Adnan Ziyagil obrazının aktyorundan Bakıda etiraf: "Yeni çəkilən "Aşk-ı Memnu" filmi..."

Adnan Ziyagil obrazının aktyorundan Bakıda etiraf: "Yeni çəkilən "Aşk-ı Memnu" filmi..."Bakıda "Park Cinema Flame Towers"də Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin dəstəyi ilə "Sevda mecburi istikamet" adlı türk filminin qala gecəsində iştirak edən məşhur türk aktyoru Selçuk Yöntem Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Selçuk bəy, Azərbaycana neçənci dəfə gəlirsiniz?

- Bakıya üçüncü dəfədir ki, gəlirəm. İlk dəfə 1992-ci ildə dövlət teatrında tamaşaya görə gəlmişdik. Sonra 2019-cu il və bu gün də "Sevda mecburi istikamet" filminin qala gecəsi üçün buradayıq.

- Üçüncü dəfə gəlişinizlə ölkəmizdə hansı dəyişiklikləri gördünüz?

- Təbii ki, 1990-cı ildən bu günə qədər Bakı çox dəyişib, çox gözəl və fərqlidir. Bakı mədəniyyəti, memarlığı, təmiz küçələri və insanlarıyla gözəl bir şəhərdir.

- "Sevda mecburi istikamet" filmində fərqli və təsirli bir mövzuya toxunulub. Film haqqında fikirləriniz?

- "Sevda mecburi istikamet" filmi Çağan Irmakın ssenarisi əsasında çəkilib. Ekran əsəri bir ailənin həyatından bəhs edir.
"Yeşilçam"ın uğurlu aktyorlarından olan Selimin karyera planı və ailəsinə etinasız münasibəti vurğulanır. Onun Suna adlı bir qızı var. Autizm diaqnozu qoyulan qızıyla təkrar bir araya gəlməsi üçün mübarizə aparmasından bəhs edir.

- Qarşıda nə kimi layihələriniz var?

- Hazırda dijital platforma üçün bir seriala çəkilirəm. Teatrda tamaşam var. "Sevda mecburi istikamet" filmini çəkdik. Bundan başqa nə edim... (gülür).

- Azərbaycanda "Aşk-ı Memnu" serialında canalandırdığınız "Adnan Ziyagil" obrazınız çox sevilir. Sizi ölkəmizdə necə qarşıladılar?

- Bakıya gəldiyimə görə çox xoşbəxtəm. Bakıda qardaş münasibəti görürəm. Xüsusilə buna görə də çox məmnunam.

- Dijital platformada yayımlanacaq "Aşk-ı Memnu" filmi çəkilir. Ekran əsəri haqda fikirlərinizi bilmək istərdik.

- "Aşk-ı Memnu" filminin çəkilməsindən xəbərim yoxdur. Ona görə də fikir bildirə bilmərəm. Mən özümün çəkildiyim "Aşk-ı Memnu" serialını izləyirəm.

- Filmdə aktrisa Farah Zeynep Abdullah "Bihter" obrazına həyat verəcək. Sizin oynadığınız "Adnan Ziyagil" obrazını kimin canlandırmasını istərdiniz?

- Bu haqda düşünməmişəm, yeni bir xəbərdir. Onların yolları açıq olsun. Amma biz işimizlə həqiqətən izləyicilərimiz arasında maraqlı bir dönüş yaratdıq. "Aşk-ı Memnu" serialı dünyanın 100 ölkəsində yayımlanıb. Ona görə də çəkildiyim serialdan məmnunam. Yeni "Aşk-ı Memnu" filmini isə maraqla gözləyirəm.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1660   Tarix: 21 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse

07.11.2026 348
.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

01.11.2026 473
.

Bunun üçün 4 milyon ödəyib

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy

25.10.2026 741
.

Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi

Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə

03.11.2026 777
.

Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik

01.11.2026 816
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 891
.

Anasının evində əşyalara əl vurulmasını qoymur

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda

07.11.2026 245
.

"Kızılcık şerbeti"ndən ayrılır - Foto

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır

31.10.2026 478
.

"Sevgilim 3 il məni aldatdı"

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədəki canlı yayım zamanı sonuncu münasibətinin üç il davam etdiyini bildirib. O, həmin müddətdə qarşı tərəfin ona dəfələrlə yalan vədlər verdiyini söyləyib. Pərvin ailə qurmaq və ana olmaq arzusund

07.11.2026 210
.