verir. Mükəmməl məhsul və ya əşya axtararkən Kapalıçarşının dolanbac küçələrində və keçidlərində etdiyiniz maraqlı gəzinti sizi valehedici mağazalar, eləcə də çoxsaylı kafe və restoranlarla qarşılaşdıracaq. Kapalıçarşıya səfəriniz zamanı bazarda alış-verişin qızıl qaydasını heç vaxt unutmayın: "Hər alış-verişdə endirim istəyin"!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 755 Tarix: 17 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
07.11.2026 207 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı
Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə
07.11.2026 206 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl
07.11.2026 199 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
07.11.2026 195 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159 Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
00:11 128 Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib
Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki
07.11.2026 147 Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet
00:29 81