20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə nə qədər təqaüd verilir? - AÇIQLAMA

20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə nə qədər təqaüd verilir? - AÇIQLAMA1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarının ailələrinin, hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, "20 Yanvar şəhidi" fəxri adı təsis olunub, 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların sosial təminatla əhatə olunması üçün mühüm tədbirlərə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 139 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.

Onlara yönələn sosial ödənişlərinin davamlı olaraq artırılması təmin edilir. 2023-cü ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində də Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidinin ailəsi üçün 600 manata çatdırılıb ki, bu da son beş ildə həmin təqaüdün məbləğinin 2,5 dəfə artdığını göstərir.

Eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü bu ilin əvvəlindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq bu ilin 1 yanvarından 100 manat müəyyən olunub.

Beləliklə, son beş ildə Prezident təqaüdü 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə həmin dövrdə 3 dəfədən çox artıb.

20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin pensiyalarının orta aylıq məbləği də son üç ildə 80 faiz artıb. Həmin şəxslərin reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailə üzvlərindən yaşa görə əmək pensiyası təyin olunanların pensiyası üzərinə əlavə də hesablanıb.

Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 691   Tarix: 19 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsmayıllıda toyda 24 nəfər zəhərləndi

İsmayıllıda məişət zəminində zəhərlənmə hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qeyd olunub ki, hadisə ilə bağlı AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. İlkin araşdırm

21.08.2026 271
.

"Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

"İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Preziden

21.08.2026 190
.

Xalq artisti "Bolt"dan şikayətçidir - "Biabırçılıqdır, fırıldaqçılıq edirlər"

Xalq artisti Cahangir Novruzov "Bolt" taksi xidmətindən şikayətlənib. Axşam.az-ın məlumatına görə, aktyor bu barədə "Pozan" layihəsinə müsahibəsi zamanı danışıb. C.Novruzov verilişə gecikməsinə səbəb kimi taksi xidmətinin fəaliyyətindəki problemləri göstərib və şirkəti fırıldaqçılıqd

21.08.2026 298
.

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib". "Qafqazinfo" xəbər verir ki, bu sözlər

21.08.2026 180
.

Türkiyədə mədən çökdü - Ölən və yaralananlar var

Türkiyənin Ankara vilayətində mədəndə baş verən uçqun nəticəsində 1 nəfər həlak olub, 8 nəfər xəsarət alıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, uçqun altında qalan 9 fəhlədən 8-i xilasedicilər tərəfindən yaralı olaraq çıxarılıb. Hadisə yerinə dərhal çoxlu sayda təcili tibb

21.08.2026 265
.

Sumqayıtda istirahət mərkəzində QADIN ÖLDÜ

Sumqayıtda istirahət mərkəzində ölüm hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən "Gəmi" istirahət mərkəzində qeydə alınıb. 1962-ci il təvəllüdlü Sevda Çingiz qızı Nağıyeva istirahət mərkəzində qəflətən vəfat edib. Faktla bağl

21.08.2026 354
.

İsrail HƏMAS komandirini məhv etdi

İsrail ordusu Qəzza zolağının Nuseyrat bölgəsində HƏMAS-ın hərbi qanadının tağım komandiri Sabahi Sami Mahmud Şahatı öldürüb. xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb. Məlumata görə, Şahat İsrail əsgərlərinin ələ keçirilməsində və əsir saxlanılması əməliyyatlarında iştirak edib

21.08.2026 204
.

Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. "Qafqazinfo" müsahibəni təqdim edir. -Hörmətli cənab Prezident, Azərbaycan-Özbəkistan münasibətləri son illər dinamik şəkildə inkişaf edib və ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. Özbəkistan

21.08.2026 289
.

Maşın bazarı, bahalaşma SƏBƏBLƏRİ - Artım yalnız gömrüklə bağlı deyil

Xarici elan saytında 12-15 min dollara satılan avtomobil ilk baxışdan sərfəli seçim təsiri bağışlayır. Lakin həmin maşın Bakıya çatdırılıb qeydiyyata alınanadək qiymət bəzən gözlənilmədən on minlərlə manat artır. Səbəb təkcə gömrük rüsumu deyil. Daşıma, sığorta, aksiz, ƏDV, terminal xərcləri, ekspertiz

21.08.2026 217
.