"Dovşan dodağ"ı vaxtından tez əməliyyat etmək olmaz!

"Dovşan dodağ"ı vaxtından tez əməliyyat etmək olmaz!Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsmayıl Fərzəliyev ağız və üz-çənə cərrahiyyəsinin istiqamətləri, yenidoğulmuşlarda üz-çənə nahiyəsində rast gəlinən patologiyalar, üz-çənə nahiyəsində iltihabi proseslər və s. barədə sualları cavablandırıb.

Modern.az həmin müsahibəni təqdim edir

- İsmayıl həkim, ilk öncə bilmək istərdik ki, ağız və üz-çənə cərrahı nə müalicə edir?

- Ağız və üz-çənə cərrahiyyəsi ixtisası ağız boşluğunda və üz-çənə nahiyəsində sərt və yumşaq toxumalarının müxtəlif növ xəstəliklərinin, zədələmərin, estetik və funksional pozuntuların diaqnostikası və müalicəsi ilə məşğuldur. Xəstəliklərdən danışarkən biz iltihabi proseslər, şiş xəstəlikləri, zədələmələr (travma nəticəsində əmələ gələn sınılqlar, yaralanmalar, yanıqlar və s.), estetik və funksional pozuntular (anadangəlmə və qazanılmış qüsur və deformasiyalar) nəzərdə tuturuq. Bunun üçün ağız cərrahı və ya üz-çənə cərrahı dişlərin çıxarılması, irinliklərin aşılması, diş implantasiyası və diş ətində cərrahi əməliyyatlar, onkoloji xəstəliklərin ilkin diaqnostikası üçün patoloji materialın götürülməsi, üz-skeleti sümüklərinin sınıqlarının müalicəsi, gicgah-çənə oynağının cərrahiyyəsi, üz-çənə nahiyəsində olan qüsur və deformasiyaların rekonstruksiya estetik cərrahiyyəsi kimi əməliyyatların aparılmasını bacarmalıdır.

- Ölkəmizdə ağız və üz-çənə cərrahiyyəsi üzrə mütəxəssislər hansı müasir üsullardan istifadə edirlər?

- Müasir texnologiyaların tətbiqi ilə qabaqcıl ölkələrdə istifadə olunan hər yeni yanaşmalar demək olar ki, Azərbaycanda da tətbiq olunur. Bunlara aiddir: endoskopiya üsulu ilə diaqnostika və cərrahiyyə; distraksion osteogenez; lazer cərrahiyyəsi; mikrocərrahiyyə; rəqəmli texnologiyalara əsaslanan diaqnostikada, planlaşdırma, simulyasiya və müalicə üsulları; naviqasiya ilə aparılan cərrahiyyə, toxuma mühəndisliyi, kötük hüceyrələrin tətbiqi texnologiyası.

- Yenidoğulmuşlarda üz-çənə nahiyəsində rast gəlinən bəzi patologiyaların qarşısını almaq mümkündürmü?

- Üz-çənə nahiyəsinə aid yenidoğulmuşlarda rast gəlinən bəzi patologiyalar adətən anadangəlmə dodaq-damaq yarıqlar, xalq arasında "dovşan dodaq" və "qurd ağız" deyilən xəstəliklərdir. Bunlar hamiləliyin ilk günlərində rüşeymdə yaranan pozulmalar nəticəsində əmələ gəlir və uşaq bu xəstəliklə doğulur. Səbəbi müxtəlifdir: irsi xəstəliklər, hamiləlik dövrünün problemli keçməsi (müxtəlif dərmanların qəbulu, intoksikasiya, bətndaxili hiopksiya, stress və bəzi şəkərli diabet kimi sistem xəstəlikləri), ətraf mühitin çirklənməsi, ananın pis vərdişləri və nəhayət qohum evliliyi. Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlarda ən çox rast gəlinən problem qidalanmanın pozulması, hava yolu tıxanıqlığı, xırıltılı tənəffüs, nitqin pozulması, çəki itkisi və s. kimi problemlər rast gəlinir. Bunun üçün mütəxəssisə vaxtında müraciət etməli və müalicəyə başlanılmalıdır. Həmin patologiyalarla doğulmuş uşaqlar 17-18 yaşına qədər üz-çənə cərrahlarının, ortodontların, loqopedin və pediatrların daimi nəzarəti altında olmalı, onların müayinə və müalicəsini almalıdır. Dodaq yarıqları üçün uşaqlarda "xeyloplastika" ilk 3-6 aylarında, damaq yarıqları zamanı isə "stafiloplastika" və "uranostafiloplastika" 9-18 aylarında aparılması tövsiyə edilir. Cərrahi əməliyyatlar ümumi anesteziya altında aparılır. Onu da qeyd edim ki, damaqda vaxtından tez aparılan əməliyyat üst çənənin inkişafının pozulmasına, gecikmə isə nitqdə pozulmalara gətirib çıxardır.

- Üz skeleti sümüklərinin inkişafdan qalması üzdə müxtəlif deformasiyalara səbəb olur. Onların üz-çənə cərrahiyyəsi ilə aradan qalxması mümkündürmü?

- Günümüzdə üz skeletinin inkişafdan qalması ilə əmələ gələn deformasiyalar ilə yaşayan bir çox insan mövcuddur. Bunlar qida qəbulu pozulmasına gətirən dişləmin pozulması, üzün əyriliyinə gətirən çənənin həddindən artıq irəlidə və ya arxada olması, digər funksional və estetik pozuntulardır. Bu səbəbdən həmin şəxslərdə müxtəlif psixoloji komplekslər (cəmiyyətdən sosial təcrid, özünə qapanma, əmək fəaliyyətlərinin aşağı düşməsi və s.) yarana bilər. Həmin əməliyyatlar üz-çənə cərrahiyyəsində ümumən "ortoqnatik cərrahiyyə" adlanır və cərrahla ortodontun müştərək məsulu olmalıdır. Bu zaman pasiyent ortodont və cərrah tərəfindən konsultasiya edilir və müalicənin bir hissəsi olaraq cərrahi müdaxiləyə ehtiyac olub-olmamasına qərar verilir. Əməliyyat adətən 17 yaşında üz skeleti sümüklərinin inkişafı tamamlanmış olduqda aparılır. Cərrahi əməliyyatın planlaması olduqca vacib bir məsələdir. Müasir rəqəmsal texnologiyaları tətbiq etmədən həmin əməliyyatların uğurlu nəticəsini gözləmək olmaz. Əməliyyat ümumi anesteziya altında icra edilir. Cərrahi əməliyyatın həcmi deformasiyanın ağırlığından asılıdır. Əməliyyat sonrası ağrı isə demək olar ki, olmur.

- Gicgah - çənə oynağı disfunksiyasının səbəbini nədə görürsünüz?

- Gicgah-çənə oynağı çənə hərəkətlərini yerinə yetirən strukturdur. Onun fəaliyyətinin pozulması həyat əhəmiyyətli funksiyaları, qida qəbulunu və nitqi ciddi şəkildə çətinləşdirir, bəzən yorucu dözülməz ağrılara gətirir. Həmin xəstəliyin yaranması ümumi orqanizmdə gedən proseslərlə və yerli təsiredici amillərlə bağlıdır. Ümumi səbəblərdən ilk növbədə revmatizm xəstəliyi, eləcə də osteoporoz, hormonal dəyişikliklər və nevrozu xüsusi qeyd etmək istəyərdim. Yerli səbəblərdən isə dişləmin pozulması ilə müşahidə olunan diş-çənə sisteminin müxtəlif patologiyalarını qeyd etmək olar.

- Üz-çənə nahiyəsinin iltihabı proseslərin səbəbini nədə görürsünüz?

- Burada əsasən diş mənşəli iltihabı proseslərlə daha çox rastlaşırıq. İmmunitetin zəifləməsi həmin xəstəliyin daha da sürətli inkişafına gətirir və ölümlə nəticələnə bilir. Diş mənşəli iltihab proseslərin artması ağız boşluğunun gigiyenası, stomatoloqa vaxtında müraciət etməmək və bəzi stomatoloji xidmətin lazımı səviyyədə olmamasından irəli gəlir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 778   Tarix: 23 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Böyük Britaniya iqtisadiyyatında sabitləşmə əlamətləri: istehlakçı inamı artır

Böyük Britaniya iqtisadiyyatında son göstəricilər müəyyən sabitləşmə əlamətlərinin yarandığını göstərir. Xüsusilə xidmət sektorunda aktivliyin artması və istehlakçı inamının yüksəlməsi iqtisadi perspektivlərlə bağlı nikbinliyi gücləndirib. Araşdırmaya əsasən, avqust ayında britaniyalı istehlakçıları

21.08.2026 175
.

"Azərbaycan və Özbəkistanın münasibətləri türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir" - BƏHRUZ QULİYEV

"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, daha geniş regional və beynəlxalq müstəvidə inkişaf edir. Bu gün Azərbayca

21.08.2026 199
.

"Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

"İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Preziden

21.08.2026 180
.

Qubada bağ sahəsi yanıb

Quba rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, hadisə rayonun Çinarlı kəndindəki bağ sahəsində baş verib. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının genişlənməsinin qarşısı alınıb və söndürülü

21.08.2026 190
.

ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - Foto

"Azərbaycan Dəmir Yolları"nın xidmətindən narazıyam. Bu gün bizi Gəncəyə 2 saat gecikmə ilə çatdırdılar. xəbər verir ki, bunu şikayətçi Leyla Turan sosial şəbəkə hesabında yazıb. O, bu vəziyyətdən narazılığını bildirib:. "Sərnişin üçün fərq etmir - insan yolunu planlaşdırır və vaxtınd

21.08.2026 159
.

Sumqayıtda istirahət mərkəzində QADIN ÖLDÜ

Sumqayıtda istirahət mərkəzində ölüm hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən "Gəmi" istirahət mərkəzində qeydə alınıb. 1962-ci il təvəllüdlü Sevda Çingiz qızı Nağıyeva istirahət mərkəzində qəflətən vəfat edib. Faktla bağl

21.08.2026 315
.

Bakı-Daşkənd əməkdaşlığı: Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən xətt

Geosiyasi konfiqurasiyanı təhlil etdikdə, əminliklə demək mümkündür ki, Azərbaycan və Özbəkistan arasında formalaşmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri bu gün Avrasiya coğrafiyasında geosiyasi sabitliyin, iqtisadi inteqrasiyanın və regional təhlükəsizlik arxitekturasının ən mühüm dayaqlarında

21.08.2026 214
.

Atası 26 il sonra onu oğlu kimi tanıdı - Şahzadə oldu

Belçika Kralı Filippin qardaşı Şahzadə Loran 26 yaşlı Klement Vandenkerkhovu rəsmi olaraq oğlu kimi tanıyıb. Bu qərarla Vandenkerkhov Belçika Şahzadəsi titulunu əldə edib və atasının mirasından digər övladları ilə bərabər pay almaq hüququ qazanıb. "Qafqazinfo" xəbər verir ki, Belçika mətbuatını

21.08.2026 143
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21.08.2026 245
.