Sevgilisinin qızının sevgilisini bıçaqlayan şəxsə hökm oxundu
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən Tural Həsənovun (ad və soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmünə əsasən, xuliqanlıq maddəsi ilə təqsirləndirilən şəxsə bəraət verilib. Qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə isə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2021-ci ilin dekabrında Gəncə şəhəri, Elbrus Allahverdiyev küçəsi, "Babək Servisin" yaxınlığında qeydə alınıb. Belə ki, o, hadisədən əvvəl qeyri-rəsmi münasibətdə olduğu Sənəm (şərti) və bacanağı Naillə (şərti) birlikdə yaşadığı evdə yemək yeyib. Bu zaman Sənəm qızı Günayın (şərti) İsmayıl Nəbiyev (ad və soyadı şərti) adlı şəxslə qeyri-rəsmi yaşadığını, övladının iki azyaşlı uşağını aparıb özünə təhvil vermək istədiyini deyib. Bundan sonra o, Sənəm və Naillə birlikdə Samux rayonunun İnstitut qəsəbəsinə gedib. Qadın avtomobildən düşüb gedərək qızı Günayı gətirib. Evə qayıtdıqdan sonra İsmayıl Turala zəng edib "İmamzadə" deyilən yerdə görüşmək istədiyini söyləyib və onu təhqir edib. Tural onunla Yeni Gəncədə görüşmək üçün razılaşıb və Naillə birlikdə həmin yerə gedib. Dava zamanı o, İsmayıla bir neçə bıçaq zərbəsi endirib.
Tural Həsənov isə ifadəsində bildirib ki, onlar "Dəyirman dairəsi" adlanan yerdə olarkən 5 nəfər əlində bıçaqla avtomobildən düşüb onların üzərinə gəlib. Həmin şəxslərdən biri Nailin önünə keçərək onu saxlayıb, digəri isə Turalı bıçaqla vurmaq istəyərkən bir nəfər də onun önünə keçib mane olmaq istəyib. Turalın dediyinə görə, o, qaçarkən ayağı ilişib yıxılıb. Sonra İsmayıl ona iki dəfə bıçaqla xəsarət yetirib. Bundan başqa o, ifadəsində İsmayılla görüşə gedərkən üzərində bıçaq götürdüyünü, lakin dava zamanı bıçağı çıxara bilmədiyini, həmin şəxsin özünün yanında gələn şəxslərdən birinin vurduğunu, amma kimin vurduğunu görmədiyini, eyni zamanda, hadisə baş verən vaxt ətrafda heç kimin olmadığını bildirib.
Qeyd: Tural Həsənov əvvəllər məhkumluq həyatı yaşayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 614 Tarix: 21 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
07.11.2026 183 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır
07.11.2026 186 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
07.11.2026 172 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind
07.11.2026 182 Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü
Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad
07.11.2026 172 PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
00:19 92 Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
00:11 128 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı
Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə
07.11.2026 206