"Gülə-gülə xəstəxanaya getdi, 1 saat sonra ölüm xəbərini verdilər" - FOTO
İsmayıllı rayon sakini, 32 yaşlı Murad Oqtay oğlu Süleymanlı Qəbələ Diaqnostika Mərkəzində cərrahi əməliyyat zamanı vəfat edib.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 14-də baş verib. İlkin məlumata görə, öd kisəsi əməliyyatı üçün Qəbələyə gedən M.Süleymanlı narkoz veriləndən bir neçə dəqiqə sonra dünyasını dəyişib.
Mərhumun qardaşı Orxan Süleymanlı hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyini iddia edib:
"Qardaşımın səhhətində ciddi problem yox idi. Öd kisəsində sancılar olduğunu bildirirdi və imkan olanda gedib əməliyyatla öd kisəsini götürmək qərarına gəlmişdi. Hadisədən 1 gün əvvəl Qəbələyə gedib, həkim-cərrah Elşad Salehov onu müayinələrə göndərib. Nəticədə bildirib ki, əməliyyata tam hazırdır, ürəyində və digər orqanlarında problem yoxdur. Yanvarın 14-də qardaşım özü maşını sürərək, gülə-gülə Qəbələyə əməliyyata gedib. Atamla anam da onunla birgə gediblər. Vahid adlı anestiozoloq narkoz verdikdən bir qədər sonra gəlib deyib ki, oğlunuz vəfat etdi, xilas edə bilmədik".
O.Süleymanlı əlavə edib ki, hadisə barədə aidiyyəti qurumlara müraciət ediblər. Həmçinin ölüm faktının səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub və meyitin yarılmasını istəyiblər. O, aidiyyəti qurumlardan hadisəni nəzarətə götürmələrini və səbəkarların məsuliyyətə cəlb edilməsini xahiş edib.
Şikayətlə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan bildirilib ki, 1990-cı il təvəllüdlü Süleymanlı Murad Oktay oğlu Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ilk dəfə 13.01.2023-cü il tarixində Cərrahiyyə şöbəsinə müraciət edib: "14.01.2023-cü il tarixinə əməliyyat (öd və soltərəfli qasıq yırtığı) qərara alınıb. Qeyd edilən cərrahi əməliyyata hazırlıq zamanı xəstədə "mümkünsüz intubasiya" və "mümkünsüz ventilyasiya" sindromu müşahidə edilib. Təkrari intubasiya cəhdləri mümkünsüz olub. İkincili bronxospazm inkişaf etdiyindən perkutan traxeostomiya effektsiz olub və xəstədə aparılan resustasiya tədbirlərinə baxmayaraq, bioloji ölüm baş verib. Hazırda müvafiq orqanlar tərəfindən faktla bağlı araşdırma aparılır".
Baş Prokurorluğun Mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab olaraq isə bildirilib ki, qeyd olunan faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, ailəli olan Murad Süleymanlının 2 uşağı var. O, biznes fəaliyyəti ilə məşğul olurmuş.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2448 Tarix: 19 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey
07.11.2026 183 İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs
01:19 0 Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
07.11.2026 141 Almaniya Ukraynaya "Patriot" göndərməyəcək
Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil
07.11.2026 124 Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
07.11.2026 223 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 163 Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
00:09 117 PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
00:31 97 Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü
Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad
07.11.2026 172