Sosial şəbəkələrdə görüntüləri yayılan Solmaz müəllimə danışdı - VİDEO
Sinifdə dərs zamanı nadinc şagirdlərə əl qaldıran müəllimin görüntüləri 2 gündür sosial şəbəkələrdə gündəm olub. Videonu izləyənlərin yarısı müəllimi, yarısı isə şagirdləri günahlandırır. Bəs əslində məsələ necədir?
"Xəzər Xəbər" videonun çəkildiyi 59 saylı tam orta məktəbə yollanıb. Həm valideynləri, həm şagirdləri, həm də müəllimi dinləndik.
Görüntülər paytaxtdakı 59 saylı tam orta məktəbin 6C sinfində qeydə alınıb.
Müəllim dərs zamanı nizam-intizama tabe olmayan uşaqlara əl qaldırıb, şagirdlərdən biri isə bu anı telefonla qeydə alıb.
"Xəzər Xəbər" 2 gündür gündəm olan müəllimi taparaq onunla həmsöhbət olub. Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışan Solmaz müəllimə bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını və bu səbəbdən məlum vəziyyətin yarandığını bildirdi.
Solmaz müəllimənin 62 yaşı var və 38 ildir dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. O, saçlarını müəllimlik edərək ağardıb. Yaşından çox şagird, ən əsası insan yetişdirib. Bu gün onun yetişdirdiyi şagirdlər eyni məktəbdə onunla çiyin-çiyinə çalışır. 40 ilə yaxındır müəllimlik edən Solmaz xanım deyir ki, keçmiş dönəmin şagirdləri ilə indiki şagirdlər eyni deyil və onları tərbiyə etmək olduqca çətindir.
6C sinif şagirdlərinin valideynləri də baş verənlərlə bağlı təəssüf hissi keçirdiklərini dilə gətirdilər.
Videonu çəkən şagirdlə də danışdıq. O, müəlliməni çox istədiyini və dərsdə nadinclik etdikləri üçün peşman olduğunu dilə gətirdi.
Təhsil eksperti Elşən Qafarov isə bu tip hadisələrin tez-tez baş verməsinin və həll oluna bilinməməsinin səbəbini izah etdi.
Xatırladaq ki, bir müddət əvvəl Bakıdakı orta məktəblərin birində yuxarı sinif şagirdlərinin dərs zamanı partanın üstünə ayağını qoyması, partaları aşırması digər qeyri-etik görüntüləri yayılmışdı. Bu zaman isə dərs deyən müəllim baş verənlərə reaksiya verməmişdi. Buna görə də ona töhmət verilmişdi. Maraqlıdır, müəllim sinifdə baş verənlərə reaksiya verəndə də cəzalandırılır, verməyəndə də. Buna görə də təkcə müəllimin cəzalandırılması çıxış yolu deyil. Təhsil sistemindəki normativləri müəyyən edən qurumlar müəllim-şagird münasibətlərinə müsbət yenilənmənin gəlməsi üçün işlər görməlidirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1868 Tarix: 22 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
07.11.2026 168 Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin
00:17 98 "Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
07.11.2026 136 "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
07.11.2026 133 PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
00:19 92 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159 Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d
07.11.2026 185 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 163 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey
07.11.2026 183