Alleqri "Yuventus"un 15 xalının silinməsinə münasibət bildirib
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandanın İtaliya A Seriyasında 15 xalının silinməsinə münasibət bildirib.
"Report"un məlumatına görə, 56 yaşlı mütəxəssis bu barədə "Atalanta"ya qarşı keçirəcəkləri XIX tur oyunundan əvvəl mətbuat konfransında açıqlama verib.
Alleqri sabahkı qarşılaşmaya hazırlaşmalı olduqlarını diqqətə çatdırıb: "Biz işləməyə davam etməliyik. Ancaq meydanda nə olacağını düşünməliyik. 15 xal itirəndən sonra vəziyyət dəyişdimi? Xeyr, heç nə dəyişmir. Hər halda, xal qazanmalıyıq. "Atalanta" ilə matç çətin olacaq. Çünki rəqib yaxşı formadadır. Qələbə qazanaraq yeddinci yerə yüksəlməliyik".
İtaliyalı baş məşqçi məhkəmə prosesinin klubun işi olduğunu söyləyib. O, məsələ ilə bağlı apellyasiya şikayəti verəcəklərini də xatırladıb: "Bu, gözlənilməz hadisədir. Lakin sakitliyi qoruyub, qalib gəlmək arzusunu və əzmini nümayiş etdirməliyik. Bundan sonra olacaqları daha sonra düşünəcəyik. Hələlik yeddinci pilləyə qalxmağa çalışacağıq".
Qeyd edək ki, Turin təmsilçisi hazırda 22 xalla 10-cu pillədə qərarlaşıb. Yanvarın 22-də oynanılacaq "Yuventus" - "Atalanta" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1015 Tarix: 21 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanın UEFA reytinqindəki əmsalı daha da artdı
Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb. "Report" xəbər verir ki, bu, "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab oyununda qələbə qazanmaları sayəsində mümkün olub. Ağdam təmsilçisi UEFA Avropa Liqasında İslandiyanın "Vestri"
17.07.2026 496 "Neftçi" 4 qol buraxaraq uduzdu - Video-Yenilənib
"Neftçi" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, "ağ-qaralar" ilk oyunda doğma meydanda Belarusun "Dinamo" (Minsk) klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qeyd edə
22.07.2026 655 Bakıdakı güləş üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər açıqlanıb
İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, Milli Gimnastika Arenasında keçiriləcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev
25.07.2026 228 Nəriman Axundzadə Türkiyə klubuna keçir
Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə "Kolambus Kryu"dan ayrılıb. BİG.AZ -a istinadən xəbər verir ki, 23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək. O, gələn mövsümdən Super Liqada mübarizə aparacaq "Erzurumspor"la danışıqları uğurla yekunlaşdırıb. "Erzurumspor"
03.08.2026 299 "Mançester Yunayted" Lyuis Hollun transferi üçün təklif hazırlayıb
İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqanın digər təmsilçisi "Nyukasl"ın müdafiəçisi Lyuis Hollun transferi üçün rəsmi müraciət ünvanlayacaq. "Report" "TEAMtalk"a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Mançester təmsilçisinin müdafiə xəttini gücləndirmə
02.08.2026 177 Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub
Honkonqda qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub. "Report" Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət milli sablya növü üzrə komanda yarışında 13-cü olub. İlk görüşdə Kanada yığmasın
01.08.2026 184 Futbol bayramı başa çatır: Bu gün möhtəşəm İspaniya - Argentina finalıdır!
Milyonların səbirsizliklə izlədiyi futbol üzrə dünya çempionatında həlledici an gəlib çatıb. xəbər verir ki, turnirin ən vacib matçında - böyük finalda qızıl medal uğrunda İspaniya və Argentina milli komandaları amansız mübarizədə üz-üzə gələcəklər. Futbol azarkeşlərinin diqqət mərkəzində olacaq bu həlledic
19.07.2026 632 Kolumbiya milli komandasının oyunçusu təhdid edilir
Kolumbiya Futbol Federasiyası (FCF) 2026-cı il dünya çempionatının İsveçrəyə qarşı 1/8 final matçında məğlubiyyətdən (0-0, penaltilərdə 3-4) sonra yarımmüdafiəçi Haminton Kampasa və onun ailəsinə qarşı təhdidləri pisləyən bəyanatla çıxış edib. -ın xəbərinə görə, bu barədə "Championship" nəşr
12.07.2026 456 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilməyib
İspaniyanın "Real" və Almaniyanın "Leyptsiq" klubları arasında Fildişi Sahili yığmasının vingeri Yan Diomandenin transferi ilə bağlı aparılan danışıqlarda yekun razılıq əldə olunmayıb. "Report" "Bild"ə istinadən xəbər verir ki, Almaniya klubu Madrid təmsilçisini
01.08.2026 233