Xalq artisti: "Qadın düşünsə ki, kişidən ağıllıdır, böyük səhv edər"

Xalq artisti: "Qadın düşünsə ki, kişidən ağıllıdır, böyük səhv edər""Qadın ilk növbədə elə qadın olmalıdır. Qadın gözəllik və ağlın harmoniyasıdır. Amma bu qütblər qızıl orta xətdə birləşməlidir. Hansı qadın düşünsə ki, o, kişidən ağıllıdır, böyük səhv edəcək!"

Bu sözləri Xalq artisti Vidadi Həsənov "Düzünə qalsa" proqramında qonaq olarkən deyib.

"Düşünürəm ki, gözəllik və ağlın birləşdiyi xətdə qadın gözəldir. Hansı qadın düşünsə ki, o, ziyadə gözəldir və ya ağıllıdır, səhv edəcək. Qütblər həmişə qorxuludur. Qadın düşünəndə ki, bəli, o gözəldir, həm də qadındır və ya ağıllıdır və həm də qadındır - bax bu başqa məsələ. Çünki qadınlıq gözəllik və ağıldan da üstündür. Atalarımız deyirlər ki, qadın boyun, kişi başdır. Kişi necə, hara hərəkət elədiyini bilmir. Boyun elə bir şeydir ki, hara istədi, hərəkət edir, heç başın ondan xəbəri də olmur. Bəzən elə qadın tapılır ki, deyir, mən başam. Onda da yerdəyişmə olur, əcaib bir şeyə çevrilir. O da olmur da", - deyə V.Həsənov əlavə edib.

Aktyor hər hansı başqa gəlirinin olmadığını bildirib:

"Keçmişlə yaşamaq lazım deyil. Keçmişlə yaşamaq insanı həmişə geriyə çəkir. Gələcəklə yaşamaq, xəyalların arzusunda olmaq da lazım deyil. Gerçəkliklə yaşamaq lazımdır. Gerçək olan bax bu gündür. Onu dəyərləndirmək və tam yaşamaq lazımdır. Pulun dəyərini insan təkcə pul olmayanda bilmir ki. Pulun dəyərini gərək pul olanda da biləsən də. Çox zaman biz pul olmayanda onun dəyərini bilirik. Kasıblıq sınağından hamı çıxa bilir, amma insanların çoxu firavanlıq sınağından çıxa bilmir. Pul insanları çaşdıra da bilir.

Hər ayın sonuna yaxın görürəm ki, pulum qurtarır. Maaşla yaşayan adamlarıq. Rüşvət almırıq, başqa bir gəlirimiz yoxdur. Biz ancaq incəsənətlə məşğul oluruq. 43 ildir teatrda, 37 ildir İncəsənət Universitetində işləyirəm. Ancaq maaşımla dolanıram. Öz zəhmətimin haqqı ilə yaşayıram. Heç vaxt heç bir yerdən gəlirim olmayıb. Buna baxmayaraq, aktyor sənətindən peşman olmamışam. Bu bizim gerçəkliyimizdir. Kim razılaşmasa, gedib başqa işlə məşğul olur. Bunun başqa yolu yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 893   Tarix: 23 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

00:19 92
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər

Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d

07.11.2026 185
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 163
.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.